Məhkəmə qərarları › İş №2(049)-661/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-661/2023

10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-661/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, iddiaçı: İddiaçınun iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X6 İstismar İdarəsinin xx.xx.2020-ci il -ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 216,0 manat borc məbləğinin silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” X2 X9ı İdarəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin aktın əsassız olaraq müəyyən olunmuş 2160 m3 az itkisinə görə hesablanmış 216 manat borc məbləğinin silinməsini xahiş etmişdir. İddia ərizəi onunla əsaslandırılmışdır ki, qaz istehlakçısı olaraq Lənkəran rayonu Gərmətük qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin qaz təminatı xətti üzərində X8. İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-4 markalı, 10583011 saylı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı vasitəsi ilə istehlak edilmiş qazın dəyərini ödəmişdir. xx.xx.2020-ci il tarixində evdə olduğu vaxt sayğaca baxış keçirilmiş, sayğacların istismar müddəti yəni 5 il ötdüynə görə yeni sayğacın quraşdırılması niyyəti ilə köhnə sayğacı 29/1710-001145-2 nömrəli aktla sökülmüşdür. Sonradan Azəriqaz İB-nin əməkdaşları xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda da qeyd edilmişdir ki, sayğac yararlı halda qəbul edildi lakin həmin aktda onun imzasının imtina edilməsi sözü vardır. Evindən sökülüb aparılan 10583011 saylı qaz sayğacının sonradan labaratoriyada yoxlanmış. Labaratoriyada yoxlanm onun iştirakı təmin olunmamışdır. Guya onun yaşayış evindən aprılan Sayğacı zədələnməsi və sınması faktı aşkarlanmışdır. Akt heç onun yanında tərtib edilməmiş və o, həmin aktdan xəbərsiz olmuşdur. Köhnə qaz sayğacı yoxlanıldıqdan sonra guya onun həmin sayğaca müdaxilə etdiyini və ondan qanunsuz illərdir istifadə etdiyini bildirilmişdir. Tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda onun 1 ədəd PQ-4 qaz avadanlığı və radiator sistemin işlədilməsini qeyd edilərək 2160 m3 qaz sərfiyyatmı itirilməsi qanunsuz olaraq rəsmiləşdirilmişdir. Ona görə də cavabdeh qurum tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli aktı və həmin aktla əsassız olaraq mənə hesablanmış 216 manat miqdarmdakı cərimənin ləğv edilməlidir.. Məhkəmə iclasında iştiak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş X8 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 38866111 saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran rayonunun Gərmətük kəndində yaşayan İddiaçı istifadəsində olan sayğacının örtüyünün zədələndiyi müəyyən edilmiş və o, yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş X8 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.22-ci il tarixli, ******* saylı Aktın surətindən görünür ki, Lənkəran rayonunun Gərmətük kəndində yaşayan İddiaçınnn istifadəsində olan sayğacın h/m-nin yan tərəfdən əzilib daxili qulaqcıqlarında əzik cızıq izləri müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş itirilmiş qazın bərpası barədə tələbnamədən görünür ki, İddiaçı 2160 m3 qaz sərfiiyyatına görə cərimə hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qaz paylayıcı “Azəriqaz” X1 istismarı sahəsi tərəfindən Lənkəran rayonunun Grmətük qəsəbəsində yaşayan İddiaçı adına olan fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı qaz sayğacına X8 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş, iddiaçının faktiki istifadəsində və sahibliyində olan qaz sayğacının növbəti yoxlaması səbəbindən yenisi ilə əvəz olunmuşdur. Lakin bu hal abonentin məlumatı olmadan, xx.xx.2020-ci il tarixli, ******* nömrəli tərtib edilmiş aktla rəsmiləşdirilmiş, itirilmiş qazın bərpasına dair hesabat aparılaraq, abonentə 216 manat borc hesablanmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, qaz paylayıcısnın nümayəndələrinin tərtib etdikləri xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyət daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz “ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X7) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh “Azəriqaz” X2 X9 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktı ləğv edilməli və həmin akt əsasında hesablanmış 216 manat borc məbləği silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 X9 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 216 manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar