Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3920/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən “Təbii X1 pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 6480 kub metr təbii qaz və onun dəyəri olaraq 777.60 manat borcun silinməsi, həmçinin, “Təbii X1 pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilərək həmin akt əsasında hesablanmış və xx.xx.2023-cü il tarixdə ödənilmiş 2500 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayır və həmin ünvanda təbii qaz istehlakçısıdır. Onunla “Azəriq z” İB arasında xx.xx.2019-cu il tarixdə təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmış və qaz xəttinə sayğac qoyulmuşdur. O, istehlak etdiyi təbii qazın pulunu hesab-bildiriş əsasında vaxtı-vaxtında ödəmişdir. 2023-cü ildə onun yaşadığı evə təbii qazın verilməsi dayandırılmış, səbəbini soruşduqda isə 2500 manat borcu olduğu ona bildirilmişdir. O, əksər vaxtlarda Bakı şəhərində yaşadığını, bu qədər borcu ola bilməyəcəyini izah etsə də, təbii qazın verilməsi bərpa olunmamışdır. O da məcburiyyət qarşısında qalaraq və havalar soyumağa başladığına görə xx.xx.2023-cü il tarixdə 2500 manat vəsaiti ödəmişdir. Bundan sonra onun yaşadığı evə təbii qazın verilməsi bərpa olunmuşdur. Ancaq qısa müddət sonra qaz sayğacına nəzarət edən şəxs ona bildirmişdir ki, onun evində istifadə olunan qaz sayğacına görə yenidən cərimə hesablanmışdır. Cavabdeh İB-nin Lənkəran RQİİ-nin əməkdaşları sayğacın qaz sərfiyyatını qeyd etmədiyini, ona görə də növbəti dövlət yoxlamasına göndərilməli olduğunu demişlər. Sayğacın çıxarılması barədə Cavabdeh İBnin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Sayğac laboratoriyada yoxlandıqdan sonra ona bildirmişlər ki, sayğacın çıxış plastmas borusu deşilmiş, hesablama mexanizmi istehlak olunan qazı qeyd etmir və sayğac istifadəyə yararsızdır. Halbuki, sayğac Cavabdeh İB-nin Lənkəran RQİİ-əməkdaşları tərəfindən açılaraq yenisi ilə əvəz edilən vaxt sayğacda hər hansı bir müdaxilə halı aşkar olunmamışdır. Bundan başqa qaz sayğacı onun evindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına görə istehlakçı yox, paylayıcı Cavabdeh İB məsuliyyət daşıyır. “Azəriqaz" İB-nin Lənkəran RQİİ tərəfindən qanunsuz olaraq, dövlət laboratoriyasının rəyinə əsasən “Təbii X1 pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Hesab edir ki, “Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilən həmin aktlar əsassızdır. Ona görə də xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 6480 kub metr təbii qaz və onun dəyəri olan 777.60 manat borcun silinməsini, həmçinin, xx.xx.2023-cü il tarixli ******* nömrəli digər aktın ləğv edilərək həmin akt əsasında hesablanmış və xx.xx.2023-cü il tarixdə ödənilmiş 2500 manat pulun ona geri qaytarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq Cavabdeh İB tərəfindən “Təbii X1 pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 6480 kub metr təbii qaz və onun dəyəri olaraq 777.60 manat borcun silinməsi, həmçinin, “Təbii X1 pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış və xx.xx.2023-cü il tarixdə ödənilmiş 2500 manat pulun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçı yaşadığı evdə istifadə edilən təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. İddiaçının təbii qazdan istifadəyə görə heç vaxt borcu qalmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə 2500 manat vəsaiti də havaların soyumasına görə və yaşadığı evə təbii qazın verilməsinin bərpa olunması məqsədi ilə məcburiyyət qarşısında qalaraq ödəmişdir. Yalnız bundan sonra iddiaçının yaşadığı evə təbii qazın verilməsi bərpa olunmuşdur. İddiaçı və ya onun ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmiş və sayğacda olan qüsurdan da onların məlumatları olmamışdır. Qeyd etdiklərinə əsasən cavabdeh tərəfindən xx.xx.2023cü il tarixli ******* nömrəli akt əsasında iddiaçının hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 777.60 manat debitor borcun silinməsi, həmçinin, xx.xx.2023-cü il tarixli ******* nömrəli digər akt əsasında hesablanmış və xx.xx.2023-cü il tarixdə ödənilmiş 2500 manat pulun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddia tələbi əsassız hesab edilir. Belə ki, iddiaçı Lənkəran rayonu Sütəmurdov kəndində təbii qaz istehlakçısı kimi abonent qeydiyyatındadır. İddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın zədələndiyi müəyyən edilmişdir. Qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmiş, hesablama mexanizmi istehlak olunan qazı qeyd etmir və sayğac istifadəyə yararsızdır (qaz itkisi, müdaxilə). Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda sayğacın əvəzlənməli olduğu və itirilmiş təbii qazın bərpa edilməli olduğu qeyd edilmişdir. Qaz sərfiyyatının dəyərinin ödənilməsi iddiaçıdan tələb edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 2734.56 manat vəsaitin 2500 manatdan ibarət hissəsini xx.xx.2023-cü il tarixdə ödəmişdir. Qeyd olunan əsaslara görə iddiaçının hazırki iddia tələbi əsassız hesab edilərək həmin tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilir. Cavabdeh İB-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayış, qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli 39040 nömrəli müqavilənin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü tarixli ******* nömrəli aktın, qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə xx.xx.2023-cü il tarixli aktın, təbii X1 pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tələbnamələrin surətləri, abonentin saldosundan xx.xx.2024-cü il tarixə aid çıxarış və xx.xx.2023-cü ödəniş qəbzi ilə müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Sütəmurdov kəndində yaşayır və həmin kənddə təbii qaz istehlakçısı kimi qeydiyyata alınaraq onunla istehsalçı arasında müqavilə bağlanmışdır. Cavabdeh İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar tərtib edilərək qaz sayğacı çıxarılıb yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda sayğacın istismara yararsız olduğu və itirilmiş qazın bərpa edilməli olduğu qeyd edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin aktlar əsasında müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 22788 kub metr (2734.56 manat) və 6480 kub metr (777.60 manat) müəyyən edilmiş, həmin məbləğlər iddiaçıdan tələb edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 2734.56 manat vəsaitin 2500 manatdan ibarət hissəsini xx.xx.2023-cü il tarixdə ödəmişdir. Hazırda iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 6480 kub metr təbii qaz və onun dəyəri olan 777.60 manat borcun silinməsi, həmçinin, xx.xx.2023-cü il tarixli ******* nömrəli digər akt əsasında hesablanmış və xx.xx.2023-cü il tarixdə ödənilmiş 2500 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, təbii X1 pozulması barədə akta və abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, təbii qazdan istifadəyə görə borcu olmadığını, qaz sayğacına müdaxilə etmədiyini və sayğacda olan qüsurdan məlumatı olmadığını bildirir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və tələbə etiraz olaraq iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın zədələndiyinin müəyyən olunduğunu və sayğacın istifadəyə yararsız olduğunu (qaz itkisi, müdaxilə) qeyd etmiş, bununla bağlı müvafiq aktları məhkəməyə təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Məhkəmə hazırki iddia tələbinin ərazi aidiyyəti ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iddiaçı Bakı şəhərində qeydiyyatda olsa da, faktiki olaraq Lənkəran rayonu Sütəmurdov kəndində yaşadığına və tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinin icra edildiyi yer də məhz Lənkəran rayonu Sütəmurdov kəndi olduğuna görə iddiaçının həmin tələblə Lənkəran Rayon Məhkəməsinə müraciət etmək hüququ istisna edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hazırki iddia tələbinin əsasları ilə bağlı qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İstehlak edilmiş təbii qazın dəyəri də istehlakçı tərəfindən vaxtaşırı olaraq ödənilmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “X1 təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 777.60 manat debitor borcun, həmçinin, daha əvvəlki vaxtlarda iddiaçıdan tələb olunan 2734.56 manat debitor borcun, o cümlədən, iddiaçı tərəfindən obyektiv səbəblərdən məcburiyyət qarşısında ödənilən 2500 manat vəsaitin onun həmin məbləğlərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında iddiaçının hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 777.60 manat debitor borcun silinməsi, həmçinin, xx.xx.2023-cü il tarixli ******* nömrəli digər akt əsasında hesablanmış debitor borca görə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 2500 manat pulun cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib oiaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddia tələbi üzrə ödənilmiş tələblərin ümumi məbləği 3277.60 (777.60 + 2500) manat təşkil edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan cəmi 52.78 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 777.60 manat debitor borc silinsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı hesabına işlənmiş itirilmiş təbii qazın dəyəri olaraq iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 2500 manat vəsait Cavabdehndən tutularaq İddiaçı qaytarılsın. Hazırki iddia tələbi üzrə ödənilməli olan cəmi 52.78 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3920/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3920/2024
19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver