Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-579/2023 13.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, “X3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022 ci il tarixli, ******* və xx.xx.2022 ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi və həmin aktlar əsasında hesablanmış cərimələrin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022 ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 3628.80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək cavabddeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022 ci il tarixli, ******* və xx.xx.2022 ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi və həmin aktlar əsasında hesablanmış 3628.80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, 2006-cı ildən Lənkəran rayonu, Şirinsu kəndində ailəsi ilə birgə yaşayır. Özü beyinin şiş və sol tərəfində iflic olmaqla İ-ci qrup yataq xəstəsidir, xx.xx.1997-ci il təvəllüdlü oğlu isə anadangəlmə epilepsiya xəstəsidir və əqli zəifliyi vardır. 9 nəfərdən ibarət olan ailə üzvləri ilə birlikdə qohumlarına məxsus evdə yaşayırlar. 2013-cü ildə yaşadıqları evə qaz çəkilmiş, sayğacın yeri qaz idarəsi tərəfindən dəyişdirilərək ikinci dəfə evin divarına yapışdırılmışdır. Həmin vaxt sayğac qanuna uyğun bağlanılmamış və xəstə oğlu sayğacı yerindən oynadaraq üfiqi vəziyyətdə saxlamışdır. Qaz idarəsini işçiləri sayğacı həmin vəziyyətdə aşkar edərək şəkilini çəkmiş və 3628.80 manat dəymiş ziyan hesablamışlar. O, bir saat yarım üfiqi vəziyyətdə qalmış sayğaca 3628.80 manat dəymiş ziyanın yazılmasının düzgün olmadığını bildirməklə bərabər hesab edir ki, əgər sayğac onun evinin divarlarına yapışdırılmadan qanuna uyğun bağlanılsaydı onun xəstə uşağı həmin sayğacı oynatmazdı və oynada bilməzdi. Bütün şərh olunanlara istinadən hesab edir ki, iddia tələbi əsaslı olmaqla qanunidir. Ona görə də həmin akt etibarsız hesab edilməli, cərimə məbləği silinməlidir. Həmin aktla heç cür razılaşa bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş 28 noyabr 2022-ci il tarixli, ******* saylı aktdakı xətalara görə onlar cavabdeh deyillər. Qeyd olunan hallarla bağlı sayğaca müdaxilə etməmişlər. Həmin sayğac onların iştirakı olmadan çıxarılıb laborotoriyaya təqdim edilmişdir. Bir oğlunun psixiki xəstə, arvadının isə xəstə olmaqla 1-ci qrup əlilk olmasını, digər oğlunun Vətən müharibəsi iştirakçısı olmaqla “Suqovuşanın azad olunmasına görə” medalla təltif olunmasını nəzərə alaraq hesablanmış borcdan azad olunmalarını bir daha xahiş etmişdir. Cavabdeh «X5»-nin nümayəndəsi yazılı etiraz təqdim edərək iddianı qəbul etmədiyini və məhkəmədən iddianın rədd edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçınun yaşadığı Lənkəran rayonu, Şiinsu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı,”Zemmer” tipli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, qaz sayğacının üfüqü vəziyyətə gətirilməsi aşkar edilməsinə əsasən itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 21600 m3 qaz sərfiyyatı hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 noyabr 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, həmçinin daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar edilməsinə əsasən itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçıya 2022-ci ilin oktyabr ayı üçün 2592 manat, noyabr ayı üçün 1036.80 manat olmaqla cəmi 3628.80 manat cərimə hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin etiraz ərizəsindən görünür ki, etirazının əsasını 21 oktyabr 2022-ci il tarixli, ******* saylı aktla müəyyən edilmiş qaz sayğacının üfüqü vəziyyətə gətirilməsi və 28 noyabr 2022-ci il tarixli, ******* saylı aktla müəyyən edilmiş sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, həmçinin daxili qulaqcıqlarında əzikcızıq izlərinin aşkar edilməsi nəticəsində, ümumiliidə 30240 m3 qaz sərfiyyatı hesablanmasıdır. Buna görə də hər iki aktın qanuniliyi araşdırılmalı və həmin aktlar əsasında hesablanmış borcun istehlakçının təqsiri üzündən baş verib-verilmədiyi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş 21 oktyabr 2022ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin qaz sayğacının üfüqü vəziyyətə gətirmiş, 28 noyabr 2022-ci il tarixli, ******* saylı aktdan isə, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış borcun ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında sübuta yetirildi ki, iddiaçının sayğacı onun həyəti daxilində quraşdırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə məhz iddiaçı cavabdehlik daşımışdır. İddiaçının özü iddia ərizəsində və onu nümayəndəsini məhkəmədə etiraf etmişlər ki, sayğacı üfüqü vəziyyətə onların psixiki xəstə uşaqları gətirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, psixiki xəstə uşaqlarının hərəkəti nəticəsində vurulmuz zərərin əvəzini onun valideynləri tərəfindən ödəməlidirlər. Bundan əlavə müəyyən edildi ki, iddiaçının həyətində quraşdırılmış hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, həmçinin daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Qeyd olunan sayğac iddiaçının həyətin daxilində quraşdırıldığından, kənar şəxslər tərəfindən ona müdaxilə edilməsi istisna edilir. Buna görə də məhkəmə hesab edir ki, hər iki akt əsasında aşkar olunmuş hallar iddiaçının təqsi üzündən baş vermişdir. Buna görə də iddiaçının akların etibarsız hesab edilməsi hisəsində tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, həmin aktlar əsasında itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği azaldılmalıdır. Belə ki, ******* saylı akt əsasında itirilmiş təbii qaz və onun dəyəri 90 gün müddətinə hesablandığı halda, ******* saylı akt əsasında 180 gün müddətinə hesablanmaqla itirilmiş təbii qazın dəyəri 2592 manat olduğu göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın dəyəri ******* saylı akt əsasında da 90 gün müddətinə hesablanmaqla 1296 manat azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X5»nə qarşı aktın etibarsız hesab edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin 21 oktyabr 2022-ci il tarixli, ******* saylı və 28 noyabr 2022-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 3628.80 manat məbləğ azaldılaraq, 2332.80 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(049)-579/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-579/2023
13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver