Məhkəmə qərarları › İş №2(049)-533/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-533/2023

28.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-533/2023 28.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı X14 və Cavabdeh iştirakı ilə, iddiaçı X8 Cavabdeh qarşı «qanunsuz tikilmiş tikilinin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran rayonun Viyən kəndində onun mülkiyyətində olan və ona məxsus fərdi yaşayış evinin qarşısında və ona bitişik qanunsuz və icazəsiz tikmiş olduğu tikili onun və ailəsinin normal yaşamasına mane olduğu üçün həmin qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Atası X1 yaşamış, 1992-ci ildə dunyasını dəyişmişdir. Atasının vəfatından sonra 2 otaqli, 1 dəhlizli ev və 14 sot torpaq sahəsi miras qalmışdır. Atasının 4 övladı olmuşdur. Atasından qalan ev və torpaq sahəsi notarial qaydada aralarında bölünmüşdür. Bir bacısı və bir qardaşı atadan qalan evdən və torpaq payından onlara düşən paydan imtina etmişlər. 2 otaqlı və 14 sot torpaq o və iş üzrə cavabdeh olan Cavabdeh arasında bərabər bölunmuşdur. Ona düşən 7 sot torpaq sahəsini o uzun illərdir ki, əkib becərir. Ordan məhsul götürür. Ailəsinin dolanışığını həmin torpaqla təmin edir. Cavabdeh isə həmin torpağı əkib becərmir. O hüquqlarını Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 10 saylı Lənkəran Ərazi İdarəsində həmin evə 15 fevral 2022 ci il çıxarış almışdır. Demək daşınmaz əmlak üzərində onun da huququ var. O, o evin mulkiyyətinin sahibidir. O Rusiya Federasiyasına muvəqqəti qazanc məqsədi ilə getmiş, evdə olmadığından istifadə edən Cavabdeh yaşadığı evin qabağında, həmin evə bitişik sənədsiz və qanunsuz, həm də onunla razılaşmadan tikinti aparmışdır. Həmin tikli qanunsuz olmaqla, onun və ailəsinin normal yaşamasına mane olur. Belə ki, qanunsuz tikili onun otağının və onun otağının qabağında olan dəhlizə düşən günəş işığının qabağını tam tutur və təmiz havanın içəri girməsinə mane olur. Yaşadığı otaq tam qaranlıq qalır. Həm də onun və ailə üzüvlərinin həyətə düşməsi üçün yol tam tutulmuşdur. Bu da onun və ailə üzüvlərinə həyətə gediş gəlişinə mane olur. Cavabdeh bilir ki, onun yaşadığı evə mülkiyyət hüququ təsdiq edən çıxarışı vardır. Necə ola bilər ki, o ona məxsus olan evin qabağında onun razlığı olmadan onun otağına bitişik tikinti aparsın? Texniki pasportun 2-ci vərəqində açıq şəkildə görunur ki, aparılan tikinti icazəsizdir və qanunsuzdur. Çünki hadisələr qaçılmazdır. Əgər yanğın baş verərsə yanğın söndürənlərin içəri girməsi mümkün deyil. Cavabdeh qanunsuz tikilidə onun və özəl ailəsini giriş çıxışı üçün özünə məxsus tərəfdən giriş çıxış üçün özünə məxsus tərəfdən bir qapı qoymuşdur. Cavabdeh bunu bilərəkdən etmişdir ki, giriş və çıxış zamanı ailə üzüvləri arasında narazlıq yaransın və o da tez polisə şikayət etsin. Bu da süni şəkildə narazlıq yaratmaq deməkdir. O və yaxın qohumları dəfələrlə cavabdehə tikilini düzgün aparmadığını və onun sökülməsini desələr də o, buna əhəmiyyət vermir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, ata anasının birgə tövsiyyəsi əsasında onlar sağ ikən evlərinə əlavə köməkçi tikili aparmışdır ki, gələcəkdə rahat yaşasınlar. İddiaçı indiki yaşadığı evin özünün eyvanı və pilləkəni var idi və onda özünə giriş çıxışlarının rahat olmasından ötrü evə artırdıqları əlavə tikinti tərəfindən özünə məxsus pilləkən düzəltmişdir. Bir müddətdən sonra o Rusiyaya getmiş, İddiaçı Əli oğlu 2011-ci ildə öz aralarında böldükləri evin ara divarını sökmüş, böyüdükləri eyvanın öz hissəsini artırmış və özünə məxsus olan artma və pilləkanın çökmüş və beləliklə onun eyvanından, pilləkanından istifadə edir. Bu haqqda dəfələrlə özünə bildirmiş o isə onu söymüş, təhqir etmiş və hətta onu ölümlə hədələmişdir. Bu hal dəfələrlə təkrar olunduğu üçün bu haqda kənd bələdiyyəsinə, icra nümayəndəliyinə, icra nümayəndəliyinə hətta polisə və rayon prokrorluğuna əsaslı dəlirlərlə müraciət etmişdir. Çox təəssüflər olsun ki, nədənsə bu günə qədər heç bir tədbir görülmür və onun müraciətləri cavabsız olaraq qalmaqdadır. İddiaçı Əli oğlu tərəfindən sökülmüş ara divarlarını əvvəlki yerinə çəksin. İş materiallarına əlavə edilmiş: «Nikah haqqında» şəhadətnamənin təqdiq olunmuş surətindən görünür ki, X22 və X12 16 iyun 2011-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 490 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Sadıxov, arvada Sadıxova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təqdiq olunmuş surətindən görünür ki, X16 29 yanvar 2009-cu il tarixdə Moskva şəhəri, Klin qəsəbəsində doğulmuşdur. X4, atası X17r. Doğum haqqında şəhadətnamənin təqdiq olunmuş surətindən görünür ki, X9 19 mart 2010-cu il tarixdə Moskva şəhəri, Klin qəsəbəsində doğulmuşdur. X4, atası X17r. Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 754 saylı ölüm haqqında olan şəhadətnamədən görünür ki, X18 xx.xx.1992-ci il tarixdə ölmüşdür. Lənkəran ŞİHB-nın Viyən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 288 saylı arayışdan görünür ki, X3 rayonunun Viyən kəndində arvadı – X13, oğlu – X16 və qızı – X10 ilə birlikdə yaşayır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan və «Texniki Pasport»dan görünür ki, Lənkəran rayonu Viyən kəndində yerləşən 0,14 ha torpaq sahəsi üzərində 3/14 hissə torpaq sahəsi Cavabdeh Əli oğlu və 3/14 hissə torpaq sahəsi İddiaçı, X13, X20 və X7 hər birinin 1/7 hissə, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 139,90 m2 sahəsi olan fərdi yaşayış evi üzərində isə İddiaçı ½ hissə və Cavabdeh Əli oğlunun isə ½ hissə payı müəyyən olunmuşdur. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd olunan tələbinin, cavabdehin iddiaya qarşı etirazının dəlillərini iş materialları ilə qarşılıqlı şəkildə araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasən Lənkəran rayonu Viyən kəndində yerləşən 0,14 ha torpaq sahəsi üzərində 3/14 hissə torpaq sahəsi Cavabdeh Əli oğlu və 3/14 hissə torpaq sahəsi İddiaçı, X13, X20 və X7 hər birinin 1/7 hissə, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 139,90 m2 sahəsi olan fərdi yaşayış evi üzərində isə İddiaçı ½ hissə və Cavabdeh Əli oğlunun isə ½ hissə payı müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. İddiaçı tərəflərin ümumi paylı mülkiyyətində olan ona məxsus fərdi yaşayış evinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsini tələb edir. Cavabdeh isə həmin tikilinin özünə məxsus torpaq sahəsində inşa edildiyini və tikilinin qanunsuz olmadığını və cavabdehin hər hansı hüququnun pozulmadığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən: 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxmından qeyd edir ki, iddiaçı iddiasında cavabdehin tikili inşa etməklə ona məxsus fərdi yaşayış evindən istifadə etdiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin fərdi yaşayış evinin üzərində yalnızca iddiaçının deyil, cavabdehin də mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən edilmişdir və fərdi yaşayış evinin tərəflər arasında naturada bölünməsi həyata keçirilmədiyindən fərdi yaşayış evinin hansı hissəsinin iddaçıya, hansı hissəsinin isə cavabdehə məxsus olması qeyri-müəyyəndir. Belə olan halda, yəni fərdi yaşayış evi üzərində həmin cavabdehin, həm də iddiaçının paylı mülkiyyət hüquqlarının olduğu halda iddiaçının həmi fərdi yaşayış evinin yalnız özünə məxsus olmasını göstərməsi işin faktiki halları, habelə təqdim edilmiş sübutlarla təkzib edilir. Cavabdehin də iddiaçı ilə eyni qaydada paylı mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə etmk hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddiaçı X8 Cavabdeh qarşı «qanunsuz tikilmiş tikilinin sökülməsi» tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsümu iddiaçı X11 aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 Cavabdeh qarşı «qanunsuz tikilmiş tikilinin sökülməsi» tələbinə dair iddiası rədd edilsin və iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar