Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-402/2023 07.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB X3 İstismarı İdarəsi tərəfindən qanunsuz tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli aktın, ******* saylı xx.xx.2022-ci il tarixli aktın əsassız olaraq müəyyən olunmuş 6480 m3 qaz itkisinə görə hesablanmış 734.40 manat miqdarında cərimələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o qaz istehlakçısı olaraq Lənkəran rayonu Gərmətük qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin qaz təminatı xətti üzərində X3 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-4 markalı, ******* saylı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı vasitəsi ilə istehlak edilmiş qazın dəyərini ödəyib. xx.xx.2020-ci il tarixində o evdə olduğu vaxt sayğacına baxış keçirilmiş, sayğacların istismar müddəti yəni 5 il ötdüyünə görə yəni sayğacın quraşdırılması niyyəti ilə köhnə sayğacı sökülmüşdür. Sonradan Azəriqaz İB-nin əməkdaşları xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda da qeyd edilmişdir ki, sayğac yararlı halda qəbul edildi lakin həmin aktda onun imzası imtina edilməsi sözü vardır. Evindən sökülüb aparılan ******* saylı qaz sayğacının sonradan labaratoriyada yoxlanılmışdır. Guya onun yaşayış evindən aparılan sayğacın zədələnməsi və sınması aşkarlanmışdır. Həmin akt heç onun yanında tərtib edilməmiş və o həmin aktdan xəbərsiz olub. Köhnə qaz sayğacı yoxlanıldıqdan sonra guya onun həmin sayğaca müdaxilə etdiyini və ondan qanunsuz illərdir istifadə etdiyini bildirmişdir. Tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda onun 1 ədəd PQ-4 qaz avadanlığı və radiator peçi işlədilməsini qeyd edilərək 2160 m3 qaz sərfiyyatını itirilməsi qanunsuz olaraq rəsmiləşdirilmişdir. Tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda onun 1 ədəd PQ-4 qaz avadanlığı və radiator peçi işlədilməsini qeyd edilərək 2160 m3 qaz sərfiyyatını itirilməsi qanunsuz olaraq rəsmiləşdirilmişdir. Sonradan onun yaşadığı evinə X3 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-4 markalı, 10568767 saylı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı vasitəsi ilə istehlak edilmiş qazın dəyərini ödəyirdi. xx.xx.2022-ci il tarixində o evdə olduğu vaxt sayğacına baxış keçirilmiş və sayğacı sökülmüşdür. Sonradan Azəriqaz İB-nin əməkdaşları xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda da qeyd edilmişdir ki, sayğac yararlı halda qəbul edildi lakin həmin aktda onun imzası imtina edilməsi sözü vardır. Evindən sökülüb aparılan 10568767 saylı qaz sayğacının sonradan labaratoriyada yoxlanmışdır. Labaratoriyada yoxlanma onun iştirakı təmin olunmamışdır. Guya onun yaşayış evindən aparılan sayğacın zədələnməsi və sınması faktı aşkarlanmışdır. Həmin akt heç onun yanında tərtib edilməmiş və o həmin aktdan xəbərsiz olub. Köhnə qaz sayğacı yoxlanıldıqdan sonra guya onun həmin sayğaca müdaxilə etdiyini və ondan qanunsuz illərdir istifadə etdiyini bildirmişdir. Trətib edilmiş xx.xx.2022-ci il tarixli aktda onun 1 ədəd PQ-4 qaz avadanlığı və radiator peçi işlədilməsini qeyd edilərək 4320 m3 qaz sərfiyyatını itirilməsi qanunsuz olaraq rəsmiləşdirilmişdir. Qaz istismarı idarəsi belə tərtib etdiyi cərimələrlə özünün borclarını silməsini məqsədi güdür. Onun Məhkəməyə təqdim etdiyi **********02330 saylı abonə kodlu hesabdan çıxarışında da görünür ki, o hər ay öz borcunu vaxtı vaxtında ödəyib. O 2015-ci il tarixindən həmin evdə qazdan istifadə edib. Necə olur ki, istifadə olunan qaz sayğacına o müdaxilə edib? Qaz idarəsinin inspektoru hər ay ayda 2 dəfə olmaqla sayğaca baxış keçirdir. Bunu qaz istismarı idarəsinin sahə üzrə nəzarətçisi görməsin və ya kənar müdaxilənin olmasını aşkarlamasın? Sayğac açıq yerdə yerləşdiyindən həmin sayğaca müdaxiləni dərhal onlar aşkarlamalı və buna görə akt tərtib etməli olduğu halda bunu nəzarətçi etməmiş və onu məlumatlandırmamışdır. Eyni zamanda ildə iki dəfə həmin ünvanda qaz avadanlığları müayinə olunmalı olduğu halda qaz istismarı idarəsi bunu etməmişdir. Cavabdeh təşkilat hardan onun həmin ünvanda hansı qaz avadanlıqlarının istifadəsini qeyd etmişdir və neçə müddətə istifadə edib yazmışdır? Buna görə də Lənkəran Xidmət Sahəsi tərəfindən evinin qaz sayğacının onun tərəfindən təsir və ya müdaxilə etdiyinə görə ona akt yazıblar. Sayğaca və qaz xəttinə baxış zamanı onun iştirakı olmadan məcburi olmalı olduğu halda təşkilatın işçiləri bunu etməmiş və hətta hansı şərait yaratmamışlar. Halbuki, həmin aktı onun iştirakıyla və ya ailə üzvlərinin iştirakı ilə tərtib edilməli idi. Ancaq akt onun tərəfindən imzalanmamış və aktı ona rəsmi verməmişdir. Qaz sayğacı onunla yaşadığı evinədn 30 metr uzaqlıqda küçə tərəfində yerləşir. Əgər qaz sayğacı onun yaşadığı evin həyətinin daxilində yerləşsəydi o onda həmin sayğacın kənar şəxslərin müdaxiləsinə imkan verməzdi. Qaz sayğacı ümumiyyətlə küçə tərəfində yerləşir və bu qaz paylayıcı orqanlarının daxili qaydalarıdır. O məcburiyyət qarşısında qalıb X3 İstismarı İdarəsinə ərizə ilə müraiət edib və ona cərimə yazılmasının doğru olub olmaması barədə məlumat tələb edib. X3 İstismarı cavab məktubundan məlum olub ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktla ona itirilmiş qazın bərpası üzrə 90 gün müddəti üçün 2160 m/kub olmaqla 216.00 manat dəyərində ə xx.xx.2022-ci il tarixli ******* ******* nömrəli aktla ona itirilmiş qazın bərpası üzrə 90 gün müddəti üçün 4320 m/kub olmaqla 514.40 manat dəyərində cərimələr hesablanmışdır. Yəni belə çıxır ki, o 6 ay qanunsuz olaraq təbii qazdan istifadə edib. Əslində o heç zaman qanunsuz qazdan istifadə edib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 84671 saylı qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz X1 Sahəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifələrindən biridir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. xx.xx.2020-ci il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4T markalı, ******* saylı qaz sayğacı Elster tipli, G-4T markalı 10568767 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. xx.xx.2022-ci il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4T markalı, 10568767 saylı qaz sayğacı Zenner tipli, G-4T markalı **********692 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2020ci il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin platmas qapağının alt hissəsi deşici alətlə deşilməsi qeyd edilmiş və istehlakçı İddiaçı 2160 m3 qaz sərfiyyatı hesablanmışdır. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2022ci il tarixli ******* saylı aktdan görünür ki, qapaq yan sağ hissədən deşici alətlə deşilməsi qeyd edilmiş və istehlakçı İddiaçı 4320 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci ilin fevral ayı üçün 216.00 manat borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin mart ayı üçün 518.40 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair akt tərtib etmiş cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X2 regional Qaz İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar ləğv edilməli və həmin aktlar əsasında hesablanmış müvafiq olaraq 216,0 manat və 518,40 manat olmaqla, cəmi 734,40 manat silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X2 regional Qaz İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2020-ci il tarixli, ******* saylı akt və xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin aktlar əsasında hesablanmış müvafiq olaraq 216,0 manat və 518,40 manat olmaqla, cəmi 734,40 manat məbləğində borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-402/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-402/2023
07.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver