Məhkəmə qərarları › İş №2(049)-4182/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4182/2025

25.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4182/2025 25.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Lənkəran Şəhər İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş və Lənkəran şəhərində yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-ci il tarixdə Lənkəran rayon anadan olmuş və həmin ünvanda uşağı X6 ilə birlikdə yaşamışdır. X1 xx.xx.1990-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X1 anadan gəlmə beyin iflici olaraq dünyaya gəlmişdir. O, ailəsi İlə birlikdə onun bütün müalicələrini elətdirmişdir. Lakin olunan müalicələrin heç bir nəticəsi olmamışdır. Ona görə də uşağın hazırda Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla müalicəsini davam edir, onun bütün təmizlik və əlavə işlərini o görmüşdür. Lakin uşağın hər hansı bir hüquqlarının həyata keçirilməsindən ötrü hüquqi sənədləşmənin aparılmasında yəni sosial müavinatın alınmasında və paylı mülkiyyətində olan torpaq sahəsini özkəninkiləşdirilməsinə yaranan çətinliklərin aradan qaldırılmasından ötrü uşağı X2 ondan başqa heç kimi olmadığından onu, yəni Ərizəçi ona qəyyum təyin edilməsində ona köməklik göstərmələrini xahiş etmışdir. Ona məsləhət bildirlər ki, o bununla bağlı gərək məhkəməyə müraciət etməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş 15340277 seriya nömrəli X4 aid şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X6 25 noyabr 1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Yaşayış yeri kimi Lənkəran şəhəri, M.R.Vəssab küçəsi ev 11 qeyd olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-4182/2025 sayılı xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Ərizəçi (maraqlı şəxs: Lənkəran Şəhər İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə məhkəməpsixiatriya təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X5” publik hüquqi şəxs tərəfindən 301 sayılı xx.xx.2026-cı il tarixli məhkəmə-psixiatrik ekspertiza rəyi haqqında məktub Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X5” publik hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il tarixli 4478 sayılı “Qiyabi sənədlər üzrə məhkəmə psixiatrik ekspertizasının” rəyindən görünür ki, X3 AĞİR ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA) (F72) aşkar olunur. Bunu mülki iş materiallarına əsasən körpəlikdən psixofiziki inkişafda geri qalması, əqli gerilikdən əziyyət çəkməsi, özünü idarə edə bilməməsi, SN Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında “kəskin ifadə olunmuş imbesillik” diaqnozu ilə dispanser qeydiyyatda olması və sair sübut edir. Bunlar nəzərə alınaraq belə qərara gəlinmişdir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi X1na ağır əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya) müəyyən edimişdir. Bu səbəbdən onun fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları ekspert rəyi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş və Lənkəran şəhərində yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar