Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3656/2025 28.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «akt əsasında hesablanmış borcun azaldılması» tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18 yanvar 2022-ci il tarixli 03460669 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsasında istehlakçı kimi ona hesablanmış 959 manat 04 qəpik borc məbləğinin qaz Təchizatı haqqında qanunvericliyin tələblərinə müvafiq olaraq azaldıraraq həmin borcun 294 manat 70 qəpik təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, **********00000 saylı kodla təbii qaz istehlakçısıdır. Onunla bağlanılmış “qazın alqı-satqısı” barədə müqavilə tərəfindən tələb edilsə də cavabdeh tərəfindən həmin müqavilənin surəti ona verilməmişdir. İzah edir ki, Lənkəran şəhərinin Əliağa Vahid küçəsində köhnə qaz xəttləri son illərdə yeni xətlərlə əvəz edilmiş və yeni sayğaclar quraşdırılmışdır. İstehlakçı olaraq qaz sayğacları ilə heç bir təması yoxdur və istehlak etdiyi qazın pulunu cavabdehin ona verdiyi “Bildiriş- Xəbərdarlıq” sənədi əsasında poçt və ya bank xidməti vasitəsi ilə ödəyir. Ailəlikcə başqa evdə yaşayırlar. Sayğacdan kənar qazdan istifadə faktı aşkar edilmiş digər evində qısa fasilələrlə kirayəçilər yaşamış və sayğacdankənar təbii qazdan istifadə etmişlər. Lakin ev onların olduğu və qazın alqı-satqısı müqaviləsi onun adına bağlandığı üçün yazılmış borc məbləğinin düzgün hesablanması və ya düzgün hesablanmamasını araşdırmışlar. Məlum olmuşdur ki, cavabdehin hesabladığı 959 manat 04 qəpik borc məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarına əsasən (bundan sonra 80 saylı qərar) düzgün hesablanmamışdır. 80 saylı qərarın tələblərinə əsasən mövcud sayğacdankənar qazdan istifadəyə görə mənə 294 manat 70 qəpikdən artıq borc hesablana bilməz. Ona görə də istehlakçı hüquqlarımı müdafiə etmək üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra AR MPM) 4.1-ci maddəsinə əsasən məhkəməyə müraciət edir. Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda iddia tələbini qəbul etməyərək, qeyd etmişdir ki, iddiaçı Eyvazova X1 şəhəri, Əliağa Vahid küçəsi ev 2 ünvanında yaşamaqla X3 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 saylı kodla abonent qeydiyyatındadır. X3 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən 18..01.2022-ci il tarixldə ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğaca baxış keçiriərən zaman təbii qazdan qeyri-qanuni istifadə olunması ilə əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən sayğacdan kənar təbii qazdan geyri qanuni istifadə görə 7992 kub metr olmaqla 959,04 manat pul İddiaçı abonent hesabına hesablanmışdır. İddiaçı R. Eyvazovanın iddia ərizəsində göstərdiyi 7992 kub metr olmaqla 959 ,04 manat pulun azaldılaraq 294,70 manat məbləğində müəyyən edilməsi barədə iddia ərizəsi rədd edilib, abonent İddiaçı tərəfindən həmin pulun ödənilməsi barədə qətamə çıxarılmalıdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sayğacdan kənar təbii qazdan istifadə ilə əlaqədar onun üçün borc əsassız olaraq həddindən artıq çox hesablanmışdır. 2019-2022-ci illər ərzində də onun evində dəymiş ziyanın hesablanması haqqında tələbnaməə qeyd edilmiş 3 ədəd qaz cihazı mövcud olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 yanvar 2022-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Lənkəran şəhərinin Əliağa Vahid küçəsində ev 2-də yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edilir. Abonent İddiaçı tərəfindən aktın imzalanmasından imtina edilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 18 yanvar 2022-cü il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı 18 yanvar 2022-cü il tarixli, ******* nömrəli akta əsasən, qaz işlədicilərindən PQ-3 maksimal saatlıq qaz sərfinin 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, X2 maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün,Dəmir Sobası maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün PQ-3 markalı qaz cihazı üçün saatlıq qaz sərfi 0,8 m3/saat olmaqla 0,8 X 24 X 90= 1728, X2 maksimal saatlıq qaz sərfi 1,5 m3/saat olmaqla 1,5 X 24 X 90=3240, Dəmir Sobası maksimal saatlıq qaz sərfi 1,4 m3/saat olmaqla 1,4 X 24 X 90=3024 qaz itkisinə görə cəmi 7992 m3 olmaqla 959 manat 04 qəpik borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, 18 yanvar 2022-cü il tarixli tələbnaməyə əsasən, abonent İddiaçı 959 manat 04 qəpik borc hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən CD diskdə olan video yazıya məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyyən edilmişdir ki, Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən xx.xx.2022-ci il tarixldə ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğaca baxış keçiriərən zaman təbii qazdan qeyri-qanuni istifadə olunması halı aşkar edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki halları və tədqiq olunmuş mötəbər sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsi yoxlanılarkən onun sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi halı aşkarlanmışdır. Bu səbəblə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, cəmi 7992 m3 olmaqla 959 manat 04 qəpik məbləğində dəymiş ziyan hesablanmışdır. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011 -ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qaydaların 6.5-1-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar ayında iddiaçının təbii qazdan istifadəsi ilə əlaqadar hesablanmış borc 80 manat təşkil etmişdir. Yuxarıda qeyd edilmiş “Qaydalar”a əsasən dəymiş ziyana dair borc hesablanmış borc hesablanarkən həmin 3 aylıq dövrə dair əvvəlki ildəki sərfiyyata istinad edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1 .-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Ona görə də vurulmuş zərərin məbləği azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3 madəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı iddia tələbində ona hesablanmış borcun azaldılaraq, 294 manat 70 qəpik həddində müəyyən edilməsini xahiş edir. Məhkəmə də yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən, iddiaçının tələbi çərçivəsində qətnamə çıxarmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi əsaslıdır. Ona görə məhkəmə iddianın təmin edilməsi barədə qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 yanvar 2022-cü il tarixli ******* nömrəli akt əsasında abonent İddiaçı hesablanmış borcun məbləği azaldılaraq, 294 manat 70 qəpik həddində müəyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3656/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3656/2025
28.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver