Məhkəmə qərarları › İş №2(049)-642/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-642/2025

03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-642/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, iddiaçı Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X2 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10775 ha torpaq sahəsinin hər birinə 1/7 (yeddidə bir) hissəsi üzərində onların, yəni Nümayəndə, Kəlbiyeva (Abasova) Gülnarə İbrahim qızı, Abbasova (Abasova) Aynur İbrahim qızı, Əliyeva (Abasova) Elnarə İbrahim qızı, İsmayılova (Abasova) Təranə İbrahim qızının payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki mülki mübahisə üzrə cavabdehlər Abasova (Əhmədova) Aygün İbrahim qızı bacısı, Cavabdeh2 isə qardaşıdır. Mərhum X1 mərhum anası X9 faktiki nikah münasibətlərinə daxil olub ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahından Nümayəndə, Abasova (Kəlbiveva) Gülnarə İbrahim qızı, Abasova (Abbasova) Aynur İbrahim qızı, Abasova (Əliyeva) Elnarə İbrahim qızı, Abasova (İsmayılova) Təranə İbrahim qızı, Abasova (Əhmədova) Aygün İbrahim qızı və Cavabdeh2 dünyaya gəlmişlər. X1 01 fevral 2017-ci il tarixdə, anası isə 15 may 2023cü il tarixdə vəfat etmişlər. Mərhum atasından isə onlara miras ünvan 2 ünvanda fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.110775 ha torpaq sahəsi qalmışdır. Birinci növbə vərəsələr olaraq onlar Nümayəndə, Abasova (Kəlbiyeva) Gülnarə İbrahim qızı, Abasova (Abbasova) Aynur İbrahim qızı, Abasova (Əliyeva) Elnarə İbrahim qızı, Abasova (İsmayılova) Təranə İbrahim qızı, Abasova (Əhmədova) Aygün İbrahim qızı, Cavabdeh2 hesab olunurlar. Həmin vərəsələrdən Nümayəndə, Abasova (Kəlbiyeva) Gülnarə İbrahim qızı, Abasova (Abbasova) Aynur İbrahim qızı, Abasova (Əliyeva) Elnarə İbrahim qızı, Abasova (İsmayılova) Təranə İbrahim qızı arasında miras əmlakın bölgüsü ilə heç bir mübahisə olmadığından vərəsəlik işinin notariat ofisi vasitəsilə həll etmək istəsələr də bacı və qardaşı olan hazırki iş üzrə cavabdehlər Abasova (Əhmədova) Aygün İbrahim qızı və Cavabdeh2 notariat ofisində miras əmlakdan paylarını onlara düşən paydan artıq pay istədikləri üçün mübahisə yarandığından notariat ofisi tərəfindən vərəsəlik işinin aparılması dayandırılmış və xx.xx.2024-cü il tarixli 1046 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi və həmin işin aparılmasından ötrü məhkəməyə müraciət edilməsinin tövsiyə edilməsi barədə məktub verilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı Nümayəndə iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, digər iddiaçıların etibarnamə üzrə nümayəndəsidir. Digər iddiaçılar olan bacıları uzun illərdir ki, ailə qurub ayrı-ayrı təsərrüfatlarda yaşayırlar. Qardaşı Cavabdeh2 əvvəllər başqa ünvanda yaşamış, cəmi 1 il 6 aya yaxın, yəni anası vəfat etdikdən sonra mübahisəli evdə yaşayır. Qardaşı Cavabdeh2 onu ata evinə buraxmır. O, özü 2010-cu ildən 2023-cü ilə kimi mərhum atasının evində yaşamışdır. Lakin, bununla bağlı məhkəməyə sübut təqdim edə bilmir. O və bacıları valideynlərinin yas məclislərində iştirak etmişlər. Hesab edir ki, atasından miras kimi qalmış fərdi yaşayış evindən onun da payı vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçılar onun bacısıdır. İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 uzun illər əvvəl ailə qurub ata evindən köçmüşlər. İddiaçı Nümayəndə 2010-cu ildən 2023cü ilə kimi mərhum atasının evində yaşaması ilə bağlı izahatında göstərdikləri yalandır. O, təxminən 5 ildir ki, həmin evdə yaşamaqla faktiki olaraq mirası qəbul etmiş, evdə təmir işləri aparmışdır. Ailəsi birlikdə həmin evdə yaşamaqla təsərrüfatı idarə edir. Odur ki, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3060 №-li arayışdan görünür ki, X7 və X3 nikahı 18 iyul 1974-cü il tarixdə 18 №-li akta qeyd edilmişdir. Nikah Lənkəran rayon, Port-İliç şəhər icra nümayəndəliyi tərəfindən qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. AZ-İİ 244962 №-li “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə beyin infarktından Lənkəran rayonu Liman şəhərində ölmüşdür. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 300 №-li arayışdan görünür ki, xx.xx.2017-cü il tarixdə vəfat etmiş X7 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 birgə nikahından Nümayəndə, Kəlbiyeva (Abasova) Gülnarə İbrahim qızı, Abbasova (Abasova) Aynur İbrahim qızı, Əliyeva (Abasova) Elnarə İbrahim qızı, İsmayılova (Abasova) Təranə İbrahim qızı, Abasov Cavabdeh2(Əhmədova) Aygün İbrahim qızı adlı uşaqları doğulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” Arayışdan görünür ki, ünvan 1 ünvanda 0.10775 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə X2 adına tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2852 №-li arayışdan görünür ki, X7 xx.xx.2017-ci il tarixdə kaxeksiya səbəbindən Lənkəran rayonu Liman şəhərində ölmüşdür. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1666 №-li arayışdan görünür ki, Cavabdeh2 anası X9 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Abasov X6 rayonu, Liman şəhəri, R.Rza küçəsi ev 97 ünvanda təsərrüfat başçısıdır və tək yaşayır. Arayış ASAN Xidmət "xxxx" ASC-yə təqdim etmək üçün verilir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1666 №-li arayışdan görünür ki, Cavabdeh2 anası X9 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Abasov X6 rayonu, Liman şəhəri, R.Rza küçəsi ev 97 ünvanda təsərrüfat başçısıdır və tək yaşayır. Arayış X4 İdarəsinə təqdim etmək üçün verilir. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 563 №-li arayışdan görünür ki, Abasov X6 rayonu, Liman şəhəri, R.Rza küçəsi ev 97 ünvanda arvadı X5 və oğlu X10 ilə birlikdə yaşayır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan müvafiq olaraq 2000-ci ildən sonra vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Buna görə də iddiaçıların mirası qəbul edib-etməməsi araşdırılmalıdır. Çünki miras iddiaçılar tərəfindən qəbul ediləcəyi halda onun iddia tələbləri üzrə subyektiv hüququ yaranmış olacaqdır. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçıların mərhum atası İbrahim Abasovdan miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Hətta məhkəmə onu da göstərir ki, iddiaçıların valideynlərinin yas mərasimində iştirak etməsi belə mirası qəbul etməyə yönələn hərəkət olmayıb, ölmüş şəxsin yas mərasimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkətdir. İddiaçıların bu hərəkətini, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddiaçıların mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçılar tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Əksinə iş materialları ilə öz təsdiqin tapır ki, mərhum İbrahim Abasovdan qalmış miras əmlak onun oğlu Cavabdeh2 tərəfindən faktiki qaydada qəbul edilmişdir. Miras əmlakın qorunub saxlanılması cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçılar isə mərhum atasından qalmış miras əmlakın qorunub saxlanılmasında iştirak etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən miras əmlak nə faktik olaraq, nə də qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə qəbul edilməmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Nümayəndə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar