Məhkəmə qərarları › İş №2(049)-487/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-487/2025

05.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-487/2025 05.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X48, X49 və X16 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, X33, X24, X48, X39, X49, X50, X25, X40, X41, X42, X34, X43, Maraqlı şəxs üçüncü şəxslər qismində cəlb edilməklə, miras əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı, X33, X24, X48, X39, X49, X50, X25, X40, X41, X42, X34, X43, Maraqlı şəxs üçüncü şəxslər qismində cəlb edilməklə, vərəsələrin müəyyən olunması və miras əmlak üzərində onların paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən, Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən 0,2864 kv.metr torpaq sahəsinin xx.xx.2012-ci il tarixdə vəfat etmiş X26 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X27 hər birinə düşən 1/4 hissəsindən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı əsasında verilmiş, JN-688 KOD 80220018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,17 hektar kənd təsərrüfatı məhsulların istehsalı təyinatlı torpaq sahəsindən mərhum X26 və mərhum X35 düşən payların, həmçinin, mərhum X14 adına olan və ondan miras qalan, 1973cü ildə inşa edilmiş, ümumi sahəsi 60 kv.metr olan bir mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində vərəsələrin hər birinin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Lənkəran rayonu Separadi kəndində anadan olmuşdur və hazırda ailə üzvlərilə birlikdə qeyd olunan ünvanda yaşayır. X8 ilə anası X51 xx.xx.1963-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahından xx.xx.1963-cü il tarixdə X36, xx.xx.1967-ci il tarixdə X44, xx.xx.1968- ci il tarixdə X33, xx.xx.1969-cu il tarixdə o özü, xx.xx.1971-ci il tarixdə X24, xx.xx.1972-ci il tarixdə X48, xx.xx.1976-cı il tarixdə X39, xx.xx.1977-ci il tarixdə X49 və xx.xx.1980-ci il tarixdə Cavabdeh adlı doqquz uşaqları anadan olmuşdur. X8 xx.xx.2012-ci il tarixdə, anası X51 isə xx.xx.2012-ci il tarixdə, qardaşlarından X44 xx.xx.2001-ci il tarixdə, X36 xx.xx.2023cü il tarixdə vəfat etmişlər. Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 09 nömrəli qərarı ilə atası X28, anası X51, X9 və cavabdeh qismində qeyd etdiyi qardaşı Cavabdeh adına Lənkəran rayonu Separadi kənd ərazisindən 0,29 hektar həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 279A KOD 80220018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. X9 paylı mülkiyyətində olan 0,29 hektar (0,2864 kv.metr) torpaq sahəsi üzərində öz payının müəyyən edilməsi məqsədi ilə Lənkəran Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, həmin iddia tələbinə məhkəmədə baxılaraq 0,29 hektar torpaq sahəsi üzərində Vəzifə Dadaşovanın 1/4 hissədən ibarət payının müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli 2(049)-533/2024 nömrəli qətnamə çıxarılmışdır. Həmin qətnamə əsasında müvafiq orqan tərəfindən 0,2864 kv.metr torpaq sahəsində paylı mülkiyyətçilərin hər birinin 1/4 hissədən ibarət payının müəyyən edilməsi barədə Hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi vermişdir. Həmçinin, Vəzifə Dadaşova ona düşən 1/4 hissə torpaq sahəsinin naturada ayrılmasına dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, hazırda həmin iddia tələbi məhkəmənin icraatındadır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qəran əsasında X81, anası Tehran Nurullayeva (Dadaşova), qardaşı Cavabdeh, bacıları Vəzifə Dadaşova və X38 rayonun Separadi kənd ərazisindən 0,17 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılaraq onların istifadəsinə verilmiş, bu barədə JN- 688 KOD 80220018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi valideynləri tərəfindən istifadə edilmiş, onların vəfatından sonra isə cavabdeh həmin sahəni tamamilə əhatəyə alıb öz mülkiyyəti kimi istifadə etməyə başlamışdır. Cavabdeh həmin Dövlət Aktında adları qeyd olunan Vəzifə Dadaşova və Səxavət Dadaşovanı torpaq sahəsindən kənarlaşdırmaqla onların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırılmışdır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixdə 09 nömrəli qərarı əsasında verilmiş 0,29 hektar torpaq sahə üzərində hələ 1973-cü ildə valideynləri 4 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi inşa etmiş, qeyd olunan evdə qardaş və bacıları anadan olmaqla, valideynlərinin vəfatına qədər həmin evdən istifadə etmişlər. 2019-2020-ci illərdə Cavabdeh həmin evdə onunla birgə yaşayan bacısı Vəzifə Dadaşovanı aldadaraq evi söküb yerində başqa ev tikmək istədiyi, ona və oğluna da ayrıca ev tikəcəyi adı ilə Vəzifə Dadaşovanı uşağı ilə həmin evdən çıxararaq köhnə evi söküb yerində həmin evin inşaat materiallarından istifadə etməklə özünə iki mərtəbəli ev inşa etmişdir. Lakin evdən kənarlaşdırdığı bacısı Vəzifə Dadaşovanı daha həmin evə qoymayıb onun üçün başqa yaşayış sahəsi də inşa etməmişdir. Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinin Lənkəran filialının xx.xx.2023-cü il tarixli 3-48DA-7F/1-D-869-1-39/2023 nömrəli arayışından görünür ki, Separadi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arxivdə saxlanılan 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabına əsasən, həmin kitabın 283 nömrəli şəxsi hesabında Firudin Dadaşovun təsərrüfatının xüsusi mülkiyyətində olan evin tikildiyi tarix 1973-cü il, ümumi (yararlı) sahə 1996-1998-ci ildə 60 kv.metr, o cümlədən yaşayış sahəsi 53 kv.metr, cəmi torpaq sahəsi 0,14 hektar, tikili altında 0,02 hektar torpaq sahəsi qeyd edilmişdir. X62 adına qeyd olunan fərdi yaşayış evinin sənədləri cavabdehdə olmuş, o, köhnə evi söküb yerində təzə ev tikdikdən sonra yəqin ki, həmin sənədləri məhv etmişdir. Atasına məxsus olan fərdi yaşayış evinin sənədlərini əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də, adı çəkilən orqan həmin sənədlərin sürətlərini ona verməkdən imtina etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən həmin sənədlər tələb edilsə, atasından onlara miras olaraq fərdi yaşayış evi qalması, həmin evin vərəsələrin razılığı olmadan cavabdeh tərəfindən sökülməsi və inşaat materialından istifadə edilməklə digər fərdi yaşayış evi tikilməsi sübut olunar. O, valideynlərinin ölümündən sonra onlardan qalan miras əmlakların müəyyən edilib vərəsələrin paylarını müəyyən etmək məqsədi ilə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna müraciət etməli olmuş, notarius araşdırma apardıqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Notarius bu barədə verdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarında qeyd etmişdir ki, miras əmlakdan payların müəyyən edilməsinə dair vərəsələr arasında ciddi mübahisələr olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının xx.xx.2023-cü vəfat etmiş qardaşı X17 ailə üzvləri - onun birinci növbədə vərəsələri olan X41, X50, X25, X40 və xx.xx.2001-ci il tarixdə vəfat etmiş qardaşı X20 ailə üzvləri - onun birinci növbədə vərəsələri olan X42, X34, X43 məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında öz iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı ona ünvanlanmış suallara cavab olaraq göstərdi ki, 2006-cı il tarixdən Lənkəran rayonu Separadi kəndində dövlət tərəfindən verilmiş torpaq sahəsində ev tikərək yaşayır. Valideynlərinin vəfat etdiyi 2012-ci ildə iddiada göstərilən ev və torpaq sahələrindən faktiki olaraq qardaşı Cavabdeh istifadə etmiş, bu müddətdə cavabdehdən başqa nə özü, nə də hazırki iş üzrə üçüncü şəxslər həmin əmlaklardan istifadə etməmişlər. O, valideynlərindən qalan miras əmlakı rəsmi və ya faktiki olaraq qəbul etməmişdir. Əslində iddia tələbində göstərilən ev və torpaq sahələrindən özü üçün heç bir əmlak və ya pay istəmir. Əsas məqsədi tələbdə göstərilən torpaq sahələrindən bacısı Vəzifə Dadaşova üçün pay alaraq həmin torpaq sahəsində onun üçün ev tikməkdir. Lakin cavabdeh buna razılıq vermir. Vəzifə Dadaşova ilk nikahı pozulduqdan sonra cavabdehin arvadının qardaşı Xanlar adlı şəxslə evlənmiş və 2001-ci ildə onun evinə köçmüşdür. X56 Xanlar adlı şəxsdən də ayrılmış və bundan sonra 2023-cü ildə cavabdehin yaşadığı evə köçmək istəsə də, bu mümkün olmamışdır. Onların ata mülkündə yerləşən ev 2014-2015-ci illərdə cavabdeh tərəfindən söküləndə bununla bağlı cavabdehdən hər hansı tələbləri olmamışdır. Ata və anası vəfat etdikdən sonra iddia tələbi üzrə olan əmlaklardan faktiki olaraq cavabdeh istifadə etmiş, digər hər hansı şəxsin 2023-cü ilədək cavabdehə qarşı həmin mülklərlə bağlı iddiası olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onlar ailədə 9 uşaq olmuşlar. X81 xx.xx.2012-ci il tarixdə, anası Tehran Dadaşova isə xx.xx.2012-ci il tarixdə, qardaşlarından Çingiz Dadaşov xx.xx.2001-ci il tarixdə, Firavan Dadaşov isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Valideynlərinin sağlığında və onların vəfatından sonra hazırki iddia tələbində göstərilən əmlaklardan faktiki olaraq o özü istifadə etmiş, lakin miras əmlakla bağlı müvafiq şəhadətnamə almamışdır. Onun qardaş və bacıları valideynlərinin vəfatından uzun müddət əvvəl ailə quraraq başqa fərdi yaşayış evləri tikib köçməklə orada yaşamışlar. 2012-ci ildən 2023-cü ilədək həmin şəxslərin ondan hər hansı tələbləri olmamış, lakin bacısı Vəzifənin onun arvadının qardaşı Xanlardan boşanmasından sonra ona qarşı belə bir tələb irəli sürülmüşdür. Onun qardaş və bacıları valideynlərindən qalan mirası qəbuletməmişlər. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vərəsəliklə bağlı məhkəməyə təqdim edilmiş ərizənin X26 tərəfindən yazıldığını, həmin ərizə vəsiyyətnamənin forma və məzmununa riayət edilmədən yazılmasına baxmayaraq onu yazmış şəxsin iradəsini ifadə etdiyini, qeyd edilən ərizəni sübut növü kimi deyil, şəxsin ümumi iradə ifadəsini göstərmək üçün təqdim etdiklərini, miras qoymuş şəxslər vəfat etdiyi zaman iddia ərizəsində göstərilən əmlaklardan faktiki olaraq yalnız cavabdehin istifadə etdiyini, hətta, iddiaçı tərəfindən yazılmış iddia ərizəsində də bu faktın etiraf edildiyini bildirib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X48 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Zamin Dadaşov ona ünvanlanmış suallara cavab olaraq valideynlərindən qalan miras əmlakı rəsmi və ya faktiki olaraq qəbul etmədiyini, 1998-ci ildən Lənkəran rayonu Separadi kəndində fərdi yaşayış evi tikərək orada yaşadığını bildirdi. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X49 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Elçin Dadaşov ona ünvanlanmış suallara cavab olaraq valideynlərindən qalan miras əmlakı rəsmi və ya faktiki olaraq qəbul etmədiyini, 2007-ci ildən Lənkəran rayonu Separadi kəndində fərdi yaşayış evi tikərək orada yaşadığını bildirdi. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X33 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Vəzifə Dadaşova iştirak etdiyi əvvəlki məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, birinci nikahı 2001-ci ildə pozulmuşdur və həmin nikahdan bir uşağı vardır. İkinci dəfə cavabdehin arvadının qardaşı, Lənkəran rayonu Separadi kənd sakini Xanlar adlı şəxslə evlənmiş və onun evinə köçmüşdür. Həmin nikahı da 2023-cü ildə pozulmuş, bundan sonra cavabdeh onu ata evinə buraxmadığına görə məcbur olub digər qardaşlarının evlərində qalmışdır. Oğlu isə həmin müddətdə cavabdehin evində yaşamış, valideynini itirməyə görə dövlət tərəfindən oğluna ödənilən təqaüdü cavabdeh alıb özü üçün sərf etmişdir. Üçüncü şəxs Vəzifə Dadaşova sonrakı məhkəmə iclasında əvvəlki izahatından fərqli məzmunlu izahat verərək valideynləri vəfat etdikdən sonra iddia tələbində göstərilən əmlaklardan istifadə etdiyini israrla bildirməyə çalışsa da, bu faktı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla bağlı onun həmin izahatında qeyd etdiyi xüsusatlar isə ziddiyyətli olmaqla, biri-digərini tamamlamamış, işin faktiki halları ilə uyğun gəlməmiş, o, gah həmin evdə yaşadığını, gah da yaşamadığını bildirmişdir. Vəzifə Dadaşova valideynlərindən qalan miras əmlakı faktiki olaraq qəbul etdiyini, onlardan istifadə etdiyini sübut edə bilməmişdir. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X3 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmunda izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Səxavət Dadaşova ona ünvanlanmış suallara cavab olaraq valideynlərindən qalan miras əmlakı rəsmi və ya faktiki olaraq qəbul etmədiyini, valideynlərinin vəfatından uzun müddət əvvəl ailə quraraq Lənkəran rayonu Separadi kəndində fərdi yaşayış evi tikib həmin vaxtdan ailə üzvləri ilə birgə qeyd olunan fərdi yaşayış evində yaşadığını, həmin evə, təxminən, 2010-cu illərdə köçdüyünü bildirmişdir. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə edərək və izahat verərək bildirmişdir ki, atası Çingiz Dadaşov xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Baba və nənəsi vəfat etdiyi zaman o özü, digər üçüncü şəxslər və İddiaçı ərizədə göstərilən evdə yaşamış və iddia tələbində göstərilən əmlaklardan istifadə etmişlər. Ona görə də o, atasının payına düşən əmlaklardan ona pay ayrılmasını istəyir. Üçüncü şəxs Rüfanə Dadaşzadə adı çəkilən şəxslərin həmin evdən və torpaq sahəsindən necə istifadə etmələri ilə bağlı ona ünvanlanmış suallara cavab verə bilməmiş, miras əmlaklardan yalnız cavabdehin istifadə etməsi ilə bağlı digər üçüncü şəxlərin dedikləri ilə onun izahatı arasında yaranmış ziddiyyətə isə izah verə bilməmişdir. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X6 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə edərək və izahat verərək bildirmişdir ki, atası Çingiz Dadaşov xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. O da atasının payına düşən əmlaklardan ona pay ayrılmasını istəyir. Baba və nənəsi vəfat etdiyi zaman o özü, digər üçüncü şəxslər və İddiaçı ərizədə göstərilən evdə yaşamış və iddia tələbində göstərilən əmlaklardan istifadə etmişlər. Üçüncü şəxs Ramal Dadaşzadə ona ünvanlanmış suallara cavab olaraq miras əmlaklardan yalnız cavabdehin istifadə etməsi ilə bağlı digər üçüncü şəxlərin dedikləri ilə onun izahatı arasında yaranmış ziddiyyətə izah verə bilməmişdir. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X21 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iştirak etdiyi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əri Çingiz Dadaşov xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. O, ərinə çatan miras əmlaklardan qızı Nərgizə pay ayrılmasını istəyir. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə ərinin valideynləri vəfat etdikləri zaman onlardan qalan miras əmlaklardan kimlərin istifadə etməsi ilə bağlı bir-birinə uyğun olmayan, ziddiyyətli izahat verib, yalnız israrla qızına pay ayrılmasını istədiyini deyərək ona verilmiş suallara cavab verməkdən yayınmışdır. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X7 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə edərək və izahat verərək əri Firavan Dadaşovun xx.xx.2023-cü il tarixdə vəfat etdiyini, ərinə çatan miras əmlaklardan ona da pay ayrılmasını istədiyini bildirdi. İsmirə Dadaşova başqa evdə yaşadığını bildirərək ərinin valideynləri vəfat etdikdən sonra miras əmlaklardan kimlərin istifadə etməsi ilə bağlı suallara cavab verməkdən yayınmışdır. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X39 məhkəmənin hazırlıq iclaslarında və sonuncu baxış iclaslarında iştirak etməmiş, iştirak etdiyi ilk məhkəmə baxış iclasında isə iddia tələbinə münasibət bildirməmişdir. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X40, X25 və X50 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə dair məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə göndərdiyi məktublarında iş yükünün çoxluğu ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəkləri üçün işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. AZ-T 262560 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X45 xx.xx.1992-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. X10, anası X22r. xx.xx.2023-cü il tarixli 2054 nömrəli arayışdan görünür ki, X33 xx.xx.1968-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə 175 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli 3352 nömrəli arayışdan görünür ki, X2 İsmirə Muxtar qızı ilə xx.xx.1985-ci il tarixdə 12 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Dadaşova” soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli 3355 nömrəli arayışdan görünür ki, X36 xx.xx.1963-cü ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1964-cü il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. X8, anası X18r. xx.xx.2023-cü il tarixli 3353 nömrəli arayışdan görünür ki, X50 xx.xx.1990-cı ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. X10, anası X22r. xx.xx.2023-cü il tarixli 3354 nömrəli arayışdan görünür ki, X46 xx.xx.1993-cü ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. X10, anası X22r. xx.xx.2023-cü il tarixli 2018 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 230 nömrə ilə qeyd edilmişdir. X8, anası X18r. xx.xx.2023-cü il tarixli 2055 nömrəli arayışdan görünür ki, X24 xx.xx.1971-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 111 nömrə ilə qeyd edilmişdir. X8, anası X18r. xx.xx.2023-cü il tarixli 2052nömrəli arayışdan görünür ki, X48 xx.xx.1972-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1972-ci il tarixdə 135 nömrə ilə qeyd edilmişdir. X8, anası X18r. xx.xx.2023-cü il tarixli 2056 nömrəli arayışdan görünür ki, X39 xx.xx.1976-cı ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 56 nömrə ilə qeyd edilmişdir. X8, anası X18r. xx.xx.2023-cü il tarixli 2053 nömrəli arayışdan görünür ki, X49 xx.xx.1977-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 173 nömrə ilə qeyd edilmişdir. X8, anası X18r. xx.xx.2023-cü il tarixli 2109 nömrəli arayışdan görünür ki, X44 xx.xx.1967-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. X8, anası X18r. xx.xx.2023-cü il tarixli 2019 nömrəli arayışdan görünür ki, X1 Tehran Yaqub qızı ilə xx.xx.1963-cü il tarixdə 19 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Dadaşova” soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli 2020 nömrəli arayışdan görünür ki, X26 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli 2021 nömrəli arayışdan görünür ki, X51 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 332 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli 2057 nömrəli arayışdan görünür ki, X36 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-ci il tarixdə 208 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 Şəfayət Cəfər qızı ilə xx.xx.1989-cu il tarixdə 33 nömrəli akt qeydi ilə nikah bağlamışlar. xx.xx.2023-cü il tarixli 3367 nömrəli arayışdan görünür ki, X42 xx.xx.1995-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. X13, anası X30r. xx.xx.2023-cü il tarixli 3368 nömrəli arayışdan görünür ki, X47 xx.xx.1993-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 145 nömrə ilə qeyd edilmişdir. X13, anası X30r. xx.xx.2023-cü il tarixli 3369 nömrəli arayışdan görünür ki, X43 xx.xx.1992-ci ildə Lənkəran rayonu Separadi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 114 nömrə ilə qeyd edilmişdir. X13, anası X30r. AZ 131057 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 729 nömrə ilə qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 279 A KOD 80220018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş 0.29 ha torpaq sahəsi X26 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 688 A KOD 80220018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş 0.17 ha torpaq sahəsi X26 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. ƏMDX DƏDK və RPHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.2864 ha torpaq sahəsinin ¼ hissəsi X16, ¼ hissəsi X14, ¼ hissəsi X27, ¼ hissəsi Cavabdeh mülkiyyətindədir. Lənkəran şəhər İHB-nın Separadi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, X26 xx.xx.2012-ci ildə vəfat etmişdir, mərhumun daimi yaşayış yeri Lənkəran rayonu Separadi kəndi olmuş, onun vərəsələri –övladları X36 (vəfat etmiş), X44 (vəfat etmiş), X33, İddiaçı, X24, X48, X39, X49, Cavabdehdur. Lənkəran şəhər İHB-nın Separadi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, X51 xx.xx.2012-ci ildə vəfat etmişdir, mərhumun daimi yaşayış yeri Lənkəran rayonu Separadi kəndi olmuş, onun vərəsələri –övladları X36 (vəfat etmiş), X44 (vəfat etmiş), X33, İddiaçı, X24, X48, X39, X49, Cavabdehdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-533/2024 nömrəli qətnaməsindən görünür ki, X16 ümumi mülkiyyətdəolan torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə iddia tələbi qismən təmin edilərək Lənkəran rayonu Separadi kəndində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə JN 279A KOD 80220018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X26, X31, X33 və Cavabdeh ümumi mülkiyyətinə verilmiş 0,29 hektar torpaq sahəsi üzərində iddiaçı X16 1/4 hissədən ibarət payı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinin Lənkəran filialından verilmiş arxiv arayışlarından görünür ki, arxivdə saxlanılan sənədlərdən X26 və X15 doğum tarixi barədə məlumatın verilməsi mümkün olmamışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, mərhum X12 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notarial hərəkətlərinin aparılmasından imtina edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, mərhum X23 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notarial hərəkətlərinin aparılmasından imtina edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığızaman qüvvədəolan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materialları, həmçinin, işdə iştirak edən şəxlərin izahatları ilə müəyyən edilir ki, iddiaçı və onun tərəfindən çıxış edən, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər miras qoyan şəxslər X26 xx.xx.2012-ci il tarixdə və X51 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra onlara məxsus olmuş əmlakları - Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən 0,2864 kv.metr həyətyanı torpaq sahəsinin miras qoyan şəxslərin hər birinə düşən 1/4 hissəsini, 0,17 hektar kənd təsərrüfatı məhsulların istehsalı təyinatlı torpaq sahəsindən mərhum X26 və mərhum X35 düşən payları, həmçinin, mərhum X14 adına olan, 1973-cü ildə inşa edilmiş, ümumi sahəsi 60 kv.metr olan bir mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evini faktiki olaraq qəbul etməmiş və miras əmlakı idarə etməmişlər. Onlar miras əmlak(lar)a yiyələnməmiş, həmin əmlaklara dair kommunal xərcləri və vergiləri ödəməmişlər. Cavabdeh isə, əksinə, həmin mirasa faktiki yiyələnmiş, istifadə və sahiblik etmişdir. Hətta, işdə işdə iştirak edən şəxslərin hazırda da mübahisələndirmədikləri məsələ - ümumi sahəsi 60 kv.metr olan bir mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evi 2014-2015-ci illərdə cavabdeh tərəfindən sökülüb yerində yeni iki mərtəbəli fərdi yaşayış evi inşa edildikdə də buna hər hansı etiraz bildirilməmiş, həmin şəxslər miras əmlakdan pay tələb etməmişlər. Halbuki, iddiaçı və digər 3-cü şəxslər həmin kənddə qeydiyyatda olmaqla, orada yaşamış və evin sökülməsindən məlumatlı olmuşlar. Göründüyü kimi, iddiaçı və üçüncü şəxslər iddia ərizəsində göstərilən hər üç əmlakın faktiki olaraq cavabdeh tərəfindən qəbul edildiyini və məhz onun həmin əmlaklardan istifadə etdiyini bilmiş, lakin onlar qeyd edilən miras əmlaklara özlərinin də faktiki sahiblik və ya idarəetmələrini hər hansı mötəbər sübutlarla təsdiq edə bilməmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı onun qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi, hazırki mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni hazırki iş üzrə tərəflər rasında vərəsəliklə bağlı mübahisəli hüquq münasibətləri qeyd olunan Qərarın qəbul edilməsindən daha əvvəl yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının özünün də məhkəmə iclasında etiraf etmişdir ki, o, valideynlərinin vəfat etdiyi 2012-ci ildə iddiada göstərilən ev və torpaq sahələrindən faktiki olaraq qardaşı Cavabdeh istifadə etmiş, bu müddətdə cavabdehdən başqa nə özü, nə də hazırki iş üzrə üçüncü şəxslər həmin əmlaklardan istifadə etməmişlər. O, valideynlərindən qalan miras əmlakı rəsmi və ya faktiki olaraq qəbul etməmişdir. Əslində iddia tələbində göstərilən ev və torpaq sahələrindən özü üçün heç bir əmlak və ya pay istəmir. Əsas məqsədi tələbdə göstərilən torpaq sahələrindən bacısı Vəzifə Dadaşova üçün pay alaraq həmin torpaq sahəsində onun üçün ev tikməkdir. Qeyd olunan izahatı ilə iddiaçı hazırki iddia tələbi ilə bağlı özünün tələb hüququ olmadığını bilavasitə etiraf etmiş, lakin özünün əsl iddiaçı ilə əvəz edilməsi barədə məhkəməyə vəsatət verməmişdir. Onun iddia ərizəsində üçüncü şəxs qismində qeyd etdiyi Vəzifə Dadaşova isə mübahisə predmeti barəsində müstəqil təəb irəli sürməmişdir. Eyni zamanda, Vəzifə Dadaşovanın özünün də valideynlərindən qalan miras əmlakı nə rəsmi, nə də faktiki olaraq qəbul etmiş olması faktı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə araşdırdığı faktlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək iddiaçı və onun tərəfində çıxış edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin dəlillərinin heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarət olması qənaətinə gəlir. Şərh edilənlərə əsasən məhkəmə qərara gəlir ki, hazırki iddia tələbinin hüquqi əsası olmadığından həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbərin məbləği nəzərə alınmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı, X33, X24, X48, X39, X49, X50, X25, X40, X41, X42, X34, X43, Maraqlı şəxs üçüncü şəxslər qismində cəlb edilməklə, miras əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar