Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3917/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Gülbala qızına qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh Gülbala qızına qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 11:10-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq tərəflər qeyd olunan vaxtda məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlmədiklərinin səbəblərini bildirməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh Gülbala qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(049)-3917/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3917/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver