Məhkəmə qərarları › İş №2(049)-547/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-547/2023

07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-547/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: X4 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X7 İstismar İdarəsinin 17 iyun 2022-ci il tarixli ******* nömrəli aktın ləğvi edilməsi və akt əsasınbda hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ki, cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 iyun 2022ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında istehlakçı İddiaçı hesablanmış 1036.80 manat cərimə məbləğinin silinməsi və “Smart kart” vasitəsi ilə tutulan pul məbləğinin istehalkçıya qaytarılmasını xahi etmişdir. Daha sonra iddiaçı ərizə ilə iddianın həcmini azladaraq qeyd olunan aktın ləğvi və cərimənin silinməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı təbii qaz istehlakçısı kimi **********00000 saylı kodla “Azəriqaz” X3 X8 İdarəsində qeydiyyatındadır. İstehlak etdiyin qazın pulunu əvvəllər vaxtında ödəyir. Lakin “Pandemiya” xəstəliyi dövründə müəyyən qədər borcu yarandı ki, onu da ödəyə bilməmişdır. Ona görə də qaz İdarəsi onun xəbəri olmadan onun qaz sayğacını dəyişərək yerinə “Smart kart” tipli qaz sayğacı quraşdırmışdır. Sonra da qaz nəzarəti çilingəri ona demişdir ki ki, evinin qaz sayğacına müdaxilə edildiyindən ona cərimə yazılmışdır. Qaz sayğacına müdaxilə etmədiyindən ona yazılmış cərimə üzrə tərtib edilmiş sənədlərin təsdiq edilmiş surətlərini almış istehlakçı hüquqlarımı müdafiə etmək üçün məhkəməyə müraciət etmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqmda”kı xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta münasibət bildirərək izah edir ki, evinin qaz təchizatı xətti üzərindən “Elster” tipli, BK G-4 markalı, ******* nömrəli qaz sayğacı çıxarılarkən qaz xidməti işçiləri tərəfindən tərtib edilmiş həmin aktda ona müdaxilə olunması barədə heç bir qeyd edilməmişdir. Çünki qaz sayğacı çıxarılarkən onun üzərində hər hansı bir müdaxilə halı olmamışdır. Tərtib edilmiş aktın 5-ci bəndinə aid olan hissədə, yəni “sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs” qrafasmda İddiaçı yazmışlar ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı qaz sayğacına edilən hər hansı bir müdaxiləyə görə cavabdeh deyildir .Həm də bildirir ki, həmin müdaxiləni o, etməmişdir. Bu istiqamətdə təqsiri də sübut edilməmişdir. Bu barədə tərtib edilmiş akta da imza etməmiş, hətta həmin aktm tərtib edilməsindən xəbəri də olmamışdır. Qaz Təchizatı haqqında qanunvericiliyin tələblərinə əsasən qaz sayğacına edilən müdaxilə halına cavabdeh olmadığından, həmin müdaxilə halı üzrə təqsiri olmadığından və ona görə də cərimə məbləği qanunsuz və əsassız olduğundan ona verilmiş “hesabbildiriş” sənədinə salınmaması səbəblərindən ******* nömrəli, 17 iyun 2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın istehlakçı olaraq ona münasibətdə heç bir hüquqi qüvvəsi yoxdur. Ona görə də həmin akt ləğv edilməli, ona hesablanmış 1036.80 manat cərimə məbləği silinməlidir. Məhkəmə iclasında iştiak edən İddiaçı iddianı mudafiə edərək ərizəsində göstərdiklərini təsdiq edib iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X7 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran şəhər, M.Əsədov küçəsi ev 33-də yaşayan İddiaçı istifadəsində olan sayğac dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X7 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 iyun 2022-ci il tarixli, ******* nomrəli Aktın surətindən görünür ki, Lənkəran şəhəri, M.Əsədov küçəsi ev 33-də yaşayan İddiaçı istifadəsində olan sayğacın hesablama mexanizmin yan tərəfi əzilib və daxili qulaqcıqlarında əzik-üzük izləri var. Sayğacın plasik yuvasının alt hissəsi kəsici alətlə kəsilb. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 28 iyun 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı 17 iyun 2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640 m3 itirilmiş qaza görə cərimə hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********000000 nömrəli abonentin saldosundan görünür ki,İddiaçı 2022-ci ilin iyun ayında 1036.80 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, , qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə, bununla bağlı bildirir ki, qaz paylayıcısnın nümayəndələrinin tərtib etdikləri 17 iyun 2022-ci il tarixli, ******* saylı akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz “ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X6) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh “Azəriqaz” X2 X9 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 17 iyun 2022-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli və akt əsasında hesablanmış cərimə silinməlidir. MPm-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 X9 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 17 iyun 2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar