Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4521/2025 10.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Lənkəran Rayon 1 saylı Notariat Ofisi,Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Lənkəran Rayon 1 saylı Notariat Ofisi,Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü digər iş olduğundan, işlər birləşdirilməlidir. Belə ki, məhkəmənin icraatında olan 2(049)-2268/2025 nömrəli mülki işdən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı,X2 və X1 qarşı “totpaq sahəsinin naturada bölgüsü və cavabdehlərin həmin hissədən çıxarılması” tələbinə dair iddia ərizəsi xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və hal-hazırda Lənkəran Rayon Məhkəməsinin hakimi Murad Aslanovun icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü, bir-biri ilə əlaqəli iki mülki iş vardır və məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Lənkəran Rayon 1 saylı Notariat Ofisi,Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, 2(049)-4521/2025 saylı mülki iş iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı,X2 və X1 qarşı “torpaq sahəsinin naturada bölgüsü və cavabdehlərin həmin hissədən çıxarılması” tələbinə dair 2(049)-2268/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli, birləşdirilmiş mülki iş üzrə 2(049)-2268/2025 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Lənkəran Rayon 1 saylı Notariat Ofisi,Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi, 2(049)-4521/2025 saylı mülki iş iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı,X2 və X1 qarşı “torpaq sahəsinin naturada bölgüsü və cavabdehlərin həmin hissədən çıxarılması” tələbinə dair 2(049)-2268/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməklə 2(049)-4521/2025 saylı mülki işə xitam verilsin. Birləşdirilmiş mülki iş üzrə 2(049)-2268/2025 saylı qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-4521/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4521/2025
10.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver