Məhkəmə qərarları › İş №2(049)-3827/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3827/2025

03.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3827/2025 03.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «qaz borcunun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X16 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Ürgə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Lənkəran rayon Ürgə kənd sakini X5 ilə ailə qurmuşdur. Birgə nikahdan 1 oğulları X7 doğulmuşdur. Oğlm xx.xx.2013-cü il tarixdə, həyat yoldaşı isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra onun adına olan əmlaka faktiki sahibliyi və vərəsəliyi qəbul etmişdir. Hazırda kommunal xidmətlərin də ödəniş hesablarını o ödəyir. Yaşadığı ev mülkiyyət hüququ ilə ərinə məxsus olsa da qeyd etdiyi kimi əri öləndən sonra evə faktiki olaraq o sahiblik edir. Hazırda həmin evdə gəlini və nəvələri ilə birlikdə yaşayır. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. O, həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onların evində çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. O qaz sayğacını öz adına keçirmək üçün "Azəriqaz" X2 RQİİ-nə müraciət etmişdir. Orada ona məlum oldu ki, onların "Azəriqaz" İstehsalat Biriliyinə guya 1555.20 manat məbləğində borcları vardır. O borcun nədən yarandığını "Azəriqaz" X2 RQİİ-dan soruşanda ona bildirdilər ki, köhnə sayğaca baxış keçirilərkən guya sayğaclarda nasazlıq aşkar olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları yaşadıqları ünvanda plasmas qapağının sınması səbəbindən sayğaclarını dəyişdirirmişlər. "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən Zenner tipli sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Onu da bildirir ki, köhnə sayğac dəyişdirilərkən sayğac tam işlək vəziyyətdə idi və üzərində heç bir əzik və ya müdaxilə yox idi. Bunu "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları da görmüşlər. Zenner tipli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və gəlini Günel Mirzəyeva da həmin akta imza etmişdir. Bundan sonra bununla bağlı xx.xx.2022-ci il tarixdə mərhum yoldaşı X1 adına ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktla tanış olanda məlum oldu ki, guya sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt və üst hissələrindən deşilib. Halbuki, nə onun, nə də ki ərinin belə bir aktdan xəbəri olmamışdır. Onları aktla heç kim tanış etməmişdir. Bu da o deməkdir ki, həmin akt tamamilə qanunsuz və etibarsızdır. Bundan başqa, köhnə Zenner tipli G-4 markalı **********5 nömrəli sayğacı "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən plombu açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğaca heç bir müdaxilə olmamışdır. Sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin sınması və qoruyucu şüşəsinin alt və üst hissələrindən deşilməsinə səbəbkar da onlar deyildir. Əgər onlarlıq hər hansı bir problem olsaydı, bu barədə xx.xx.2022-ci il tarixdə tərtib etdikləri ******* nömrəli aktın "digər qeydlər" qrafasında qeyd edərdilər və bu barədə onlara hər hansı bir məlumat verərdilər. Göründüyü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşları yaşadıları ünvanda sayğacın sərfiyyatı qeyd etməməsi səbəbindən sayğacları dəyişdirirmişlər. "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən Zenner tipli sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Onu da bildir ki, köhnə sayğac dəyişdirilərkən sayğac tam işlək vəziyyətdə idi və üzərində heç bir əzik və ya müdaxilə yox idi. Bunu "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları da görmüşlər. Zenner tipli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və nəvəsi Nicat Həsənzadə həmin akta imza etmişdir. Bundan sonra bununla bağlı xx.xx.2023-cü il tarixdə mərhum yoldaşı X1 adına ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktla tanış olanda məlum oldu ki, aktda qeyd edilib ki, guya sayğacın çıxış plasmas borusu deşilib, sayğacın hesablama mexanizminin örtüyü üzərinə vurulan altı ədəd plombun dörd ədədi deşilib, sayğac istismara yararsızdır. Halbu ki, nə onun, nə də ki yoldaşının belə bir aktdan xəbəri olmamışdır. Onlarə aktla heç kim tanış etməmişdir. Bu da o deməkdir ki, həmin akt tamamilə qanunsuz və etibarsızdır. Bundan başqa köhnə Zenner tipli G-4 markalı **********572 nömrəli sayğacı "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən plombu açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğaca heç bir müdaxilə olmamışdır. Sayğacda olan nasazlığa görə də onlar məsuliyyət daşımırlar. Əgər onlarlıq hər hansı bir problem olsaydı bu barədə xx.xx.2023-cü il tarixdə tərtib etdikləri ******* nömrəli aktın "sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs" qrafasında qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründüyü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları yaşadıqları ünvanda sayğacın çıxış borusunun deşilməsi səbəbindən sayğaclarını dəyişdirirmişlər. "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən Zenner tipli sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Onu da bildirim ki, köhnə sayğac dəyişdirilərkən sayğac tam işlək vəziyyətdə idi və üzərində heç bir əzik və ya müdaxilə yox idi. Bunu "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları da görmüşlər. Zenner tipli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və gəlini həmin akta imza etmişdir. Bundan sonra bununla bağı xx.xx.2023-cü il tarixdə mərhum yoldaşı X1 adına ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktla tanış olanda məlum oldu ki, aktda qeyd edilib ki, guya sayğacın çıxış plasmas borusu deşilib, sayğac istismara yararsızdır. Halbu ki, nə onun, nə də ki yoldaşının belə bir aktdan xəbəri olmamışdır. Onları aktla heç kim tanış etməmişdir. Bu da o deməkdir ki, həmin akt tamamilə qanunsuz və etibarsızdır. Bundan başqa köhnə Zenner tipli G-4 markalı **********103 nömrəli sayğacı "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən plombu açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğaca heç bir müdaxilə olmamışdır. Sayğacda olan nasazlığa görə də onlar məsuliyyət daşımırlar. Əgər onlarlıq hər hansı bir problem olsaydı bu barədə xx.xx.2023cü il tarixdə tərtib etdikləri ******* nömrəli aktın "sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs" qrafasında qeyd edərdilər və bu barədə mənə hər hansı bir məlumat verərdilər. Göründükü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Əksinə hər 3 aktda sayğacın küçədə olmasını qeyd etmişlər. Qaz sayğacı onların həyətindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının "Qazdan istifadə Qaydaları"nın 4.8 bəndinə və qaz Təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı "Azəriqaz" İstehsalat Biriliyi daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq, Dövlət Laboratoriya rəyinə əsasən Cavabdeh Lənkəran X12 İdarəsi tərəfindən xx.xx.2022-cü il tarixdə ******* nömrəli, xx.xx.2023-cü il tarixdə ******* nömrəli və xx.xx.2023-cü il tarixdə ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" cərimə aktları tərtib edilmişdir. Qaz sayğacının üzərində plomb ola-ola onlar qaz sayğacına necə müdaxil edə bilərlər. Aydın məsələdir ki, bu mümkün deyil. Ona görə də hesab edir ki, Lənkəran X12 İdarəsinin əməkdaşları tərəfindən tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış 1555.20 manat məbləğində cərimə məbləği silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verdi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Lənkəran X12 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış ümumilikdə 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış AK-07480/09-25 saylı, qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz paylayıcısı-X13 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyib. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifələrindən biridir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. xx.xx.2023-cü il tarixli, ******* №-li «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4 markalı **********572 nömrəli sayğac Zenner G-4 markalı **********117 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. xx.xx.2023-cü il tarixli, ******* №-li «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4 markalı **********103 nömrəli sayğac çıxarılmışdır. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üzərinə vurulan altı ədəd plombun dörd ədədi deşilib. Xətalar təyin edilə bilmədi. Sayğac istifadəyə yararsızdır. İtirilmiş qaz bərpa olunsun. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Sayğac istismara yararsızdır. İtirilmiş qaz bərpa olunsun. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin sentyabr ayı üçün 777.60 və noyabr ayı üçün 777,60 manat olmaqla, ümumilikdə cəmi 1555.20 manat borc hesablanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ağciyər yenitörəməsi səbəbindən Lənkəran rayonu, Ürgə kəndində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə özünü asma səbəbindən Lənkəran rayonu, Ürgə kəndində ölmüşdür. Lənkəran ŞİHB-nin Göyşaban KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12-17/359 №-li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Ürgə kənidnə vəfat edib və həmin kənddə dəfn edilmişdir. Mərhum vəfat edənə kimi ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Ürgə kəndində yaşamışdır. X5 vəfat etdikdən sonra və hal-hazırki günədək ona məxsus olan və Ürgə kəndində yerləşən fərdi yaşayış evində onun yoldaşı İddiaçı, gəlini X8 və azyaşlı nəvələri ilə birlikdə yaşayaraq kommunal ödənişləri İddiaçı edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 17413 saylı, qazın alqı-satqı müqaviləsinə əsasən qaz paylayıcısı-X18 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, Ağaİddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyib. xx.xx.2023-cü il tarixli, ******* №-li «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4 markalı **********572 nömrəli sayğac Zenner G-4 markalı **********117 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üzərinə vurulan altı ədəd plombun dörd ədədi deşilib. Xətalar təyin edilə bilmədi. Sayğac istifadəyə yararsızdır. İtirilmiş qaz bərpa olunsun. xx.xx.2023-cü il tarixli, ******* №-li «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Ürgə kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4 markalı **********103 nömrəli sayğac çıxarılmışdır. Azəriqaz İBnin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Sayğac istismara yararsızdır. İtirilmiş qaz bərpa olunsun. Abonentə 2023-cü ilin sentyabr və noyabr ayları üçün cəmi 1555.20 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin Qaydaların 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və Cavabdeh İB-nin nümayəndəsinə (müvafiq X15) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan iddia təmin edilməli, Cavabdeh Lənkəran X16 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar əsasında hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Lənkəran X12 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar əsasında hesablanmış cəmi 1555.20 manat məbləğində borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 35.55 manat dövlət rüsumunun məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar