Məhkəmə qərarları › İş №2(049)-63/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-63/2024

24.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-63/2024 24.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X45, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Ələskər qızı və Cavabdeh8 qarşı «miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X24 mülkiyyətində olmuş Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 85 kv.m olan, dörd otaqlı miras evin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,31 ha paybəlli torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh8, Cavabdeh7 Ələsger qızı, Cavabdeh6 Ələsgər qızı, Cavabdeh4 bacısı, Cavabdeh1 mərhum qardaşı Nazimin arvadı, Cavabdeh2 mərhum bacısı Lətifənin oğlu, Cavabdeh3 Firdovsi oğlu mərhum qardaşı Firdovsinin oğlu, Cavabdeh5 isə mərhum qardaşı Sulduzun arvadıdır. Mərhum atası X50 anası X64 1940-cı illərdə faktiki olaraq ailə münasibətlərinə daxil olmuş, həmin illərdə ikinci Dünya müharibəsi ərəfələri olduğu üçün nikahlarını rəsmiləşdirə bilməmişlər. Onların birgə münasibətindən X34, X15, X35, X36, X46, X16, X37, Cavabdeh8, Cavabdeh6 Ələsgər qızı, Cavabdeh7, Cavabdeh4 və o, yəni İddiaçı dünyaya gəlmişik qardaşları və bacılarından X34, X17, X35, X36, X46, X16, X37 vəfat etmiş, Rüxsarə subay olaraq vəfat etmiş, ailəsi isə atalarından əvvəl vəfat etmişdir. Sağ qalan bacılarısı isə Cavabdeh8, Cavabdeh7, Cavabdeh6 Ələsgər qızı, Cavabdeh4dır. Anası Qəhrəman ana olmuşdur. Atasının 0.31 ha torpaq sahəsi Lənkəran rayonunun Şürük kəndidən olan Sədrəddin Cəfərov artıq 4 aydır ki, icarəyə götürmüş və atasından miras qalmış əmlak bölgüsü olmadığına görə həmin icrarə müqaviləsini də rəsmiləşdirə bilmirlər. Hazırda atasının vərəsələri olaraq o və sağ olan bacıları, və cavabdeh kimi qeyd edilmiş qardaş bacılarının uşaqları və qardaşlarının arvadlarıdır. Onlardan başqa atasının digər vərəsələri yoxdur. Mərhum atası X24 vəfatından sonra, ona məxsus olan, onun mülkiyyətində olan Lənkəran rayonunun Kərgəlan kəndində 0.09 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 85 kv.m olan, dörd ota ev miras qalmışdır. Atası mərhum X24 daimi yaşayış yeri Lənkəran rayonunun Kərgəlan kəndi olmuş və vərəsələri olan bizlərlə birgə yaşamışdır. Həmçinin o da anadan olduğu vaxtdan ailə qurana kimi həmin evdə yaşamış və ailə qurmağıyla əlaqədar olaraq ata evinin qonşuluğunda özünə ev tikib ailə üzvləriylə birlikdə yaşamaqla bərabər ata evinə daim gediş-gəliş olmuş, həmin evdən və yerləşdiyi torpaq sahəsindən istifadə etmişdir. Atası vəfat etdikdən sonra mərhum qardaşı Nazimin arvadı Cavabdeh1 onlarla dava dalaş etdiyi üçün həmin evə gediş gəlişləri məcburən kəsilmişdir. Həmin evə və torpaq sahəsinə getmək istədikdə isə Mətanət onları buraxmır. Əlavə olaraq, hazırki iddia tələbi və ya ərizəsi ilə məhkəməyə müraciət etmədən öncə, mübahisə yaratmadan və ya açmadan qanuni əsaslarla, qanunverciliyin tələbin əsasən, mülki mübahisəni məhkəmədən kənar kateqoriya üzrə həll etməkdən ötrü cavabdehlərin özlərinə müraciət edib. Lakin, onlar Lənkəran rayon notariat kontoruna gəlməkdən imtina edərək onları həmin evə buraxmaqdan imtina etmişlər. Notariat kontoru tərəfindən xx.xx.2023-cü il tarixli 659 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa qeyd edir ki, atası sağlığında övladlarının yanında evin yerləşdiyi bütün həyətinin qabağının yarısını, yəni ½ hissəsini ona verdiyini bildirmiş onun sağlığında həmin həyətin yarısını o istifadə edib. Lakin atası vəfat etdikdən sonra Cavabdeh1 həmin həyətdən istifadə etmək hüququnu məhdudlaşdırmış və oradan istifadə etməyinə imkan verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X45, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Ələskər qızı və Cavabdeh8 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Arxiv arayışdan görünür ki, X85 filialında saxlanılan Kərgəlan kənd inzibati ərazi nümayəndəliyinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabları yoxlanıldı. Həmin kitabın 66 N-li şəxsi hesabında X24 təsərrüfatının şəxsi mülkiyyətində olan evin ümumi sahəsi 85 kv.m, o cümlədən yaşayış sahəsi 65 kv.m, təsərrüfatının şəxsi istifadəsində olan torpaq sahəsinin cəmi 1990-1996-cı illərdə 0.009 hektar qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsindən imtina edilməsi barədə qərarından görünür ki, mərhum X18 qalmış miras əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edimişdir. Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan X6 atası X50 20 noyabr 1999-cu il tarixində vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran rayonu Kərgəlan kəndi olmuş və vərəsələri ilə birlikdə yaşamışdır, digər vərəsələri yoxdur. X9 (xx.xx.1998-ci ildə vəfat edib), övladları - X34 (xx.xx.2022-ci ildə vəfat edib), X25 (xx.xx.2016-cı ildə vəfat edib), Cavabdeh4, X35 (xx.xx.2014-cü ildə vəfat edib), X37 (xx.xx.1996-cı ildə vəfat edib), Cavabdeh6 Ələsgər qızı, İddiaçı, X36 (xx.xx.2020-ci ildə vəfat edib), Cavabdeh7, X38, X46 (xx.xx.2014-cü ildə vəfat edib) və X19 (xx.xx.2014-cü ildə vəfat edib). xx.xx.2023-cü il tarixli Arxiv arayışdan görünür ki, X85 filialında saxlanılan Azərbaycan Respublikası Lənkəran rayonu X8 Qeydiyyat şöbəsinin 1943-1945-ci illərə aid nigah aktı kitabları yoxlanıldı. Həmin kitablarda X50 və X51 nigahı barədə heç bir sənəd müəyyən edilmədi. Ölüm haqqında arayışın surətindən görünür ki, X39 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Ölüm haqqında arayışın surətindən görünür ki, X25 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ölüm haqqında arayışın surətindən görünür ki, X40 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Ölüm haqqında arayışın surətindən görünür ki, X41 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ölüm haqqında arayışın surətindən görünür ki, X47 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Ölüm haqqında arayışın surətindən görünür ki, X37 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Ölüm haqqında olan şəhadətnamədən və arayışdan görünür ki, X20 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Öldüyü tarixədək subay olmuşdur. Ölüm haqqında arayışın surətindən görünür ki, X65 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Doğum haqqında Arayışdan görünür ki, İddiaçı Ələskər oğlu xx.xx.1956-cı ildə doğulmuşdur. X10, anası isə Qubanova NAzı Mehti qızıdır. Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X2 rayonu Kərgəlan kəndində yaşayıb, xx.xx.2022-cı ildə vəfat edib. Ailə tərkibi həyat yoldaşı X26, oğlu Cavabdeh2, oğlu X66, oğlu X53 və qızı X11 ibarətdir. Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X1 rayonu Kərgəlan kəndində yaşayıb, xx.xx.2016-cı ildə vəfat edib. Ailə tərkibi həyat yoldaşı X42, oğlu Cavabdeh3, qızı X12 və X13 ibarətdir. Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X3 rayonu Kərgəlan kəndində yaşayıb, xx.xx.2014-cü ildə vəfat edib. Ailə tərkibi həyat yoldaşı Cavabdeh5, qızı X67, qızı X54, qızı X27, oğlu X55 və qızı X28 ibarətdir. Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X4 rayonu Kərgəlan kəndində yaşayıb, xx.xx.2020-ci ildə vəfat edib. Ailə tərkibi həyat yoldaşı X29, qızı X68, ğlu X21 və qızı X14 ibarətdir. Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X5 rayonu Kərgəlan kəndində yaşayıb, xx.xx.2014-cü ildə vəfat edib. Ailə tərkibi həyat yoldaşı Cavabdeh1, oğlu X48 və oğlu X43 ibarətdir. xx.xx.2023-cü il tarixli Arxiv arayışdan görünür ki, X85 filialında saxlanılan Kərgəlan kənd inzibati ərazi nümayəndəliyinin 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitabları yoxlanıldı. Həmin kitabın 65 N-li şəxsi hesabında X7 təsərrüfatının şəxsi mülkiyyətində olan evin ümumi sahəsi 85 kv.m, o cümlədən yaşayış sahəsi 65 kv.m, təsərrüfatının şəxsi istifadəsində olan torpaq sahəsinin cəmi 2001-2005-ci illərdə 0.009 hektar, istifadədə (sahiblikdə) 0.31 hektar, çoxillik əkmələr 0.03 hektar, tikili altında 0.02 hektar torpaq sahəsi qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim olunmuş Torpağa mülkiyyət hüququna dair JN0046 KOD 80212018 №-li Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarına əsasən Lənkəran rayon Kəgrəlan kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X50, X64 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM-nin); 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Qeyd olunan hüquq normalarının məzmunun hazırki iş üzrə tətbiq etdikdə müəyyən edilir ki, X50 20 noyabr 1999-cu il tarixində ölmüş, ondan miras əmlak kimi ümumi birgə mülkiyyətdə olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus hissəsi qalmışdır. X63 öldüyü məqamda 11 vərəsəsi sağ olmuş, arvadı Nazı Qurbanova və qızı X82 Qurbanov sağ ikən ölmüşlər. Belə olan halda miras əmlak olan – Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarına əsasən X50, X64 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Lənkəran rayon Kəgrəlan kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X30 payına münasbətdə onun vərəsəsi İddiaçı Ələskər oğlunun 1/11 hissə vərəsəlik payı yaranmışdır. Məhkəmə iddianın «mərhum X24 mülkiyyətində olmuş Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 85 kv.m olan, dörd otaqlı miras ev üzərində vərəsə Zülüqar Qurbanovun payının müəyyən edilməsi» hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcələnin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1-ci maddəsində göstərilirki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. MM-nin 1145 və 1151.1-ci maddələrinin tələbi baxmından mərhum Ələskər Qurbanovun miras onun ölümü ilə açılır və miras əmlak kütləsinə məhrum Ələskər Qurbanov ölənədək malik olduğu əmlak və ya əmlaklar daxildir. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X30 adına mumi birgə mülkiyyətdə olan 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınsa da, onun adına yaşayış sahəsi (fərdi ev, mənzil) dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş təsərrfatbaşına kitablar üzrə Arxiv Arayışları şəxsin mülkiyyətində daşınmaz əmlakın (hazırki halda həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin) mövcudluğunu təsdiq etmir. Belə ki, MM-nin 139.1-ci maddəsinin tələbinə əsasən müahisəli fərdi yaşayış evinin və onun altındakı həyətyanı torpaq sahəsinin mərhum Ələskər Qurbanovun mülkiyyətində olmasının müəyyən edilməsi üçün bu hal daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qeydə alınma əsasları isə MM-nin 139-1-ci maddəsində nəzərdə tutulmuşdur ki, həmin maddədə də müvafiq icra hakimiyyəti orqanlarının təsərrfatbaşına kitablarındakı qeydlər daşınmaz əmlakın şəxsin mülkiyyəti kimi tanınması üçün əsas kimi göstərilməmişdir. Belə olan halda hazırki vəziyyətdə iddia ərizəsində miras əmlak kimi üzərində pay müəyyən edilməsi tələb edilən Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evi və onun üzərində yerləşən həyətyanı torpaq sahəsinin mərhum X22 qalmış miras əmlak kütləsinə daxil edilməsi istisna olunur. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN0046 KOD 80212018 №-li Dövlət Aktına (Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarına) əsasən X50, X64 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Lənkəran rayon Kəgrəlan kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mərhum X30 payına münasibətdə onun vərəsəsi İddiaçı Ələskər oğlunun 1/11 hissə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN0046 KOD 80212018 №-li Dövlət Aktına əsasən X50, X64 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Lənkəran rayon Kəgrəlan kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mərhum X30 payına münasibətdə onun vərəsəsi İddiaçı Ələskər oğlunun 1/11 hissə miras payı müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar