Məhkəmə qərarları › İş №2(049)-390/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-390/2023

15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-390/2023 15.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli NDM seriyalı 029350 saylı aktın ləğv edilməsi həmin akt əsasında hesblanmış 720 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, İddiaçı Lənkəran rayonunun Ürgə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda yaşadığım fərdi yaşayış ev mərhum əri X3 adına olmaqla bütün kommunal ödənişlər onun tərəfindən ödənilir. Əri vəfat etdikdən sonra dəfələrlə işıq idarəsinə gedərək işıq sayğacını ərinin adından çıxaraq onun adına verilməsini xahiş etsədə də, idarənin əməkdaşları və onların kəndə baxan nəzarətçisi sayğacnm kimin adına olmasının heç bir əhəmiyyətinin olmadığını və mərhum ərinin adında qalmasının heç bir ziyanının olmayacağını bildirdiklərindən həmin sayğac hazırki vaxta kimi mərhum ərinin adında saxlanılmışdır. Evdə istifadə etdiyi sayğac uzun illər istifadə edilmiş və hər ay sərf etdiyi işıq pulunu ödəmişdir. 24 oktyabr 2022-ci il tarixdə işıq idarəsinin əməkdaşları həyətinə gələrək işıq sayğacının yoxlanılması və istismar müddətinin başa çatması ilə əlaqədar olaraq köhnə sayğacı yerindən açıb onu yenisi ilə əvəz edib getmiş və bu barədə ona heç bir sənəd təqdim etməmişlər, bir neçə gün sonra onların kəndinə nəzarət edən nəzarətçi həyətə gələrək ona sayğacın dəyişdirilməsi barədə protokol və sayğac dəyişdirilməmişdən təxminən 1 ay əvvəl yazılmış guya onun evə quraşdırılmış köhnə sayğacın 0 xəttinin sayğacdan ayrılması müəyyən olunmuş və 0 xətti üzrə sayğac dövriyyədən kənarlaşdırılması barədə aktı təqdim etməklə ona 720 manat məbləğində cərimə yazıldığını deyəndən sonra həmin sənədlərlə tanış olmuş və ona məlum olmuşdur ki, sayğaca baxış keçirilməmişdən əvvəl yəni, 28 sentyabr 2022-ci il tarixdə işıq idarəsinin əməkdaşları Nazim Qurbanov və Allahşükür Axundovun iştirakı ilə NDM № 029350 nömrəli akt tərtib edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının işitrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkənə iclasında dindirilən cavabdehin nümayəndəsi X7 iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 029350 №li aktdan görünür ki, abonent sayğacından kənar elektrik enerjisindən istifadə etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış X1 adına qeydə alınmış xx.xx.2022-ci il tarixdə 286520 nömrəli protokolundan görünür ki,xx.xx.2022-ci il tarixdə saygac dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş diskdə qeyd edilmiş videogörüntüdən müəyyən edilmişdir ki, iddiaçının kənar xəttdən istifadə etməsi "xxxx" ASC-nin Cənub RETSİ İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və videolentə alınmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələbində iddiaçı cavabdeh tərəfindən əmlaka ziyan vurduğunu bildirərək, vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1096 və 1097-ci maddələri təşkil edir. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan mülki hüquq normasının dispozisiya şərtlərinə əsasən iddianın təmin edilməsi üçün aşağdakılar sübuta yetiriməlidir: zərər vurulmuş əmlakın şəxsə məxsus olması; zərərin vurulması; zərəri vurmuş şəxsin təqsiri. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı yaşadığı evdə sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir. Bununla əlaqədar olaraq Azərşıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, 029350 №li akt tərtib edilmiş və tərtib edilmiş Akt əsasında 720 manat ziyan hesablanmışdır. Göründüyü kimi iddiaçının özünün mülki hüquq pozuntusu nəticəsində cavabdeh ziyan vurulmuş və cavavbdeh də həmin ziyan əsasında iddiaçıya borc hesablanmışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları (hazırki iş üzrə zərərin məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübutları) tədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə təqdim edilmiş sübutlarla əlaqədar aşağıdakıları qeyd edir: MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair idiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar