Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-484/2025 01.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* №-li çıxarışla ona məxsus olan 0.0269 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayaış evindən çıxarılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* №-li çıxarışla ona məxsus olan 0.0269 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayaış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* №-li çıxarışla ona məxsus olan 0.0269 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 181.0 m2, yaşayış sahəsi 48.4 m2, köməkçi sahəsi 132.6 m2 olan 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən çıxarılmaları və həmin fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini və iddianın baxılmamış saxlanmasına etirazlarının olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işdə iştirak edən cavabdehləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* №-li çıxarışla ona məxsus olan 0.0269 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayaış evindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-484/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-484/2025
01.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver