Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4117/2024 13.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı Əlizadə oğlunun cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızına qarşı “alğı-satqı müqaviləsi üzrə borc“ tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Əlizadə oğlunun cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızına qarşı “alğı-satqı müqaviləsi üzrə borc “ tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızından 405 (dörd yüz beş) manat pulun və dövlət rüsumu kimi ödədiyim 30 manat pulun alınaraq İddiaçı Əlizadə oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı Əlizadə oğlunun cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızı xx.xx.2024-cü il tarixədə 720 (yeddi yüz iyirmi ) manat dəyərində 1 ədəd ziqon böyük, 1ədəd kreslo balonlu istəmişdir.Cavabdeh X1 istədiyi əşyanı 50 (əlli) manat ilkin ödəniş etməklə 12 ay müddətində hər ay 55 (55) manat 83 (səksən üç) qəpik ödəmək şərti ilə kredit müqaviləsi bağlayaraq satdım.Lakin cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetiməyərək aldığı əşyaların pulundan cəmi 50 manat ödəniş etmiş və 405 manat borcu qalmışdır.Mən dəfələrlə telefonla cavabdehdən mənə borclu olduğu pulu tələb etsəm də.Azərpoçt vasitəsilə qeydiyyatda olduğu ünvaqna bildiriş göndərsəmdə o,mənə müqavilə üzrə ödənişini etməmişdir. Cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızının 405 manat borculu qalmışdır. Sonda cavabdeh Lamiyə Rzayeva (Şuşayeva) kredit müqaviləsinin şərtlərini pozduğu üçün mən məcbur qalıb bu barədə məhkəməyə müraciət etməli olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284- 5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızı məhkəmə bildirişini xx.xx.2024cü il tarixində poçt vasitəsi ilə alsada iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı Əlizadə oğlunun Rzayeva (Şuşayeva) Lamiyə Telman qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona 3 gün müddətində nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, 720 (yeddi yüz iyirmi ) manat dəyərində 1 ədəd ziqon böyük, 1ədəd kreslo balonlu istəmişdir.Cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızına istədiyi əşyanı 50 (əlli) manat ilkin ödəniş etməklə 12 ay müddətində hər ay 55 (55) manat 83 (səksən üç) qəpik cavabdeh X2 12 ay müddətində, aylıq 405 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızının xx.xx.2024-cü il tarixədə 720 (yeddi yüz iyirmi ) manat dəyərində 1 ədəd ziqon böyük, 1ədəd kreslo balonlu istəmişdir.Cavabdeh X1 istədiyi əşyanı 50 (əlli) manat ilkin ödəniş etməklə 12 ay müddətində hər ay 55 (55) manat 83 (səksən üç) qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli,********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 38.41 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Rzayeva (Şuşayeva) Lamiyə Telman qızından 405 (dörd yüz beş) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı Əlizadə oğluna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə ”Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Müqlki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-4117/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4117/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver