Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4737/2025 18.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı onun nümayəndəsi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 12.811 (on iki min səkkiz yüz on bir) manat pulun, iddia qaldırarkən ödənilmiş 128,43 (bir yüz iyirmi səkkiz manat qırx üç qəpik) manat dövlət rüsumunun, eləcə də, vəkil haqqı olaraq hazırkı işlə bağlı ödənilmiş 325 (üç yüz iyirmi beş) manat olmaqla, cəmi 13.264,43 manat (on üç min iki yüz altmış dörd manat qırx üç qəpik) pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhərində yerləşən «Spes Keramik» şirkətinin rəhbəridir. Şirkətdə müxtəlif kafel və metlax, eləcə də, digər məişət və tikinti avadanlıqlarının satışı ilə məşğul olurlar. İş üzrə cavabdeh, Lənkəran rayonu Göyşaban kənd sakini Cavabdeh da rəhbərlik etdiyi şirkətə müraciət edərək tikdirdiyi evin təmiri üçün müxtəlif tikinti materialları almış və əvvəllər aldığı materialların pulunu da vermişdir. Ancaq sonradan aralarında münasibət və etibar yarandıqdan sonra Cavabdeh 80.000 (səksən min) manat dəyərində müxtəlif tikinti materialları və məişət avadanlıqları almış və ona 12.811 (on iki min səkkiz yüz on iki) borcu qalmışdır. O, tezliklə həmin borcunu qaytaracağını bildirsə də, keçən müddət ərzində qaytarmamışdır. Hazırda onun 12.811 (on iki min səkkiz yüz on iki) manat borcu qalmışdır. Dəfələrlə həmin pulu ondan tələb etsə də, verməmiş, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Cavabdeh borcunu qaytarmadığından ilk olaraq Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmiş, polis şöbəsində 20 fevral 2025-ci il tarixdə cavabdehin rəsmi izahatı alınmış və o, izahatında ona olan borcunu 11900 manat pula münasibətdə etiraf etmiş və həmin pulu tam şəkildə şirkətə ödəyəcəyinə söz vermişdir. Həmin xüsusatla əlaqədar olaraq bildirmək istəyir ki, Cavabdeh ona 11.900 manat deyil, 12.811 manat borcu qalmışdır. Lakin o, bu vaxta kimi həmin puldan heç bir ödəniş etməmişdir. Ona görə də, o, qanunvericiliyin tələbinə görə cavabdehə pretenziya məktubu da göndərmiş və könüllü olaraq ona olan borcunu ödəməyi təklif etmiş. Lakin cavabdeh pretenziya məktubuna cavab belə verməmişdir. Həmin pretenziya məktubu və onun cavabdehə göndərilməsi barədə poçt qəbzi də iş materiallarına əlavə edilir. Onu da qeyd etmək istəyirəm ki, hazırkı iddia ilə ilk olaraq Lənkəran Rayon Məhkəməsinə müraciət edilsə də, Lənkəran Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli 2(049)-3151/2025 nömrəli qərardadı ilə münasibətlərin kommersiya xarakterli olması əsas göstərilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu səbəbdən də, eyni iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmiş, lakin Şirvan Kommersiya Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2-2(121)-3385/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yenidən iddiaçıya geri qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin sözügedən qərardadı onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh sahibkar kimi vergi uçotuna alınmaqla fərdi sahibkar statusuna malik fiziki şəxs olsa da, hüquq münasibətinin predmeti və xarakteri baxımından hazırkı mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Belə ki, hazırkı mübahisə tərəflərin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İddiaçı qeyd edilən inşaat materiallarını cavabdehə evinin tikintisi məqsədi ilə satmış, cavabdeh də Lənkəran ŞRPŞ-tə verdiyi izahatında İddiaçıdan 80.000 manat məbləğində tikinti və digər avadanlıqları iddiaçıdan alaraq Lənkəran rayonu Göyşaban kəndində yerləşən evinin təmir etdirdiyini bildirmişdir. Bu o deməkdir ki, tərəflər arasında kommersiya münasibəti olmamışdır. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə iddia tələbində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş, əlavə olaraq da göstərmişdir ki, əvvəlki məhkəmə iclasında Cavabdeh bildirdiyi üzrə 3 ay öncə ödənilmiş 1000 manat məbləğdə pul hazırki iddia tələbindəki göstərilən borc məbləğinə münasibətdə azaldılaraq, 12.811 (on iki min səkkiz yüz on bir) manat pul tələb olunur. Cavabdeh izahatında 11900 manat borcu olduğunu qeyd etmiş, hazırda isə 10900 manat borcu olduğunu qəbul edir. Yekun olaraq Nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək göstərmişdir ki, 3 ay öncə 1000 manat məbləğdə ödəniş etmişdir. İddiaçı 10900 manat məbləğdə borcu vardır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X3 izahatında göstərmişdir ki, İddiaçı 10900 manat məbləğdə borcları vardır. Cavabdeh nümayəndəsi X3 məhkəməyə ərizə verərək, Cavabdeh İddiaçı 10 min 900 manat məbləğdə borcunun olmasını təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Cavabdeh xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ-yə verdiyi izahatında göstərmişdir ki, İddiaçı tanayır, həmin şəxs “SPES” şirkətinin rəhbəridir. Belə ki, o, İddiaçı tikili və digər avadanlıqlar, cəmi 80000 (səksən min) manat məişət əşyaları alıb, Göyşaban qəsəbəsində yerləşən evinə aparmış və həmin evi təmir etmişdir. Ev onun atası Nazimin adınadır. Onun 80000 manat borcdan cəmi 11 min 900 manat pul borcu qalmışdır. Həmin borcu hər ay 500 manat ödəyəcəyinə söz versə də, lakin 5 ay ərzində 1600 manat ödəmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 mart 2025-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Lənkəran rayon Göyşaban kənd sakini Cavabdeh da izahatında İddiaçı rəhbərlik etdiyi şirkətdən ev təmir etməkdən ötrü İddiaçı 80 000 manat civarında təmir materiallan alıb pulunu versə də, lakin 11 900 manat pul borcu qaldığını, hal-hazırda imkanı olmadığına görə ödəyə bilmədiyini, həmin pulu tam şəkildə şirkətə ödəyəcəyinə söz verdiyini göstərmişdir. X3 xx.xx.2026-cı il tarixdə sübut qismində ödəniş qəbzlərini məhkəməyə ərizə ilə təqdim etsə də, mülk iş məhkəmə baxışına təyin olunduqdan sonra təqdim olunduğu üçün MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırılmalı olduğundan, məhkəmə təqdim olunmuş sübut qismində qəbzləri qəbul etmir. Məhkəməyə iddia ərizəsilə müraciət üçün İddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı mülki iş üzrə hüquqlarının Nümayəndə tərəfindən müdafiəsi üçün Lənkəran Rayon Vəkil Bürosunun hesabına 325 manat məbləğdə pul ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, tərəflərin iddia tələbinə münasibətini nəzərə alıb, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmənin mövqeyi: Cavabdeh nümayəndəsi Nazim Babayevin etirafına, iddia ərizəsinə əlavə olunmuş sübutlardan, yəni Lənkəran ŞRPŞ-də hazırki mübahiüsə predmeti üzrə araşdırılma zamanı toplanmış materiallardan X2 Qasımova 10 min 900 manat məbləğdə pul verməli olduğu sübuta yetirildiyindən, mülki qanunvericliyin əsassız varlanmaya dair qaydaları tətbiq edilməli, iddia qismən, yəni tələb olunan 12 min 811 manat məbləğin 10 min 900 manat hissəsinin cavabdehdən (əsassız varlanan şəxsdən) alınıb iddiaçıya (məhrum olana) ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə xərcləri və məsrəflər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi 10 min 900 manat hissədə təmin edildiyindən, iş üzrə məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 manat dövlət rüsumunun (12 min 811 manat iddia qiymətinə uyğun dövlət rüsumu 128.43 manat təşkil edir və 10 min 900 manat iddia qiymətinə uyğun dövlət rüsumu 122.70 manat təşkil edir) 122 manat 70 qəpik hissəsi cavabdehdən tutulub iddiaçıya aid edilməli, digər 5 manat 73 qəpik isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar çəkilmiş məsrəflərə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırki iddia tələbi üzrə tapşırığ müqaviləsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardım haqqı olaraq ödənilmiş 325 manat məbləğdə də cavabdehdən alınıb, iddiaçınıya verilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10900 (on min doqquz yüz) AZN məbləğində pul, məhkəməyə iddia ərizəsilə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 122.70 (yüz iyirmi iki manat yetmiş qəpik) AZN məbləğdə olan hissəsi, iddiaçı tərəfindən tapşırığ müqaviləsinə əsasən ödənilmiş vəkil tərəfindən göstərilən hüquqi yardım haqqı olaraq 325 AZN məbləğdə pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddət keçdikdən sonra növbəti gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-4737/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4737/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver