Məhkəmə qərarları › İş №2(049)-382/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-382/2024

30.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-382/2024 30.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı «kanalizasiya xidmətlərinə dair xx.xx.2023-cü il tarixinə, fiziki şəxsə hesablanmış 675,87 manat borcunun silinməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC 3 N-li Regional Sukanal İdarəsinin X10 tərəfindən, o iddiaçı X1 ünvan 1 ünvanındakı «Gülüstan» şadlıq sarayına xx.xx.2023-cü il tarixinə hesablanmış 675.87 manat məbləğində borc pulun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında X3 mülkiyyətində olan, ümumi sahəsi 1261,10 kv.m. qeyri-yaşayış binası o iddiaçı X1 (VÖEN: ********** olan “Gülüstan” şadlıq sarayının vergi ödəyicisi kimi ) istifadəsində olmuşdur. Odur ki, istifadəsində olan qeyri-yaşayış binasının bütün vergi və kommunal xidmətlərinin ödənişi tərəfindən vaxtlı-vaxtınad icra edilmişdir. Bu səbəblərdən yəni qeyri-yaşayış binasının heç bir dövlət vergi və ya digər kommunal borcu olmadığına görə, mülkiyyətçinin şəxsi istəyi ilə obyekt, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən reyestrdə 40-524 №o li təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nə satılmışdır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1261,10 kv.m. qeyri- yaşayış binasının "xxxx" MMC-nə satılması barədə xx.xx.2021-ci il tarixli, AN-İ №o ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-satqı müqviləsi" iddia ərizəsinə əlavə edilir. Eyni zamanda "xxxx" MMC aldığı həmin ümumi sahəsi 1261,10 kv.m. olan qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüquqları qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli çıxarış əsasında verilmişdir. Yəni həmin qeyri-yaşayış binasının mülkiyyətçisi xx.xx.2021-ci il tarixdən "xxxx" MMC olmuşdur. Lakin, cavabdeh "xxxx" ASC 3 No li Regional Sukanal İdarəsinin X10 xx.xx.2023-cü il tarixli, aşağıdakı “Xəbərdarlıq" məktubu ilə 675,87 manat borcunun X5ması barədə o iddiaçıya müraciət etmişdir: "Su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı" No 418233 nömrəli, müqavilə No /Abonent kodu: 42310695/620093 Məktub Yəni istifadəsində olan “Gülüstan” şadlıq sarayının, "Azərsu” ASC-nin X7 xx.xx.2023-cü il tarixinə 675,87 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun yaranması haqqında məlumat vermişdir. Qeyri-yaşayış binası mülkiyyətçi tərəfindən xx.xx.2021-ci il tarixli, müqavilə əsasında satılmışdır. Hansı səbəbdən dövlət müəssisəsi "xxxx" ASC 3 No li Regional Sukanal İdarəsinin X10, təxminən 2 il ərzində, o fiziki şəxsin borclu olması barədə heç bir məlumat vermir və ya borc pulunu tələb etmir. Odur ki, cavabdehin "Xəbərdarlıq" müraciətində qeyd etdiyi; No /Abonent kodu: 42310695/620093 - nömrəli müqavilə barəsində həmçinin yaranmış borcun istinad etdiyi digər müqavilələrin təsdiq edilmiş surətini və “Gülüstan" şadlıq sarayından tələb edilən 675,87 manat borcun hesablanması qaydası barədə məlumat verilməsi haqqında xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin X6 rəisi Asif Məmmədova şəxsən ərizə ilə müraciət edib. Lakin xx.xx.2023-cü il tarixinədək cavab alınmamışdır. Bu səbəblərdən məcburiyyət qarşısında qalıb "xxxx" ASC-nin X6 rəisi Asif Məmmədova ikinci dəfə tərəfindən müraciət oldu. Yəni təkrar olaraq, borcun yaranmasına səbəb olan hüquqi sənədin yəni fiziki şəxs "Gülüstan" şadlıq sarayı ilə X10 arasındakı müqavilələrin təsdiq olunmuş surətlərini və tələb edilən 675,87 manat borcun hesablanması qaydası barədə məlumat verilməsi barədə ikinci dəfə cavabdehə müraciət olundu. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı «kanalizasiya xidmətlərinə dair xx.xx.2023-cü il tarixinə, fiziki şəxsə hesablanmış 675.87 manat borcunun silinməsi» tələbinə dair mülki işin materilları aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 24.2-ci maddəsinə görə Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26-cı maddəsinə görə: 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması- mülki, ailə, iqtisad və.s) yoxlamalıdırlar. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Göründüyü kimi iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki olmaqla, yaranmış mübahisə fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 №-li qərarının 24-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyrihökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə verir. Həmin Məcəllənin 45.2-ci və 45.3-cü maddələrinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsi kommersiya mübahisəsi kimi tərəflərin sahibkarlıq fəaliyyət ilə əlaqədar olduğundan iddiaçı X1 Cavabdeh ASC-yə qarşı «kanalizasiya xidmətlərinə dair xx.xx.2023-cü il tarixinə, fiziki şəxsə hesablanmış 675.87 manat borcunun silinməsi» tələbinə dair mülki işin materialları baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 25.1, 26.1, 32, 263,264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh ASC-yə qarşı «kanalizasiya xidmətlərinə dair xx.xx.2023-cü il tarixinə, fiziki şəxsə hesablanmış 675.87 manat borcunun silinməsi» tələbinə dair 2(049)- 382/2024 saylı mülki işin materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar