Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4030/2023 12.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, X1 qarşı ümumi istifadədə olan yol kimi nəzərdə tutulan yolun üzərində inşa edilmiş təndirxananın və dəmir darvazanın sökülməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, X1 qarşı ümumi istifadədə olan yol kimi nəzərdə tutulan yolun üzərində inşa edilmiş təndirxananın və dəmir darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin əsillərinin onlara geri qaytarılması barədə qəradad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçıların vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçılar iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiklərinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı1 hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, X1 qarşı ümumi istifadədə olan yol kimi nəzərdə tutulan yolun üzərində inşa edilmiş təndirxananın və dəmir darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-4030/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4030/2023
12.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver