Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4429/2025 01.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsini səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından icraata qəbul edilməsi mümkün deyil. Belə ki, iddia ərizəsini nəzərdən keçirdikdə müəyyən olunur ki, qaz paylayıcısı ilə məişət qaz qurğusu ifadəçisi arasında qazın alqı-satqısı müqaviləsində, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt X2 adına tərtib edilmişdir. İddiaçı ərizədə atasının öldüyünü həmin sayğacın da onun adına keçirildiyini bildirsə də, bununla bağlı müvafiq sənədləri ərizəyə əlavə etməmişdir. Belə ki, X2 ölüm şəhadətnaməsi, təsərrüfatbaşına kitabdan çıxarış və ya bununla bağlı istənilən təsdiqedici sənədlər ərizəyə əlavə edilməmişdir. Eləcə də X2 abonent saldosunda da qeyd edilən akt əsasında hesablanmış cərimə müəyyən edilmir. X1 adına yazılmış təbii qazdan istifadə qaydalarının pozulmasına görə borcun silinməsi üçün İddiaçı vərəsə olması barədə müvafiq sənədi iş materiallarına əlavə etmədiyindən hazırki tələb üzrə sonuncunun müraciət etməsində və ərizəni imzalanmasında hüququnun olub-olmaması müəyyənləşdirmək mümkün deyil. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemi üzərində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-4429/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4429/2025
01.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver