Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4452/2025 08.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qaətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı şəxs Lənkəran rayon İcra Hakimiyyəti lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinın xahişini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin olunmalı, ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin olunsun. Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsıln. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-4452/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4452/2025
08.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver