Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-684/2024 09.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı Məmmədov Natı̇ q Oruc oğlunun cavabdeh Lənkəran Dövlət Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Sosı̇ al və Aqrar- Texnolojı̇ Kollec qarşı işə işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədov Natı̇ q Oruc oğlunun cavabdeh Lənkəran Dövlət Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Sosı̇ al və Aqrar- Texnolojı̇ Kollec qarşı işə işə bərpa dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə cavabdehə qarşı yönələn tələb konkret olaraq göstərilməmişdir. İddiaçı iddia tələbinin "xahiş etdim" hissəsində bunları - "1. Qanunsuz və saxta imza ilə müqavilələr bağlanılması. 2. 2.Müqavilə vaxtın bitməsi müddətinə görə mənim ünvanıma heç bir rəsmi müraciət daxil olunmamışdır. 3. Qanunsuz imza tətbiqinə görə ekspertiza rəyinin təyin edilməsi. 4. Kollecin mühasibat şöbəsinin baş mühasibi Vasif İsayev məndən cədvəl üzrə heç bir səbəb və əsaslandırma olmadan 846 manat qanunsuz pul tutmuşdur. Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecin direktoru X1 tərəfindən imzalanmış 10 iyun 2021-ci il tarixli 01/97 №-ли эмри qanunsuz hesab edilərək ləğv olunması ганунсуз “Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri” vəzifəsinə bərpa edilməklə məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub , mənim xeyrimə verilməsi və cavabdehdən 3000 manat məbləğində mənəvi ziyan pulunun alınaraq mənə verilməsi barədə qətnamə çıxarasınız" göstərmişdir ki, buradan da iddiaçının cavabdehdən nəyi tələb etməsi aydın görünümür. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Məmmədov Natı̇ q Oruc oğlu işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-684/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-684/2024
09.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver