Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1948/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Kateqoriya (açar sözlər): əmək vəzifələrinin pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1271/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bəxtiyar oğlu ilə "xxxx" MMC arasında 15 fevral 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC-nə kassir vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsinin müddəti 6 ay (15 avqust 2019-cu il tarixinədək) müəyyənləşdirilmiş, sonradan müqaviləyə dəyişiklik edilərək o, anbardar vəzifəsinə keçirilmişdir.
2. İddiaçı 29 aprel 2023-cü il tarixdə X3 “kəskin p/o, sirkə turşusu ilə zəhərlənmə, ağır dərəcə” diaqnozu ilə daxil olmuş, 18 may 2023-cü il tarixdə vəziyyəti yaxşılaşdıqdan sonra həkim nəzarəti ilə evə buraxılmışdır.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağla mlıq Mərkəzi” X4 23 may 2023-cü il tarixli 3381 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, ona “Adaptasiya pozuntusu, anamnezində intihar cəhdi ilə F43.2, Posttravmatik stress pozuntusunun başlanması istisna olunmur” diaqnozu qoyulmuşdur. 4. "xxxx" MMC-də anbar müdürü vəzifəsində çalışan S.Əhmədli, logistika şöbəsinin müdürü Hidayət Vəliyev və mal qalıqlarına nəzarət şöbəsinin müdürü Bəhruz.B tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, MMC-də Mərkəzi anbardar vəzifəsində çalışan İddiaçı Bəxtiyar oğlu xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. 5. "xxxx" MMC-də anbar müdürü vəzifəsində çalışan S.Əhmədli, logistika şöbəsin in müdürü Hidayət Vəliyev və mal qalıqlarına nəzarət şöbəsinin müdürü Bəhruz.B tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, Mərkəzi anbardar vəzifəsində çalışan İddiaçı Bəxtiyar oğlu xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir.
6. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 13 iyun 2023-cü il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Yazıb Sizə bildiririk ki, əmək müqaviləsi əsasında anbardar vəzifəsində çalışdığınız Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdən etibarən işə gəlməməyiniz müəyyən edilmişdir. Dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsək də, bu mümkün olmamışdır. İşdə olmamağınızla bağlı 5 gün ərzində izahat verməyiniz xahiş olunur. Əks halda heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədi yinizə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi”) əmək müqavilənizə xitam veriləcəkdir”.
7. İddiaçı "xxxx" MMC-yə poçt vasitəsilə göndərdiyi imzalanmamış ərizəsində (ehtimal olunur ki, xx.xx.2023-cü il tarixdə göndərmişdir) bildirmişdir ki, Xırdalanda terapevt yanında müalicə götürür, intihara cəhd hadisəsindən sonra ayaqları tutulub, öz xahişi ilə tutduğu vəzifədən azad olunmasını xahiş edir.
8. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə poçt vasitəsilə gönd ərdiyi ərizəsində göstərmişdir ki, “...ünvanıma xx.xx.2023-cü il tarixdə məktubunuz daxil olmuşdur. Məktubunuza cavab olaraq bildirmək istəyirəm ki, xx.xx.2023-cü il tarixdə mən sizin məktubunza cavab olaraq qeyd etdiyiniz nüansları qiymətləndirmişəm. Xahiş edirəm ki, məni öz ərizəmlə işdən azad edəsiniz. Əks halda bununla bağlı məhkəməyə və digər aidiyyatı qurumlara müraciət edəcəm”. 9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən, MMC-nin mağazalar şəbəkəsi bölməsində anbardar vəzifəsində çalışan İddiaçı Bəxtiyar oğlu ilə bağlanmış xxxxxxx00030 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xx.xx.2023-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 18.04 məzuniyyət gününün son haq qhesabının ödənilməsi Maliyyə şöbəsinə tapşırılmışdır. 10. "xxxx" MMC tərəfindən İddiaçı 21 iyun 2023cü il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, “...sizin ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq sizdən xahiş edirik ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin baş ofisinə yaxınlaşıb Əmək kitabçanızı təhvil alasınız”.
11. İddiaçı həyat yoldaşı ilə Cavabdeh MMC-nin X2 əməkdaşı olduğu bildirilən Arzu Sadıqova arasında “WhatsApp” proqramı vasitəsilə danışıqlar və yazışmalar aparılmış, həmin danışıqların (yazışmaların) məzmununa görə, MMC-nin adı çəkilən əməkdaşına İddiaçı səhhəti barədə xx.xx. 2023-cü il tarixdə məlumat verilmişdir. 12. "xxxx" MMC Azərbaycan Həmkarlar İttifaqının xidmət sahəsində qeydə alınmamışdır.
13. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi tərəfindən İddiaçı Bəxtiyar oğlu barəsində, "xxxx" MMC-nin mərkəzi anbarında baş anbardar vəzifəsində işlədiyi dövr ərzində ona təhkim olunmuş cəmiyyətə məxsus 14 140,61 manat dəyərində uşaq bezi məhsullarını ələ keçirməklə mənimsəməsi ittihamı ilə xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin tərəfindən verilmiş onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh MMC baş anbardar vəzifəsinə isə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2019-ci il tarixindən cavabdeh müəssisədə kassir vəzifəsində işləmiş, sonradan müqaviləyə ondan xəbərsiz anbardar vəzifəsi qeyd olunmuş, bu əmrlə onu tanış etməmişlər. xx.xx.2023-cü il tarixdə ünvanına cavabdehin direktoru tərəfindən xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məktub göndərilmişdir. Həmin məktuba cavab olaraq xx.xx.2023-cü il tarixdə “sizdən xahiş edirəm məni öz ərizəmlə işdən azad edəsiniz” məzmunlu ərizə göndərmiş, həm də 24.06.23-cü il tarixində Əmək Müfəttişliyinə müraciət etmişdir. Qanunsuz işdən çıxarılması ilə bağlı əmək müfəttişliyinə müraciət etdikdə ona bildirmişlər ki, 10 gün ərzində ona cavab deyiləcək, lakin hələ də bir cavab verilməmişdir. Cavabdehdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 və Dövlət Vergi Xidmətinə şikayət etdikdən sonra əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini cavabdehdən tələb etsə də, ona həmin əmrin surəti verilməmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdehin nümayəndəsi mediasiya prosesinə gəlmədiyindən 15 iyul 2023-cü il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib etmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
16. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, sirkə turşusu içdiyinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəxanaya yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə buraxılsa da, psixoloq yanına getməsinə zərurət yaranmışdır. Xəstəxandan çıxanda yeriyə və danışa bilməməsi səbəbindən iş yerinə rəsmi məlumat verə bilməmiş, lakin arvadı Cavabdehın hüquqşünasına səs yazıları göndərərək onun xəstə olduğunu bildirmişdir. Daha sonra özü xəstəliyi ilə bağlı "xxxx" MMC-yə məlumat göndərmişdir. Lakin xəstə olmasını, xəstəxanda müalicə almasını və göndərmiş olduğu məktubları nəzərə almadan onu işdən çıxarmı şlar.
17. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı xəstələnməsi və xəstəxanada yatması barədə onlara heç bir məlumat verməmiş və bu barədə sənəd təqdim etməmişdir. İşə gəlməməsi barədə iş yoldaşları tərəfindən akt tərtib edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməməsi və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmkarlar ittifaqının üzvü olmadığından həmkarlar ittifaqının təşkilatının rəyinin alınması zərurəti olmamışdır. İddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxma müddətinə görə cavabdeh təşkilata hər hansı bir rəsmi sənəd təqdim edilmədiyindən həmin müddət üçün əmək haqqı hesablanmışdır.
18. Birinci instansiya məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı Bəxtiyar oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmasına görə ödənilməli olan əmək haqqının İddiaçı Bəxtiyar oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
19. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı Bəxtiyar oğlu xx.xx.2023-cü il tarixdən xx.xx.2021-ci il tarixədək işə getməmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Bəxtiyar oğlunun xx.xx.20263cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə getməməsinin səbəbi kəskin sirkə turşusundan zəhərlənmə əlaməti ilə bağlı xəstəxanya yerləşdirilmişdir. Lakin m ülki işin matriallarından da görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə buraxılmışdır. Bundan sonra iddiaçı işə gedə bilməməsini səs tellərinin və ayaqlarının tutulması, habelə pisxatrik müalicə alması ilə əlaqləndirsə də, səhətinin işə getməsinə maneə olan hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Və eyni zamanda iddiaçı hansı səbəblərdən işə getməsinə maneə olan hallar barədə qanunvericiliyin tələblərinə uyğun məumat verməmişdir. Belə olan halda İddiaçı Bəxtiyar oğlu ilə ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 221K nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir.
20. Belə olan halda məhkəmə iddia tələbinin Cavabdeh MMC t ərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh MMC-də baş anbardar vəzifəsinə isə bərpa edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir.
21. Bundan başqa məhkəmə iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambul ator müalicədə olmuşdur. Cavabdehin nümayəndəsinin vermiş olduğu izahatdan məlum olur ki, iddaçıya son haqq-hesab ödənilərəkən həmin dövr üçün məcburi iş buraxmaya görə əmək haqqı hesablanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə əmək haqqı hesablanmaqla İddiaçı Bəxtiyar oğluna ödənilməlidir.
22. Bundan başqa məhkəmə iddia tələbinin mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi işə bərpa hissəsində təmin edilmədiyindən mediasiya xərci də iddiaçıya aid edilməlidir.
23. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Əmək Məcəlləsinin 2.1-ci, 68-ci, 70-ci, 7 1-ci, 72-ci, 76.1-ci, 80-ci, Mülki Prosessual Məcəllənin 14-cü, 77.1-ci, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, iddiaçının işə çıxmamasının üzrlü səbəblərlə bağlı olması barədə cavabdeh müəssisəyə məlumat verildiyini nəzərə almadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə xüsusilə vurğulanmışdır ki, iddiaçı, səhhətində yaranmış çətinliklə əlaqədar normal danışıq və digər hərəkətlərini icra edə bilmədiyi üçün onun həyat yoldaşı tərəfindən cavabdehin X2 əməkdaşı olan Arzu Sadıqovaya ona məxsus +99451 *** ** ** mobil nömrəsi vasitəsilə əlaqə qurulmuş, iddiaçının səhhətindəki problemlər barədə məlumat verilmişdir. Cavabdehin həmin əməkdaşının “WhatsApp” proqramından göndərdiyi səs mesajları ilə də cavabdehin iddiaçının vəziyyətindən məlumatlı olduğu aydın şəkildə görünür. Həmçinin iddiaçının psixoloji problemlərinə dair tibbi sənədlər məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sənədlərə əhəmiyyət verməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçı barəsində qanunda nəzərdə tutulan ən ciddi intizam tənbehi tətbiq olunmuş, onun ailə vəziyyəti, əvvəllər intizam pozuntusuna yol vermədiyi qiymətləndirilməmişdir.
26. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-1271/2024 nömrəli iş üzrə 1 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, sübutları düzgün qiymətləndirmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.
28. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixinə qədər stasionar müalicədə olduğu müəyyənləşdirilsə də, həmin tarixdən xx.xx.2023-cü il tarixinədək işə çıxmamasının üzrlü səbəblər lə bağlı olduğu sübuta yetirilməmişdir.
29. Başqa sözlə, iddiaçının əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozulmamışdır.
30. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsinin (vəkilinin) apellyasiya baxışı zamanı təqdim etdiyi arayışdan, iddiaçının Psixi Sağlamlıq Mərkəzinə sadəcə bir dəfə - xx.xx.2023-cü il tarixdə - müayinə üçün müraciət etdiyi aydın olur; bu isə o deməkdir ki, onun, xx.xx.2023-cü il tarixinədək iş yerinə getməyə kifayət qədər imkanı (vaxtı) olmuşdur.
31. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış 13 iyun 2023-cü il tarixli məktuba onun verdiyi cavablar da o qənaətə gəlməyə əsas yaradır ki, iddiaçının işə getməməsi üzrlü səbəblə bağlı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəl illəri
32. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilən “əmrin ləğv edilməsi və işə bərpa” hissədə, yəni qismən ləğv edərək, araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı iradəsinə uyğun öz təşəbbüsü ilə tələb etmiş, cavabdeh olan işəgötürən isə bu ərizəni araşdırmamış və bundan əlavə 1 aya əməl etmədən əmək müqaviləsini öz təşəbbüsü ilə qanunsuz və əsassız olaraq iddiaçını iradəsi əleyhinə əmək müqaviləsini ləğv edilməsinə məhdudiyyət yaratmış və bunada nail olmuşdur.
34. İddiaçı tərəfindən kobud əmək vəzifələrinin pozulmasına yol verməsi iş materialları ilə müəyyən edilmir. B elə ki, iddiaçının hansı kobud pozuntulara yol verməsi, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini hansı formada yerinə yetirməməsi ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının xəstə olması səbəbindən işə çıxa bilməməsi onun kobud pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar müəyyən edilib. Göründüyü kimi, qanunvericilikdə “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi üzürlü səbəb kimi göstərilmiş və bu səbəbdən işə çıxa bilməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmir. İddiaçının xəstə olması isə iş materialları ilə öz təsdiqini tapır.
36. İddiaçı Bəxtiyar oğlunun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair əmr bu mənada əsaslandırılmamış, işçinin hansı pozuntulara yol verməsi, müqavilə üzrə hansı öhdəliklərini yerinə yetirməməsi, bunun nəticəsində Cavabdeh MMC-yə hansı qaydada zərər vurulması göstərilməmişdir. Bu barədə bildirilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəməyə də hər hansı mötəbər sübut təqdim etməmişdir.
37. Məhkəmə işdə iddiaçının xeyrinə olan kifayət qədər sübutlara qiymət verməmiş, onları nəzərə almamış, yalnız cavabdeh tərəfin sənədlərini “sübut” kimi əsas götürərək qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ı Əmək Məcəlləsi
39. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
40. Maddə
71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər ha nsı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
41. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
42. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır
43. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsa slarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
44. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
45. Maddə
83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi bar ədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
46. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərd arlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
47. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
48. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
49. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
50. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
51. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu m addəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
55. Maddə
88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsi üzrə qəbul edilmiş, yəni iddianın təmin edilmiş hissəsi apellyasiya baxışının predmeti olmamışdır.Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən “əmrin ləğv edilməsi və işə bərpa ” hissədə, yəni qismən ləğv edilməsi xahiş olunduğuna görə məhkəmə kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Apellyasiya instansiyası məhkəməsi hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, sübutları düzgün qiymətləndirmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixinə qədər stasionar müalicədə olduğu müəyyənləşdirilsə də, həmin tarixdən xx.xx.2023-cü il tarixinədək işə çıxmamasının üzrlü səbəblərlə bağlı olduğu sübuta yetirilməmişdir.Başqa sözlə, iddiaçının əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozulmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsinin (vəkilinin) apellyasiya baxışı zamanı təqdim etdiyi arayışdan, iddiaçının Psixi Sağlamlıq Mərkəzinə sadəcə bir dəfə - xx.xx.2023-cü il tarixdə - müayinə üçün müraciət etdiyi aydın olur; bu isə o deməkdir ki, onun, xx.xx.2023-cü il tarixinədək iş yerinə getməyə kifayət qədər imkanı (vaxtı) olmuşdur.
65. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış 13 iyun 2023-cü il tarixli məktuba onun verdiyi cavablar da o qənaətə gəlməyə əsas yaradır ki, iddiaçının işə getməməsi üzrlü səbəblə bağlı olmamışdır.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnaməni n ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bəxtiyar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 fevral 2024-cü il tarixli 2(103)1271/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.