Məhkəmə qərarları › İş №2(049)-4468/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4468/2025

02.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4468/2025 02.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində himayəçi təyin edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində himayəçi təyin edilməsi” tələbinə dair ərizə məhkəməyə müraciət edərək qızı xx xxxxxxxx 2007-ci il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində anası Ərizəçi himayəçi təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, ərizəçi “maraqlı şəxs” olaraq işə Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanını cəlb etmək əvəzinə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi Maraqlı şəxs cəlb etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Bundan başqa, ərizəçi tələbinin “xahiş edirəm” hissəsində xx xxxxxxxx 2007-ci il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində özünün himayəçi təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nəzərinə çatdırılır ki, mövcud tələb təmin edildiyi halda şəxsin üzərinə qəyyum məhkəmə qərarı ilə təyin edilmir. Belə ki, MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Ərizə geri qaytarıldığı üçün yuxarıda qeyd olunan normanın tələbinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində himayəçi təyin edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar