Məhkəmə qərarları › İş №2(049)-372/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-372/2023

13.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-372/2023 13.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şaiq qızına, üçüncü şəxslər 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın bağışlanma Müqaviləsinin və həmin müqavilə əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Lənkəran рayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şaiq qızına, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1463 saylı, hazırda qanuni qüvvədə olan qətnaməsilə etibarsız hesab edilmiş Hüquqların X6 daşınmaz əmlakın dövlət reseyestrindən 13 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın əsasında, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notarisusu X7 tərəfindən təsdiq edilmiş 14 may 2019- cu il tarixli, 4Ə-58 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin, həmin Müqavilənin əsasında Cavabdeh2 Şaiq qızma verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və Cavabdeh1 qızma verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın məhkəmə qaydasında etibarsız hesab edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum miras qoyan X5 xx.xx.1969-cu il tarixdə vəfat etdikdən sonra ondan miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində onlarında vərəsəlik hüquqlarının tanınması şərtilə, miras əmlakda İddiaçı1 münasibətdə miras əmlakda onun 1/6, İddiaçı2 münasibətdə miras əmlakda onun 1/6 (yəni, onlara ümumilikdə 1/3 hissə) hissə ilə pay hüququnun müəyyən edilməsi, İddiaçı3 aid olaraq miras əmlakda onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi və Cavabdeh1 miras əmlakda onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi, həmin miras əmlaka verilmiş əvvəlki 2V-206 nömrəli, xx.xx.2018-ci il tarixli “X13 Hüququ haqqında Şəhadətnamə”nin, 3M-113 nömrəli, xx.xx.2018-ci il tarixli “Bağışlanma Müqaviləsi”nin və onların əsasında AR ƏmlakMəsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın dövlət reseyestrindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə İddiaçı1 iddia tələbi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)4463 saylı qətnaməsi ilə təmin edilmiş və aşağıdakılar qət edilmişdir: “Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli, 17 mart 2018-ci il tarixli X13 Hüququ haqqında Şəhadətnamə, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli, 17 mart 2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi, Hüquqların X6 daşınmaz əmlakın dövlət reseyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış Çıxarış etibarsız hesab edilsin. X1 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və Cavabdeh1 1/3 hissə payları müəyyən edilsin.” Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin, həmin qətnamə əsasında verilmiş icra sənədi bu günədək icra edilməyib o səbəbdən ki, onlara miras əmlak kimi çatası olacaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,0147 ha. olan hissəsi Cavabdeh1 tərəfindən vaxtikən, Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanılmış 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli (daşınmaz əmlakın) bağışlanma müqaviləsi əsasında vətəndaş Cavabdeh2 Şaiq qızına bağışlanmış və həmin bağışlanma müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması haqqında aşağıdakı 2 iki (iki) ədəd Çıxarışlar verilmişlər: ünvan 1 ünvanında yerləşən 0,0147 ha. torpaq sahəsinə aid olan 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsinə aid olan 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış. Lakin, həmin iki ədəd çıxarışlar Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)4463 saylı qətnaməsi çıxarılmazdan əvvəl Cavabdeh1 və Cavabdeh2 verildiyindən hazırda həmin qətnamənin icrasında çətinlik yaranmışdır. Qeyd edirlər ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-4463 saylı qətnaməsinə əsasən, Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli, 17 mart 2018-ci il tarixli X13 Hüququ haqqında Şəhadətnamə, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli, 17 mart 2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi və onun əsasında verilmiş Hüquqların X6 daşınmaz əmlakın dövlət reseyestrindən ********** qeydiyyat nömrəli, 13 aprel 2018-ci il tarixdə qeydə alınmış Çıxarış etibarsız hesab edilsə də, həmin Çıxarışın əsasında cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Şaiq qızı arasında Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanılmış 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin müqavilənin əsasında verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışlar hələ ki, məhkəmə qaydasında etibarsız hesab edilməyib. Ona görə də, hesab edirlər ki, hazırda qanuni qüvvədə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1463 saylı qətnaməsilə etibarsız hesab edilmiş Hüquqların X6 daşınmaz əmlakın dövlət reseyestrindən 13 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın əsasında, Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanılmış 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması Müqaviləsi və həmin müqavilənin əsasında verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışlar da məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)- 1463 saylı, hazırda qanuni qüvvədə olan qətnaməsilə etibarsız hesab edilmiş Hüquqların X6 daşınmaz əmlakın dövlət reseyestrindən 13 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın əsasında, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notarisusu X7 tərəfindən təsdiq edilmiş 14 may 2019- cu il tarixli, 4Ə-58 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin, həmin Müqavilənin əsasında Cavabdeh2 Şaiq qızına verilmiş 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və Cavabdeh1 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın məhkəmə qaydasında etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 yanvar 2023-cü il tarixl iclasında iştirak edən müstəqil tərəb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması Müqaviləsi qanunamuvafiq qaydada həyata keçirildiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə muraciət edərək səhhəti lə bağlı məhkəmənin xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixə, xx.xx.2023-cü il tarixə təyin olunmuş hazırlıq iclaslarında iştirak edə bilmədiyini bildirmiş və məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 13 fevral 2023-cü il tarixə təyin edilmiş baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 Şaiq qızı heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: 13 aprel 2018-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 88.7 kv.m ümumi sahəsi olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evi, 0.0393 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notarisusu X7 tərəfindən təsdiq edilmiş 14 may 2019-cu il tarixli, 4Ə-58 № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində hədiyyə verən-Cavabdeh1 13 aprel 2018-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ilə tam mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.0393 ha torpaq sahəsindən 0.0147 ha torpaq sahəsini hədiyyə alan-Cavabdeh2 mülkiyyətinə vermişdir. 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 198 ünvanda yerləşən 88.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, 0.0246 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 198 A ünvanda yerləşən 0.0147 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, İddiaçı2, X3, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, X13 hüququ haqqında Şəhadətnamənin, Bağışlanma müqaviləsinin, hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi təmin edilməklə, Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, 17 mart 2018-ci il tarixli X13 Hüququ haqqında Şəhadətnamə, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış 3M-113 reyestr nömrə, 17 mart 2018-ci il tarixli miras payın bağışlama müqaviləsi, Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilməsi, X1 miras əmlak kimi qalmış ünvan 2 ünvanda yerləşən 0.0393 ha torpaq sahəsi və onun ümumi sahəsi 88.7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və Cavabdeh1 1/3 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qərərdadının surətindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, İddiaçı2, X3, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, X13 hüququ haqqında Şəhadətnamənin, Bağışlanma müqaviləsinin, hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsində yol verilmiş yanlışlıqların aradan qaldırılması məsələsinin müzakirəsi zamanı Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsinin nəticəsi hissəsində qeyd olunmuş “Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilməsi” cümləsi “Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilsin” cümləsi kimi oxunması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qərərdadının surətindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, İddiaçı2, X3, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, X13 hüququ haqqında Şəhadətnamənin, Bağışlanma müqaviləsinin, hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsindən Cavabdeh1 və işdə iştirak etməyə cəlb edilməmiş Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, Cavabdeh2 qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs qismində işə cəlb edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1463/2020 №-li, 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və ona əlavə edilmiş sənədlər mülki işin materialları ilə birlikdə baxılması üçün apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində Azərbaycan Respulikası Şirvan Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(106)1843/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və qətnamə ilə hüquqlarına toxunulan 3cü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1463/2020 №-li, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(102)-942/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 və qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1843/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1950-ci il tarixdə doğulmuşdur. 26 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaqdan 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, 13 aprel 2018-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 88.7 kv.m ümumi sahəsi olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evi, 0.0393 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notarisusu X7 tərəfindən təsdiq edilmiş 14 may 2019- cu il tarixli, 4Ə-58 № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində hədiyyə verən-Cavabdeh1 13 aprel 2018-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ilə tam mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.0393 ha torpaq sahəsindən 0.0147 ha torpaq sahəsini hədiyyə alan- Cavabdeh2 mülkiyyətinə vermiş, 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 198 ünvanda yerləşən 88.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, 0.0246 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 198 A ünvanda yerləşən 0.0147 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)- 1463/2020 saylı qətnaməsinə əsasən iddiaçı X2 cavabdehlər Cavabdeh1, İddiaçı2, X3, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, X13 hüququ haqqında Şəhadətnamənin, Bağışlanma müqaviləsinin, hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi təmin edilməklə, Lənkəran rayon 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, 17 mart 2018-ci il tarixli X13 Hüququ haqqında Şəhadətnamə, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış 3M-113 reyestr nömrə, 17 mart 2018-ci il tarixli miras payın bağışlama müqaviləsi, Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilməsi, X1 miras əmlak kimi qalmış ünvan 2 ünvanda yerləşən 0.0393 ha torpaq sahəsi və onun ümumi sahəsi 88.7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və Cavabdeh1 1/3 hissə paylarının müəyyən edilməsi qət edilmiş, Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(049)- 1463/2020 saylı qərərdadına əsasən iddiaçı X2 cavabdehlər Cavabdeh1, İddiaçı2, X3, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, X13 hüququ haqqında Şəhadətnamənin, Bağışlanma müqaviləsinin, hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsində yol verilmiş yanlışlıqların aradan qaldırılması məsələsinin müzakirəsi zamanı Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsinin nəticəsi hissəsində qeyd olunmuş “Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilməsi” cümləsi “Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış Çıxarışın etibarsız hesab edilsin” cümləsi kimi oxunması qərara alınmış, Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qərardadına əsasən iddiaçı X2 cavabdehlər Cavabdeh1, İddiaçı2, X3, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, X13 hüququ haqqında Şəhadətnamənin, Bağışlanma müqaviləsinin, hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(049)-1463/2020 saylı qətnaməsindən Cavabdeh1 və işdə iştirak etməyə cəlb edilməmiş Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, Cavabdeh2 qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs qismində işə cəlb edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1463/2020 №-li, 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və ona əlavə edilmiş sənədlər mülki işin mateialları ilə birlikdə baxılması üçün apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində Azərbaycan Respulikası Şirvan Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmış, Şirvan Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(106)1843/2021 saylı qətnaməsinə əsasən Cavabdeh1 və qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1463/2020 №-li, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(102)- 942/2022 saylı qərarına əsasən Cavabdeh1 və qətnamə ilə hüquqlarına toxunulan 3-cü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1843/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 14 may 2019-cu il tarixli, 4Ə-58 № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X6 daşınmaz əmlakın 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 04 iyun 2019cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlar etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1 və 139-1.4-cü maddələrinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 6-cı hissəsinin a) və b) bəndlərinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü bəndinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 2.3 və 2.4-cü bəndlərində qeyd olunmuşdur ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh2 Şaiq qızına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X6 daşınmaz əmlakın 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh1 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-ci maddəsinin tələbinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 8 saylı “Səyyar-Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr № ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh2 Şaiq qızına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X6 daşınmaz əmlakın 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh1 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar