Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-624/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X2, iddiaçının nümayəndəsi: Nümayəndə2, cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzər borc tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 AZN əsas, 168942.39 AZN faiz borcu və 34736.77 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 263776.51 AZN borcun və 522.51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədədn xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanan 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən 155000 AZN məbləğində illik 17% olmaqla 120 ay müddətinə Lənkəran rayonu, Sütəmurdov kəndində 0,1194 ha torpaq sahəsində yerləşən, ümuftli sahəsi 264.9 kv. m olan, 2 mərtəbəli fərdi yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə 0,0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m olan qeyri-yaşayış binasının, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsi lizinqə verilmişdir. Lakin lizinq alan müqavilənin şərtlərini pozaraq, öhdəliyini icra etmədiyindən, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) cavabdehlər X3 və X4 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq borcunun qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) Lənkəran filialı ilə X5 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "xxxx" İKB ASC-nə (hazırkı İddiaçı ASC) məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 264.9 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "xxxx" İKB ASC-nə (hazırkı Yelo Bank” ASC) məxsus olan Lənkəran şəhəri, 4-cü məhəllədə 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.metr olan qeyr-yaşayış binası, hüquqların Dövlət qeyydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "xxxx" İKB ASC-nə (hazırkı İddiaçı ASC) məxsus olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "xxxx" İKB ASC-nə (hazırkı İddiaçı ASC) məxsus olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin lizinq verənə "xxxx" İKB ASC-nə (hazırkı İddiaçı ASC) geri qaytarılıb, boşaldılmaqla təhvil verilməsi və X5 ilə "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) Lənkəran filialı arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli 13-G-4-1-01396-14 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 141926.54 manat əsas, 22585.95 manat faiz, cəmi 164512.49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun X5 və X1 alınaraq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tam təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borc, 22,585.95 manat faiz borcu olmaqla, cəmi 164,512.49 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, "xxxx" İKB-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 13-G4-1-01396-14 saylı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binasmm, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin "xxxx" İKB-nə qaytarılması, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binasmm, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin boşaldılması və "xxxx" İKB-nə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmiş və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş apelyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borcun, 22,585.95 manat faiz borcun, cəmi 164,512.49 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilərək, 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9,428.84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə onunla əsalandırılmışdır ki, cavabdehdən tutulmalı olan lizinq məbləği, lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixə olan müddət götürülməklə, sadə hesablama yolu ilə hesablanmalı, alınmış məbləğ, cavabdehlərin iddiaçıya ödənilməli olduqları lizinq haqları kimi müəyyən edilməlidir. İddiaçı ASC və Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qəran ilə kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 sayh xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.Lakin Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdehlər tərəfindən icra edilməyərək, Banka məxsus olan lizinq obyektləri boşaldılıb, "xxxx" İKB-nə təhvil verilməmiş, həmçinin 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 sayh daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9,428.84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən "xxxx" ASC-nə ödənilməmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin olmasına baxmayaraq Cavabdeh1 və Cavabdeh2 hal-hazıradək "xxxx" ASC-nə məxsus olan lizinq obyektlərindən istifadə edirlər. Bu səbəbdən Cavabdeh1 və Cavabdeh2 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 AZN əsas, 168942.39 AZN faiz borcu və 34736.77 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 263776.51 (iki yüz altmış üç min yeddi yüz yetmiş altı manat əlli bir qəpik) AZN borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Lizinq müqaviləsinin 1.4-cü bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin aynlmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 3.5-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik 0.1 %-lə cərimə ödəyir. Cavabdeh1 sonuncu dəfə 16 yanvar 2015-ci il tarixdə əsas borcdan 13073.46 manat və faiz borcdan 6205.86 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Məhkə iclasında iştirak edən iddiaçıın nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh2 rəmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsi barədədə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Nikoyl” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanan 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən 155000 AZN məbləğində illik 17% olmaqla 120 ay müddətinə Lənkəran rayonu, Sütəmurdov kəndində 0,1194 ha torpaq sahəsində yerləşən, ümuftli sahəsi 264.9 kv. m olan, 2 mərtəbəli fərdi yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə 0,0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m olan qeyriyaşayış binasının, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsi lizinqə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borc, 22,585.95 manat faiz borcu olmaqla, cəmi 164,512.49 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, "xxxx" İKB-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 13-G4-1-01396-14 saylı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binasmm, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin "xxxx" İKB-nə qaytarılması, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binasmm, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin boşaldılması və "xxxx" İKB-nə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borcun, 22,585.95 manat faiz borcun, cəmi 164,512.49 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilərək, 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9,428.84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8964 nömrəli rəyindən görünür ki, Cavabdeh1 əsas borcu 86.627.02 manat, mükafat üzrə borcu 128.681.78 manatdır. Ekspertiza tədqiqinin qiyməti 100 manatdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2230 nömrəli rəyindən görünür ki, Cavabdeh1 əsas borcu 86.627.02 manat, mükafat üzrə borcu 128.681.78 manatdır.Ekspertiza tədqiqinin qiyməti 145 manatdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 522.21 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xəbərdalıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 748-1.12.4-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin izahatından müəyyən olunur ki, cavabdeh lizinq obyektini geri qaytarmalı olduğu halda bunu etməmiş, bununla da müqavilə şərtlərinə əməl etməyərək öhdəliyi tam icra etməmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddia tələbini, həmin tələblə bağlı iddiaçının təqdim etdiyi sübutları, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyini qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cavabdehdən tutulacaq əsas məbləğ məhkəmə ekspert rəyində 86.627.02 manat olsa da, iddiaçının tələb etdiyi həddə, yəni 60.097,35 manat kimi müəyyən edilməli, faiz məbləği isə daha dəqiq və mötəbər məhkəmə ekspert rəyində ifadə olunduğu üçün 128.681,78 manat məbləğində müəyyən edilməlidir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iş üzrə lizinq obyektinin uzun müddət ərzində iddiaçıya verilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə tələb olunan cərimə məbləği ədalətlidir. İş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 245 manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə verilməli, ödənilmiş 522.21 manat dövlət rüsumu da MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 60097,35 manat əsas borc, 128.681,78 manat faiz, 34.736,77 manat cərimə olmaqla ümumilikdə cəmi 223.515,9 manat borc və 522.51 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 245 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-624/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-624/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver