Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3692/2024 27.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azərişıq ASC»-yə qarşı «tətbiq olunmuş aktların ləğvi və aktlar əsasında hesablanmış borcların ləğv edilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərişıq ASC»-yə qarşı «borc məbləğinin siliniməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azərişıq ASC-nin əməkdaşları tərəfindən ona qarşı tətbiq olunmuş aktların ləğvi və aktlar əsasında hesablanmış cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 10:15-ə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il, saat 11:00 və xx.xx.2024cü il, saat 10:15 tarixlərində keçirilmiş iclaslarında iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdeh «Azərişıq ASC»-yə qarşı «tətbiq olunmuş aktların ləğvi və aktlar əsasında hesablanmış borcların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3692/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3692/2024
27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver