Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3838/2024 26.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi,Cavabdeh2 iştiraki ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən İddiaçı MMC–nin xeyrinə 15042.0 AZN qalıq borc, gecikdirilmiş hər günə görə hesablanmış 1504.0 AZN faiz olmaqla, ümumilikdə 16546 AZN pul vəsaitini və iddianın qaldırılması üçün ödənilmiş 135 AZN tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 Nazir oğlu və Cavabdeh2 Əlişan oğlu arasında 00455167 saylı, xx.xx.2023-cü il tarixli “Nisyə Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında alıcıya İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan “Mal” satılmışdır. Alıcı Cavabdeh1 Nazir oğlu və Cavabdeh2 Əlişan oğlu isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışdır. Onlara dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, Satıcı ilə Alıcı arasında bağlanmış Nisyə Alqı-Satqı Müqaviləsindən irəli gələn ümumi 15102 AZN məbləğində bu günə qədər cavabdehlər Cavabdeh1 Nazir oğlu və Cavabdeh2 Əlişan oğlunun 60 AZN ödənişi olmuş və halhazırda 15042 AZN məbləğində borcu qalmaqdadır. Onlar İddiaçı MMC arasında bağlanmış Nisyə Alqı-Satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən (Alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1%-i məhsula əlavə qiymət hesablanacaq. Həmin cərimə Malın dəyərini və ya ödənişin cəmi məbləğinin 10%-dən artıq ola bilməz). Bu bəndə əsasən cavabdehlər ödənilməmiş borc məbləği 15042 AZN, gecikdirilən günlər üçün hesablanan faiz pulu 1504 AZN təşkil etməklə, onların müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 16546 AZN təşkil edir. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 Nazir oğlu və Cavabdeh2 Əlişan oğluna ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdehlər ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəmə hazırlıq iclasında ərizə verərək iddialarını müdafiə etdiklərini və məhkəmnə iclasın onların nümayəndəsinin iştiraki olmadan keçirilməsi xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Onun atası olan digər Cavabdeh2 oğlunun məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğunu və iddianı qəbul etdiyini, borcu qaytarmaq məqsədilə qazanc dalınca Rusiya Federasiyasına getdiyini bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh2 ərizə verərək iddianı tam qəbul etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 00455167 saylı, “Nisyə Alqı-Satqı” müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan ümumi dəyəri 15102 manat dəyərində 32 adda malı nisyə almış, həmin müqavilənin cavabdeh tərəfindən icra olunmasına zamin kimi digər Cavabdeh2 durmuşdur. İddiaçı MMC-nin Cavabdeh1 unvanlanmış bildirişdən görünür ki, o, öhdəliyi lazimi qaydada yerinə yetirmədiyinə görə onun iddiaçıya əsas borc olaraq 15042 AZN, və 700 AZN dəbbə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli, 00455167 Satış Qaiməsinin surətindən görünür ki, Cavabdeh1 60 AZN ilkin ödəniş edərək, qalıq məbləğ olan 12540 AZN-i xx.xx.2023 - cü il və xx.xx.2023 il tarixlərdə tam ödəməyi öhdəsinə götürmüşdür. Ödəyə bilməzsə bankla sənədləşdirəcəkdir. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 135.40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçı təşkilatla aralarında bağlanmış 00455167 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı- Satqı Müqaviləsində olan bütün şərtləri qəbul edərək müqavilə bağlamışdır. Lakin müqavilə çərtlərinə əməl etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 112.93 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16546 manat borc və 135 manat ödənilmiş dövlət rüsumu, cəmi 16681 (on altı min altı yüz səksən bir) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(049)-3838/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3838/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver