Məhkəmə qərarları › İş №2(049)-4663/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4663/2025

05.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4663/2025 05.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Əliyev Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək xx.xx.1969-cu il tarixdə Lənkəran rayonu, Moloja kəndində anadan olmuş qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etsə də, məhkəmənin tələb etdiyi X2 ilə onun qohumluq münasibətlərini təsdiqləyən sənədi təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, ərizəçinin məhkəmə tərəfindən tələb olunan sənədi təqdim etməməsi işin mahiyyəti üzrə baxılmasına mane olur. Buna görə də iş Mülki Prosessual Məcəllənin 259-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında ərizəçi, X1 onun qardaşı olduğunu bildirsə də, bunu təsdiq edən özünün və X1 doğum haqqında şəhdətnamələri məhkəməyə təqdim etməmiş, onların təqdim edilməsi üçün məhkəmə ərizəçiyə bildirərək məhməmə iclasını təyin etmiş, lakin ərizəçi məhkəmə baxış iclasına həmin sənədləri təqdim etməmiş və bunun səbəblərini əsaslandırmamışdır. Belə olan halda, işin mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsini baxılmamış saxlayır. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra onun aidiyyat qaydalarına riayət etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ərizənin verilməsi üçün xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verlidikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar