Məhkəmə qərarları › İş №2(049)-4184/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4184/2025

04.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4184/2025 04.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 verdiyi və Lənkəran Regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notarisu X2 tərəfindən təsdiq edilmiş 30 aprel 2025-ci il tarixli AR-İ N2669754 nömrəli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 04 dekabr 2025-ci il saat 11:20-ə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişləri iş üzrə qanunamüvafiq qaydada tərəflərə təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş poçt reyestrindən və poçt göndərişinin izlənməsindən görünür ki, 04 dekabr 2025-ci il saat 11:20-ə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişi iş üzrə İddiaçı iddia ərizəsində qeyd etdiyi “Lənkəran rayonu, Seydəkəran kəndi” ünvanı üzrə xx.xx.2025-ci il tarixdə sat 09:26-da, Cavabdeh “Lənkəran rayonu, Aşağı Nüvədi kəndi” ünvanı üzrə xx.xx.2025-ci il tarixdə sat 09:55-də poçt rabitəsi vasitəsilə çatdırılmışdır. Lakin iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər (elektron kabinet vasitəsi ilə də). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1 maddəsinə əsasən, Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. İşin hallarından göründüyü kimi iddiaçı və cavabdeh qanunamüvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 31 mart 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar