Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-55/2025 22.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın naturada bölünməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsi binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə ərizə verərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara əsasən paylı mülkiyyətlərində omaqla ünvan 1 ünvanında yerləşən yaşayış evinin, Bakı şəhəri, X5 prospekti, ev 36b. mənzil 23-də yerləşən 2 otaqdan ibarət. 23 saylı mənzilin, Lənkəran rayonu, Göyşaban kəndində, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin, Lənkəran şəhəri, Nizami küçəsi, 46 ünvanında 0,0025 ha torpaq sahəsində yerləşən 18,8 kv.metr torpaq sahəsində yerləşən 1 mərtəbəli ticarət təyinatlı qeyri-yaşayış binasının, Lənkəran şəhəri Akademik Z.Əliyeva küçəsi 2D-də yerləşən qeyri-yaşayış binasının, eləcə də JN-1938A saylı KOD 80201002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Lənkəran şəhərində yerləşən 0,03 ha torpaq sahəsinin 0.01 ha hissəsinin 1/2 hissəsini onunla Cavabdeh arasında naturada ayıraraq özünə çatan payının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. O, tələbini onunla əsaslandırmış ki, O, xx xxxxx 1980-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X1, anası isə X3 olmuşdur. Onlar 04 aprel 1974-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və birgə nikahlarından 1975-ci il tarixdə qardaşı Cavabdeh və 1980-cı il tarixdə özü anadan olmuşdur. 02 oktyabr 2002-ci il tarixdə valideynləri aralarında olan nikah akt qeydi məhkəmə qaydasında pozulmuşdur. Onlar boşandıqdan sonra anası Surəyyə Tağıyeva ünvan 3 ünvanda yerləşən 2 otaqdan ibarət, 23 saylı mənzili, Lənkəran rayonu, Göyşaban kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini, Lənkəran şəhəri, Nizami küçəsi, 46 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini, ünvan 1 ünvanında yerləşən yaşayış evini, Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən qeyri-yaşayış binasını və JN-1938A saylı KOD 80201002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Lənkəran şəhərində yerləşən 0,03 ha torpaq sahəsinin 0.01 ha hissəsi onun mülkiyyətində olmuşdur. Anası 22 mart 2014-cü il tarixdə vəfat etdikdən sonra o, həmin miras əmlakların qardaşı ilə aralarında bölünməsinə dair məhkəmədə iddia qaldırmış və Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək mərhum anasından miras qalmış ünvan 3 ünvanda yerləşən 2 otaqdan ibarət, 23 saylı mənzil, ünvan 1 ünvanında yerləşən yaşayış evi, Lənkəran rayonu, Göyşaban kəndində, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, Lənkəran şəhəri, Nizami küçəsi, 46 ünvanında 0,0025 ha torpaq sahəsində yerləşən 18,8 kv.metr torpaq sahəsində yerləşən 1 mərtəbəli ticarət təyinatlı qeyri-yaşayış binası, eləcə də JN-1938A saylı KOD 80201002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Lənkəran şəhərində yerləşən 0,03 ha torpaq sahəsinin 0,01 ha hissəsi onunla cavabdeh arasında 1/2 (ikidə bır) hissə olmaqla bərabər qaydada bölünmüşdür. Məhkəmənin həmin qətnaməsi qəbul edildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinə verilməsinə dair 04 avqust 2017-ci il tarixli ******* nömrəli çıxarış, Bakı şəhəri, X5 prospekti, ev 36b, mənzil 23-də yerləşən 2 otaqdan ibarət, 23 saylı mənzilin 1/2 hissəsinin mülkiyyətinə verilməsinə dair 04 avqust 2017-ci il tarixli ******* nömrəli çıxarış, Lənkəran rayonu, Göyşaban kəndində, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinə verilməsini dair 05 sentyabr 2017-ci il tarixli ******* nömrəli çıxarış, Lənkəran şəhəri, Nizami küçəsi, 46 ünvanında 0,0025 ha torpaq sahəsində yerləşən 18,8 kv.metr torpaq sahəsində yerləşən 1 mərtəbəli ticarət təyinatlı qeyri-yaşayış binasının 1/2 hissəsinin mülkiyyətinə verilməsinə dair 05 sentyabr 2017-ci il tarixli ******* nömrəli çıxarış, Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 2D-də yerləşən qeyri-yaşayış binasının 14 hissəsinin mülkiyyətinə verilməsinə dair 24 iyul 2019-cu il tarixli çıxarış verilmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən eləcə də JN-1938A saylı KOD 80201002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Lənkəran şəhərində yerləşən 0,03 ha torpaq sahəsinin 0,01 ha hissəsinin 14 hissəsinin onunla cavabdeh arasında bərabər qaydada bölünməsi qət edilmişdir. Qeyd etdiyi əmlakların paylı mülkiyyətçisi olsa da, hazırda cavabdeh ona həmin əmlaklardan istifadə etməyə imkan vermir. Cavabdeh həmin əmlakların bəzilərini kirayəyə verərək onlardan qazanc əldə edir, ona isə həmin qazancdan düşən payı vermir. Ona görə də, o, özünə düşən payı naturada ayıraraq satmaq istəyir. Lakin cavabdeh naturada bölgü ilə razılaşmır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir ki, məhkəmə qaydasında öz ümumi birgə payını cavabdehin payından naturada ayırıb, bundan sonra özünə çatan paydan sərbəst şəkildə istifadə və lazım olanda sata bilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun çıxış edərək iddia tələbini təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar tərəflərin həm Bakı şəhərində, həm də Lənkəran şəhərində yerləşməklə paylı mülkiyyətlərində olan evlərin, o cümlədən torpaq sahəsinin naturada bölünməsinin mümkün olub-olmaması barədə məhkəməyə ekspert rəyi verilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/3991 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən” **********91-05301-093014 reyestr nörməli Çıxarışa əsasən tərəflərin bərabər mülkiyyətində olan Bakı şəhəri, X5 prospekti, ev 36b, mənzil 23-də ünvanında yerləşən ümumi sahəsi 73.5 kv.m olan mənzilin və "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən” **********91-05301-093014 reyestr nörməli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.97 kv.m. olan mənzilin tərəflərin hər birinin payına uyğun ½ hissədə olmaqla naturada təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/8912 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müvafiq olaraq qeydiyyat nömrələri **********, ********** və ********** olan "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən” Çıxarışlarda göstərilmiş müvafiq olaraq Lənkəran rayonu, Göyşaban kəndində, 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, sahəsi 204.8 kv.m olan fərdi yaşayış evinin, ünvan 8 ünvanda 0.0025 ha torpaq sahəsinin üzərində yerləşən 18.8 kv metr qeyri-yaşayış binasının, ünvan 9 ünvanında yerlşəşən 10 kv.m qeyri-yaşayış sahəsinin hər birinin payı ½ hissədə olmaqla, eləcə də JN-1938A saylı KOD 80201002 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Lənkəran şəhərində yerləşən 0.03 ha torpaq sahəsinin hər birinin payı 1/3 hissədə olmaqla naturada təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, ekspertiza rəylərini nəzərə alaraq mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə mülkiyyətində olan yaşayış evlərinin, qeyri yaşayış sahəsinin və torpaq sahəsinin mülkiyyətçilər arasında paylarının ayrılması barədə razılaşma əldə olunmamış, həmin ev və torpaq sahəsinin tərəflər arasında paylarına uyğun şəklində bölünməsi texniki cəhətdən mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan ev və torpaq sahəsinin naturada bölünərək ayrılmasının mümkünlüyü ilə əlaqədar yarandığını, iddia tələbinin təmin edilmədiyini, habelə işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə 150 manat ekspertiza xərcinin iddiaçya aid edilməsini və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilməsin. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(049)-55/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-55/2025
22.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver