Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4430/2025 27.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1938,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi etiraz ərizəsi ilə müraricət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlarin ləğv edilməsi, həmin aktlar əsasında yazılmış borcun silinməsi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı Əliyev X1 rayonu, Liman şəhəri, T. Bağırov küçəsi ev 3 ünvanında yaşamaqla X2 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 saylı kodla abonent qeydiyyatındadır. X2 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən xx.xx.2022-ci il tarixldə və xx.xx.2023-cü il tarixlərdə ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə məqsədi ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixlı ******* saylı aktlara əsasən 9504+6652=16156 kub metr olmaqla İddiaçı abonent hesabına 1938,70 manat pul hesablanmışdır. Əlavə olaraq İddiaçı evində aparılan yoxlama ilə əlaqədar video çəkilişlər göstərir ki, vətəndaş İddiaçı təhlükəsizlik qaydalarının tələblərini kobud qaydada pozaraq və bu qaydalara riayət etmədən adi rezin şlanqlarla sayğacdan kənar qanunsuz xətt çəkmişdir. Bu cür hallar iddiaçı tərəfindən iki dəfə təkrarlanmışdır. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini Məhkəmədən xahiş edir. İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə məhkəmə baxış iclası 27 yanvar 2026-cı il saat 16:00-a təyin edilmişdir. Tərəflər təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmışlar. İş üzrə xx.xx.2026-cı il saat 16:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçının Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Eyni zamanda İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişi poçt rabitəsi vasitəsilə çatdırılmışdır. Lakin iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. (elektron kabinet vasitəsi ilə də). İş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş,məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştitakı olmadan baxılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 31 mart 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi ” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-4430/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4430/2025
27.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver