Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-45/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müəraciət edərək xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş və həmin kənddə qeydiyytda olan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Əri ilə məhkəmə qaydasında boşanmışdır. xx.xx.1995-ci il tarixdə anadan olmuş oğlu X3 uşaqlıqdan psixi xəstəliyə tutulmuş və onlar ambulator qaydada onun müalicəsi ilə məşğul olmuşlar. Onun xəstəliyi üzrə «Rezidual-üzvi ümumbeyin dəyişiklikləri, beyin qabığı neyroqenezinin ləngiməsi əlamətləri, qabıqaltı-diensefal strukturların disfunksiyası, üzvü xarakterli ensefalopatiya, nevropatoloqun müalicəsi və nəzarəti, periodik EEQ kontrol” diaqnozu qoyulmuşdur. Həmin xüsusatı xəstənin tibbi kartoçkasından çıxarışı və digər müayinə və müalicə sənədləri bir daha təsdiq edir. Elvar uşaqlıqdan hazırkı dövrə kimi ambulator qaydada müalicə olunur. Lakin keçən dövrdə aparılan müalicələr heç bir nəticə verməmişdir. Onun öz hərəkətlərinin mənasım anlaya bilməməsi və öz hərəkətlərini idarə edə bilməməsi davam etməkdədir. Oğlunun məhkəmə iclasına gətirilməsi onun üçün çətindir. Çünki onun səhhəti buna imkan vermir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.1-ci maddəsinin tələbləri qaydasında işə onun iştirakı olmadan baxılmasımı xahiş edir. Hazırda Elvar xəstə olduğundan və psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini nəzərə alıb, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Bununla bağlı o, Lənkəran rayon İcra Hakimiyyətinə də müraciət etmiş, oradan ona bildirmişlər ki, X3 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdən sonra onun qəyyumluğuna verilə bilər.Ona görə də hazırki, ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizəçi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi, X1 anasıdır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli 3163 saylı rəyindən görünür ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-45/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-45/2025
09.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver