Məhkəmə qərarları › İş №2(049)-4476/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4476/2025

08.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4476/2025 08.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1- İddiaçı X4 İstismar İdarəsinin rəisi Namiq Məmmədova qarşı aktın ləğv edilməsi və qaz xəttinin yerinə qoşulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı istehlakçı olaraq hüququnun müdafiəsi məqsədilə X4 İstismar İdarəsinin rəisi Namiq Məmmədova qarşı aktın ləğv edilməsi və qaz xəttinin yerinə qoşulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi bir çox nöqsanlarla verildiyindən, ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Belə ki, ilk əvvəl qeyd edilməlidir ki, hazırki iddia X4 İstismar İdarəsinin rəisi Namiq Məmmədova qarşı deyil, ofisi Bakı şəhərində yerləşən “Azəriqaz” İB-nə qarşı verilməlidir. Çünki, X4 İstismar İdarəsi hüquqi şəxs deyil. Mülki qanunvericiliyə görə hüquqi şəxs olmayan idarəyə qarşı iddia verilə bilməz. Buna görə də İddiaçı izah olunur ki, onun Bakı şəhərində yerləşən “Azəriqaz” İB-nə qarşı hazırki iddia ilə müraqciət etmək hüququ vardır. Bu zaman o, həmin iddia ərizəsi ilə ya “Azəriqaz” İB-nin yerləşdiyi Bakı şəhərinin müvafiq rayon məhkəməsinə, ya da ki, özünün yaşadığı Masallı Rayon Məhkəməsinə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddiaçı iddia ərizəsindən görünür ki, o, Masallı rayonu, Ağakişibəyli kəndində yaşayır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə İddiaçının məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.2.2 152, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldim: İddiaçı X4 İstismar İdarəsinin rəisi Namiq Məmmədova qarşı qarşı aktın ləğv edilməsi və qaz xəttinin yerinə qoşulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ya “Azəriqaz” İB-nin yerləşdiyi Bakı şəhərinin müvafiq rayon məhkəməsinə, ya da ki, özünün yaşadığı Masallı Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi andan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar