Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4087/2023 21.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçı “Azəriqaz” İstegsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 9966,72 manat məbləğində dəymiş ziyanın, 119,66 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 10086,78 manat məbləğində pulun məcburi qaydada Cavabdeh tutularaq iddiaçı “Azəriqaz” İB-nın Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda Lənkəran Rayon Məhkəməsində qaldırdığı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların ləğv edilməsi və hesablanmış borcun silinməsi” barədə iddia hazırki “Azəriqaz” İBnin ona qarşı irəli sürdüyü iddia tələbi ilə əlaqədar mülki işlə əlaqəlidir və bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, iddiasında qeyd etdiyi tələb “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların əsassız olduğundan ləğv edilməsi və 9628,88 manat məbləğində cərimənin silinməsidirsə, “Azəriqaz” İB-nin də tələbi həmin aktlar üzrə hesablanmış maddi ziyanın ondan tutulmasıdır. Bu baxımdan hesab edir ki, qeyd olunan tələblərlə bağlı mülki işlər bir-biri ilə əlaqəli olduğundan “prosessual səmərəlilik” baxımından həmin işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Qeyd edilən mülki işlərin bir icraatda birləşdirilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “Azəriqaz” İstegsalat Birliyinin nümayəndəsi X2 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini məhkəmədə bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində edilən sorğuya əsasən əldə edilmiş məlumatdan müəyyən edilir ki, hazırda Lənkəran Rayon Məhkəməsinin icraatında Cavabdeh iddiaçı olduğu 2(049)-3705/2023 nömrəli mülki iş mövcuddur. Məhkəmə iddiaçını nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış ziyan” tələbinə dair 2(049)-4087/2023 nömrəli və iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair 2(049)-3705/2023 nömrəli mülki işlər eyni növlü olduqlarına görə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmələri məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə. yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin icraatında olan iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış ziyan” tələbinə dair 2(049)-4087/2023 nömrəli mülki iş iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair 2(049)-3705/2023 nömrəli mülki işlə birlikdə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-4087/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4087/2023
21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver