Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1544/2025 13.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X9 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxslər X14, X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-784/2025 saylı, 23 iyul 2025ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 oktyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh iddiaçının mülkiyyətində olan Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və mediyasiya xərcinə görə 60 (altmış) manat və dövlət rüsumuna görə 40 (qırx) manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bildirir ki, Biləsuvar rayonu, Xırmandalı kəndi ünvanda yerləşən evdə yaşayır. Aparılan aqrar islahatları əsasında ona və 5 nəfər ailə üzvləri X22, X10 , X15, X11, X12 olmaqla ümumi birgə mülkiyyətlərinə 0,12 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Bu haqda torpağın mülkiyyətə verilməsinə dair JN 245F saylı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini üzərində ev tikmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN245F saylı şəhadətnamədə həmin ev 245FJ kimi qeyd olunmuşdur. Cavabdeh ilə iddiaçının oğlu X10 rəsmi nikaha daxil olmaqla 2012-ci ildə ailə qurmuşlar. Onlar evləndikdən sonra oğlu Elməddin Quliyevin evi yox idi və hazırda da yoxdur. Eİ adətinə uyğun olaraq cavabdeh gəlin kimi ona məxsus və onun yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndi ünvanda yerləşən evə gəlmişdir. 2018-ci ilin 02 iyul tarixində oğlu Elməddin Quliyevlə hazırda Cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh onların evini tərk edib öz ata evinə ünvan 1inə getmişdir. 2017-ci ilin mayından həyətində yeni müasir formada mişar daşından ev tikməyə başlamışdır. 2021-ci ilin əvvəllərində tikintini başa çatdırmışdır. Hazırda iddiaçı evə və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin illərdə yəni evi tikintisi aparılan vaxtlarda cavabdeh onlar ilə yaşamırdı. Belə ki, həmin illərdə cavabdeh ilə oğlu arasında nikah məhkəmə qaydasında pozulduğundan onlar bir-birindən ayrı, iddiaçının oğlu onun evində, cavabdeh isə ünvan 1ində ata evində yaşayırdı. 2021-ci ilin 11 avqust tarixində oğlu Elməddin ilə cavabdeh Firuzə arasında barışıq oldu və onlar yenidən nikaha girməklə ailə münasibətlərini bərpa etdilər. Cavabdeh onlar ilə sonradan yenə də, evdə digər ailə üzvləri ilə yola getmədi və onlar həyətdə tikdiyi təzə evə köçüb orada yaşamaq istədiklərini bildirdilər və iddiaçı da ailənin yenidən dağılmamasına xatir onların həmin evdə müvəqqəti yaşamasına icazə vermişdir. Lakin sonradan onlar ər-arvad olaraq bir-biri ilə yola getmədilər və nikahın pozulması haqda məhkəməyə müraciət etdilər və aralaında olan nikah məhkəmə qaydasında pozuldu. Cavabdeh ilə Quliyev Elməddin arasında nikah qeydi Biləsuvar Rayon Məhkəməsinin 2(022)-458/2024 saylı 03 oktyabr 2024 tarixli qətnaməsinə əsasən pozulmuşdur. Qeyd etdiyi kimi artıq Cavabdeh ilə oğlu Elməddin Quliyev arasında nikah məhkərnə qaydasında pozulmuşdur. Lakin, cavabdeh iddiaçıya məxsus evi tərk etmir və tərk etməkdən imtina edir. Hazırda yaşadığı ev çiy kərpicdən tikilib, bünövrəsiz və şəraitsizdir. O, təzə tikdiyi evə köçüb orada ailəsi ilə yaşamaq istəyir. İddiaçı bildirir ki, 43 il 6 ay kəndin orta məktəbində müəllim işləmiş və hazırda təqaüdçü və əmək veteranıdır. Bundan başqa əkin işləri və eləcə də, həyət torpağında bağçılıqla məşğul olaraq gəlir əldə edir. Həmin ev onun və həyat yoldaşının qazancı və gəliri hesabına tikilmişdir. Cavabdeh tərəfindən evə heç bir xərc qoyulmamışdır. İddiaçının oğlu Elməddin Quliyev ilə nikah dövründə cavabdehin onlarla münasibəti pis olmuşdur. Nikah məhkəmə qaydasında pozulduqdan sonra münasibətlər tamamilə kəskinləşmişdir. Nikah pozulduqdan sonra cavabdeh onlara qarşı kinli və qəzəblidir. Bu münasibətlərin sonunda hər hansı bir hadisənin olmasından çox narahatdır. Hazırda bir həyətdə birlikdə yaşamaq qeyri mümükündür. Cavabdeh iddiaçının tələbinə qarşı yazılı etiraz ərizəsi verərək bildirmişdir ki, o, iddiaçının evinə 2012-ci il tarixdə gəlin getməklə, X10 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin evdə rəsmi nikahdan bir övladları dünyaya gəlmişdir. Onlar Xırmandalı kəndində iddiaçının yaşadığı ünvanda özlərinə həmin həyətin torpaq sahəsinin üzərində əlavə olaraq ev inşa etmişlər. Həmin evin tikilməsində onun da iştirakı olmaqla bərabər maddi köməkliyi olmuşdur. Həmin göstərdiyi inşa olunmuş evdə hal-hazırda övladı ilə və həyat yoldaşı Elməddinlə 2024-ci ildə nikah qeydləri pozulana qədər bərabər yaşamışlar. Nikah qeydləri pozulandan sonra Elməddin atasına məxsus həmin həyətdə yaşayır. O, isə yeni inşa olunmuş evdə övladı ilə bərabər yaşayır, hətta cehiz əmlakı da onun yaşadığı evdədir. Bundan sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun valideyni tək yaşayır. İddiaçının göstərdiyi ev balaca bir daxmadan ibarətdir və həmin ev də qardaşına məxsusdur. 2018 ci ildə nikah qeydlərini pozmaqla və ona iddiaçı tərəfindən kompensasiya ödəməklə öz razılığı əsasında evdən çıxaraq kirayədə yaşamışdır. 2021-ci ildə çoxlu xahişlərin ağsaqqal və seyidlərin iştirakı ilə o həmin Xırmandalı kəndinə Elməddinlə yenidən nikaha girməklə ailə münasibətlərini bərpa etmiş və ona ödənilmiş kompensasiya pulunu iddiaçı Bəxtiyara tam olaraq qaytarmaqla bu günə kimi həmin evdə yaşayır. Evə aid butun kommunal xəcləri özü ödəyir. İddiaçı onun xərc çəkdiyi inşa olunmuş evdən çıxarılmasını tələb edir. Həmin evin heçbir mülkiyyət hüququ yoxdur və mülkiyyət hüququ olan və məhkəməyə çıxarış təqdim etdiyi evdə ailə üzvləri ilə bərabər yaşıyır. Cavabdeh isə yeni inşa olunmuş evdə övladı ilə birgə yaşayır. Ona görə də iddia ərizəsinə etiraz olaraq bildirir ki, iddia ərizəsində göstərilən tələblər qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə etirazda göstərilənlərə münasibətdə bildirmişdir ki, cavabdeh etiraz ərizəsində qeyd edir ki, onun yaşayış yeri yoxdur. Əliabad kəndi ünvanda olan ev kiçik bir daxmadır. Həmin etiraz ərizəsində qeyd olunalar tamamailə yalandır və qəbuledilməzdir. Beləki tərəfindən Biləsuvar rayon İcra hakimiyyəti Başçısının Əliabad kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə verilmiş sorğuya cavab olaraq müəyyən edilmişdir ki, cavabdeh X16 və 4 nəfər ailə üzvləri daxil olmaqla ünvan 1i ünvanda aparılan aqrar isalahat əsasında 0,18 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmiş və həmin həyətyanı torpaq sahəsinin üzərində ümumi sahəsi 100 kvadratmetr olan yaşayış evi vardır. Cavabdeh iddia ərizəsinə qarşı verdiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid kimi çıxış edən Şahid izahatında bildirmişdir ki, 2017-ci ildə İddiaçı evində ustalıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin ildə Bəxtiyarın evini tikmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-784/2025 saylı, 23 iyul 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Mədinə Rəsulova), iddianın təmin edilməsi, Cavabdeh Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN – 245F seriyalı, kod 80807018 nömrəli şəhadətnamə əsasında İddiaçı, X14, X2, X5, X3 və X4 birgə mülkiyyətinə verilmiş 0,12 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən çıxarılması, Cavabdeh “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05- 10301 nömrəli dövlət reyestrindən çıxarışına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsinin iddiaçıdan tələb etməkdə haqlı olmasının izah edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat, eləcə də Lənkəran 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdırlar ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, onun tərəfindən mübahisəli mənzilin tikintisi və təmiri ilə bağlı çəkmiş olduğu xərclər ilə bağlı heç bir araşdırma aparılmadan yekun hüquqi nəticəyə gəlinmişdir. Habuki məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmalı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmalıdır. Odur ki, hesab edir ki, apellyasiya icraatı zamanı bütün bunlara aydınlıq gətirilməlidir. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsivəkili Hüseynov X20 Rayon Məhkəməsinin 2(022)-784/2025 saylı, 23 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 784/2025 saylı, 23 iyul 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Üçüncü şəxslər X22 və X10 apelyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş iddia tələbini müdafiə etdiklərini, Cavabdeh evdən çıxarılmasını tələb etdiklərini bildirərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-784/2025 saylı, 23 iyul 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Üçüncü şəxslər X12, X11 və X15 apellyasiya icraatı zamanı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq iddiaçı tərəfindən verilmiş iddia tələbini müdafiə etdiklərini, Cavabdeh evdən çıxarılmasını tələb etdiklərini bildirdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-784/2025 saylı, 23 iyul 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən “mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur”. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahiblikdən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. X31 Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X7rşı işlər). Bunda əlavə “Akimova Azərbaycana qarşı” iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə xatırladır ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-784/2025 saylı, 23 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir..”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli MŞL/MT014/2024-00767 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmişdir. İş materiallarında olan Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndəliyinin 04 oktyabr 2024-cü il tarixli, 5-39-3/2-1393/1 saylı arayışından görünür ki, Quliyev X8 rayonu, Xırmandalı kəndində yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 486277 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə Cavabdeh arasındakı nikah Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, 19 noyabr 2024-cü il tarixdə nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 19 noyabr 2024-cü il tarixdə 155 nömrəli akt ilə qeyd aparılmışdır. İş materiallarında olan Biləsuvar rayon Rayon Məhkəməsinin 2(022)-189/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında 20 may 2013-cü il tarixdə Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndəliyində bağlanmış və 01 nömrəli kitabın 35-ci səhifəsində qeyd edilmiş nikahları pozulmuş, 31 may 2013-cü ildə anadan olmuş X1 Firuzə Ramiz qızının yanında saxlanılması müəyyən edilmişdir. İş materiallarında olan Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli qərarı ilə verilmiş JN-245F seriyalı, kod 80807018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, torpağın mülkiyyətçiləri İddiaçı və onun ailə üzvləri X22, X10, X15, X11 və X6r. Torpağın ümumi sahəsinin ölçüsü 0.12 hektardır. İş materiallarında olan “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 40 (qırx) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli, 19830 nömrəli mədaxil qəbzindən görünür ki, Quliyev X13 1 saylı Mediasiya Təşkilatına 60 (altmış) manat məbləğində ödəniş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinəuyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, Biləsuvar rayonu, Xırmandalı kəndi ünvanda yerləşən evdə yaşayır. Aparılan aqrar islahatları əsasında ona və 5 nəfər ailə üzvləri X22, X10 , X15, X11, X12 olmaqla ümumi birgə mülkiyyətlərinə 0,12 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Bu haqda torpağın mülkiyyətə verilməsinə dair JN 245F saylı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini üzərində ev tikmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN245F saylı şəhadətnamədə həmin ev 245FJ kimi qeyd olunmuşdur. Cavabdeh ilə iddiaçının oğlu X10 rəsmi nikaha daxil olmaqla 2012-ci ildə ailə qurmuşlar. Onlar evləndikdən sonra oğlu Elməddin Quliyevin evi yox idi və hazırda da yoxdur. Eİ adətinə uyğun olaraq cavabdeh gəlin kimi ona məxsus və onun yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndi ünvanda yerləşən evə gəlmişdir. 2018-ci ilin 02 iyul tarixində oğlu Elməddin Quliyevlə hazırda Cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh onların evini tərk edib öz ata evinə ünvan 1inə getmişdir. 2017ci ilin mayından həyətində yeni müasir formada mişar daşından ev tikməyə başlamışdır. 2021ci ilin əvvəllərində tikintini başa çatdırmışdır. Hazırda iddiaçı evə və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin illərdə yəni evi tikintisi aparılan vaxtlarda cavabdeh onlar ilə yaşamırdı. Belə ki, həmin illərdə cavabdeh ilə oğlu arasında nikah məhkəmə qaydasında pozulduğundan onlar birbirindən ayrı, iddiaçının oğlu onun evində, cavabdeh isə ünvan 1ində ata evində yaşayırdı. 2021-ci ilin 11 avqust tarixində oğlu Elməddin ilə cavabdeh Firuzə arasında barışıq oldu və onlar yenidən nikaha girməklə ailə münasibətlərini bərpa etdilər. Cavabdeh onlar ilə sonradan yenə də, evdə digər ailə üzvləri ilə yola getmədi və onlar həyətdə tikdiyi təzə evə köçüb orada yaşamaq istədiklərini bildirdilər və iddiaçı da ailənin yenidən dağılmamasına xatir onların həmin evdə müvəqqəti yaşamasına icazə vermişdir. Lakin sonradan onlar ər-arvad olaraq birbiri ilə yola getmədilər və nikahın pozulması haqda məhkəməyə müraciət etdilər və aralarında olan nikah məhkəmə qaydasında pozuldu. Nikah məhkəmə qaydasında pozulduqdan sonra münasibətlər tamamilə kəskinləşmişdir. Nikah pozulduqdan sonra cavabdeh onlara qarşı kinli və qəzəblidir. Bu münasibətlərin sonunda hər hansı bir hadisənin olmasından çox narahatdır. Hazırda bir həyətdə birlikdə yaşamaq qeyri mümükündür. Cavabdehlərin iddiaya etirazından müəyyən edilir ki, iddiaçının evinə 2012-ci il tarixdə gəlin getməklə, X10 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin evdə rəsmi nikahdan bir övladları dünyaya gəlmişdir. Onlar Xırmandalı kəndində iddiaçının yaşadığı ünvanda özlərinə həmin həyətin torpaq sahəsinin üzərində əlavə olaraq ev inşa etmişlər. Həmin evin tikilməsində onun da iştirakı olmaqla bərabər maddi köməkliyi olmuşdur. Həmin göstərdiyi inşa olunmuş evdə hal-hazırda övladı ilə və həyat yoldaşı Elməddinlə 2024-ci ildə nikah qeydləri pozulana qədər bərabər yaşamışlar. Nikah qeydləri pozulandan sonra Elməddin atasına məxsus həmin həyətdə yaşayır. O isə yeni inşa olunmuş evdə övladı ilə bərabər yaşayır, hətta cehiz əmlakı da onun yaşadığı evdədir. Bundan sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun valideyni tək yaşayır. İddiaçının göstərdiyi ev balaca bir daxmadan ibarətdir və həmin ev də qardaşına məxsusdur. 2018 ci ildə nikah qeydlərini pozmaqla və ona iddiaçı tərəfindən kompensasiya ödəməklə öz razılığı əsasında evdən çıxaraq kirayədə yaşamışdır. 2021-ci ildə çoxlu xahişlərin ağsaqqal və seyidlərin iştirakı ilə o həmin Xırmandalı kəndinə Elməddinlə yenidən nikaha girməklə ailə münasibətlərini bərpa etmiş və ona ödənilmiş kompensasiya pulunu iddiaçı Bəxtiyara tam olaraq qaytarmaqla bu günə kimi həmin evdə yaşayır. Evə aid bütün kommunal xərcləri özü ödəyir. İddiaçı onun xərc çəkdiyi inşa olunmuş evdən çıxarılmasını tələb edir. Həmin evin heç bir mülkiyyət hüququ yoxdur və mülkiyyət hüququ olan və məhkəməyə çıxarış təqdim etdiyi evdə ailə üzvləri ilə bərabər yaşayır. Cavabdeh isə yeni inşa olunmuş evdə övladı ilə birgə yaşayır. Ona görə də iddia ərizəsinə etiraz olaraq bildirir ki, iddia ərizəsində göstərilən tələblər qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Apellyasiya icraatı zamanı cəlb edilmiş üçüncü şəxslər X14, X2, X4, X3 və X5 iddiaya münasibətlərindən müəyyən edilir ki, onlar İddiaçı tərəfindən verilmiş iddia tələbini müdafiə edirlər. Kollegiya cavabdehin mübahisəli mənzildə yaşaması və iddiaçının tələb etməsinə baxmayaraq evdən çıxmamasını sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə, həmçinin mübahisəli mənzilə iddiaçıların mülkiyyət hüquqlarının pozulması kimi qəbul edir və bununla bağlı aşağıdakıları qeyd edir. MM-in 164.1-ci maddəsi ilə bağlı qeyd olunmalıdır ki, bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Məhkəmənin tətbiq etdiyi MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmə bu qaydada hüquqi dəyərləndirmə aparmış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli evin qanuni sahibi və mülkiyyətçisi olduğunu, cavabdehin mübahisəli evdə yaşamasının hüquqi əsaslarının qalmadığı müəyyən edildiyindən mübahisəli evdən cavabdehin çıxarılması təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ qanunla qorunur və bu hüquq mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, “mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur”. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materiallarından görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli qərarı ilə verilmiş JN-245F seriyalı, kod 80807018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, torpağın mülkiyyətçiləri İddiaçı və onun ailə üzvləri X22, X10, X15, X11 və X6r. Torpağın ümumi sahəsinin ölçüsü 0.12 hektardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Cavabdeh iddiaya etirazında torpaq sahəsində 2 fərdi yaşayış evinin olduğunu, onlardan birinə çıxarış alındığını və həmin çıxarış olan evdə iddiaçı və onun ailə üzvlərinin yaşadığını, digər evin isə birgə nikah dövründə tikildiyini və çıxarışının olmadığını bildirmiş və apellyasiya şikayətinin dəlillərində isə əksinə iddiaçının yaşadığı evə çıxarış almadığını, tələm-tələsik digər evə çıxarış aldığını bildirmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-10301, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 53 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Göründüyü kimi, İddiaçı hər iki fərdi yaşayış evinə tam mülkiyyət hüququ vardır, qeyd edilən mənzillər onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə dövlət reysterində qeydiyyata alınmışdır. Cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, hər iki fərdi yaşayış evi də xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə reyestrdə də qeydiyyata alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından, hər iki fərdi yaşayış evinin mülkiyyətiçisi-İddiaçıdur. Cavabdehlə iddiaçı arasında isə torpağın və onun üzərində yerləşən evin istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur, hal-hazırda cavabdehin iddiaçının oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı onu qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, əgər, yuxarıda göstərilən halları nəzərə almadan məhkəmə cavabdehi qeyd edilən yaşayış sahəsindən çıxarılmasını təmin etməmiş olsa, bu halda iddiaçının yaşayış sahəsi ilə bağlı hüquqlarından əlavə yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da pozulmuş olacaq. Ona görə ki, torpaq sahəsindən istifadə edilmədən (iddiaçının torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarına toxunmadan) yaşayış sahəsindən istifadə qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan qərarları ilə müəyyən edilmişdir ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısıyla onlar vahid daşınmaz əmlak hesab edilir. Mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi - § 29-30). Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-nə dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Hər hansı şəxs məhkəməyə müraciət edərək onun tələbi üzrə araşdırma aparılaraq yekun hüquqi nəticəyə gəlinən zaman maddi və prosessual hüquq normaları fərqli qaydada tətbiq edilir. Belə ki, mübahisə predmeti üzrə tərəflər arasında mübahisəyə hüquq münasibəti baş verən zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməli olduğu halda, işin faktiki halları müəyyən edilməsindən ötrü sübutlar qiymətləndirilən zaman isə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsini qanunverici ona görə zəruri hesab etmişdir ki, mülki hüquq münasibətlərinin müəyyənliyi və sabitliyi təmin edilsin. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli qərarı). Kollegiya qeyd edir ki, mübahisəli ev İddiaçı mülkiyyət hüququ ilə adına qeydə alınmış torpaq sahəsi üzərində yerləşir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranan münasibətə, hüquq münasibəti yaranan vaxt (tərəflər arasında ailə münasibəti 2012-ci ildə yaranmışdır.) qüvvədə olan maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Kollegiya müəyyən edir ki, Cavabdeh İddiaçı ailə üzvü olmamışdır. Cavabdeh həmin şəxsə münasibətdə də “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da aid edilə bilməz. Belə olan halda cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması ötrü mülkiyyətçi ilə, iddiaçı arasında Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən razılaşması olmalıdır. Lakin cavabdehin hazırkı torpağın mülkiyyətçi, həmçinin həmin torpaq üzərində yerləşən evin mülkiyyətçisi İddiaçılə mənzildən istifadə edilməsinə dair aralarında hər hansı bir razılaşma olması da, müəyyən edilməmişdir. Bundan başqa cavabdehin keçmiş əri Elməddin Quliyev mübahisəli evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olduğundan və həmin torpaq sahəsinin mülkiyyəti evin mülkiyyəti ilə birlikdə vahid daşınmaz əmlak olduğundan mübahisəli mənzildə cavabdehin keçmiş ərinə münasibətdə istifadı hüququnun olub-olmaması müəyyən edilərkən, Elməddin Quliyev keçmiş arvadı Cavabdeh ilə ailə münasibətlərinə xitam verdiyindən onun hazırda mülkiyyətlərində olan evdə yaşamasına etiraz edərək iddiaçının iddiasını müdafiə etmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, mübahisəli evin birgə nikah dövründə inşa edildiyini və həmin tikintisinə onun da maddi köməklik etdiyini bildirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir: Əvvəla Cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 53 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin tikilməsinə onun tərəfindən xərc çəkilməsinə dair sübutlarını təqdim edə bilməmişdir. İkincisi hazırkı iş üzrə İddiaçı iddia tələbinin hüquqi əsasını cavabdehin evdən çıxarılması, yəni mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələb təşkil edir. Üçüncüsü hətta cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi kimi mübahisəli mənzilin inşasında iştirak etməsi və xərc çəkməsi sübut olunsa belə, bu hal mülkiyyətçi olaraq iddiaçının iddia tələbinin təmin edilməməsinin qanuni əsası kimi qəbul edilə bilməz. Belə olan halda kollegiya cavabdehin evin tikintisinə və təmirinə çəkilən xərclərlə bağlı dəlillərinə hüquqi qiymət verilməsinə zərurət görmür. Çünki bu barədə sübutlar tələb edilməsi Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Cavabdeh apelyasiya şikayətinin dəlillərində həmçinin qeyd edir ki, yaşadıqları həyətdə iki ev mövcuddur onlardan birində iddiaçı, onun aravadı, və digər oğlu yaşayır, digər evdə o, ailəsi ilə birgə yaşayır. Necə olur ki, iddiaçı özü və ailə üzvləri yaşayan evə dair çıxarış almır, onun tərəfindən köməkliyi ilə hazırda yaşadığı evə çıxarış alır. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinı də əsaslı saymır, əvvəla mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırması şəxsin subyektiv hüququnun həyata keçirilməsi iıə bağlıdır. İkincisi hər kəsin mülkiyyət hüququ vardır və heç kəs bu hüququn həyata keçirilməsindən mərhum ola bilməz. Üçüncüsü iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsində iki ev mövcuddur və hər iki ev mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, həm ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin həm də ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 53 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (MM maddə 140) Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh mübahisə predmeti olan torpaq sahəsini və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evinin inşasında iştirak etməsi və yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin iddiaçıdan onun xeyrinə tutulması barədə məhkəmədə iddia qaldırmağa haqlı olduğu izah edilmişdir. Məhkəmə kollegiyası həmçinin Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kollegiya qeyd edilən normanın tələbi baxımından qeyd edir ki, Cavabdeh ilə iddiaçının oğlu X10 arasında məhkəmənin qətnaməsinə əsası nikah pozulmuş və bu barədə Biləsuvar rayon qeydiyyat şöbəsində 19 noyabr 2024-cü il tarixdə 155 nömrə ilə qeyd edilmişdir. O, ki qaldı Cavabdeh istifadə hüququnun müvvəqqəti (müəyyən müddətə) saxlanılmasının mümkünlüyü məsələsi ilə bağlı, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən qeyd edilən halın, yəni cavabdehin özünü başqa yaşayış sahəsi ilə təmin edənə qədər istifadə hüququnun müvvəqqəti (müəyyən müddətə) saxlanılmasının məhkəmə tərəfindən araşdırılması mümkün olmamışdır. Belə ki, cavabdeh də apellyasiya şikayətinin dəlillərində başqa yaşayış sahəsinin olmamasını bildirməmiş, yalnız fərdi yaşayış evinin tikintisində iştirak etməsi və xərc çəkməsini göstərmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının işin halları ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, “birinci instansiya məhkəməsinin iddia tələbi təmin edilməli, cavabdeh Abasova X18 rayonu, Xırmandalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN – 245F seriyalı, kod 80807018 nömrəli şəhadətnamə əsasında İddiaçı, X14, X2, X5, X3 və X4 birgə mülkiyyətinə verilmiş 0,12 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********05-10301 nömrəli dövlət reyestrindən çıxarışına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 226.9 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən çıxarılmalıdır” qənəatinə gəlinməsində haqlı olmuş, məhkəmə bu qənaətə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-784/2025 saylı, 23 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-784/2025 saylı, 23 iyul 2025-ci il tarixli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1544/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1544/2025
13.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver