Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1976/2025 26.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı və cavabdeh Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar- Texnoloji Kollecinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə qarşı “xx.xx.2023-cü il tarixli 01/158 №-li əmrin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə qarşı “xx.xx.2023-cü il tarixli 01/158 №-li əmrin etibarsız hesab edilməsi” tələbini irəli sürərək Lənkəran Dövlət Universitetin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova tərəfindən imzalanmış 03 iyul 2003-cü il tarixli 01/158 №-li əmri ilə qanunsuz hesab edilərək ləğv olunması, qanunsuz "Gənclərin çağırışaqədərki hazır və fiziki tərbiyə rəhbəri” vəzifəsinə və müəllim kimi bərpa edilməklə məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub xeyrinə verilməsi və cavabdehdən 3000 manat məbləğində mənəvi ziyan pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu, Türkəkəran kəndində ziyalı ailəsində anadan olmuşdur. 20 sentyabr 2007-ci il tarixdə mənimlə X2 Kolleci arasında əmək müqaviləsi bağlanaraq o, hərbi rəhbər və ixtisası üzrə müəllimlik işinə təyin edilmişdir. Bununla bağlı X2 Kollecinin direktoru C.İbrahimov xx.xx.2007-ci il tarixli 198 nömrəli əmr imzalamışdır. Həmin vaxtdan xx.xx.2011-ci il tarixə kimi həmin işdə fasiəsiz işləmiş, həmin tarixdə onunla X2 Kolleci arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə Kollecin direktoru C.İbrahimovun əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra Kollecin direktoru C.İbrahimovun xx.xx.2011ci il tarixli 72 nömrəli əmri ilə mənimlə müddətsiz əmək müqaviləsi bağlanılmış və o, daimi ixtisası üzrə müəllim və Hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən xx.xx.2018-ci il tarixə kimi təyin edildiyi vəzifələrdə qüsursuz işləmişdir. Kollecin direktorunun xx.xx.2018-ci il tarixli 01/86 nömrəli əmri ilə guya o, əmək funksiyasını düzgün yerinə yetirmədiyimə görə qanunsuz olaraq mənimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən 02 iyul 2018-ci il tarixində Q/39 saylı əmrlə qanunsuz xitam verilmişdir. Mənimlə bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilərək işdən azad edildiyim üçün mən Kollecə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etdim. Məhkəmənin qətnaməsi ilə mənim iddia tələbi təmin edilmişdir. Kollec rəhbərliyi məhkəmənin qətnaməsindən apellyasiya və kassasiya şikayətləri versələr də, onların şikayətləri təmin edilməmiş və bununla da o, yenidən tutduğu vəzifələrə bərpa edilmişdir. Kollecin direktorunun 29 iyul 2019-cu il tarixli 01/111 saylı əmri ilə məhkəmənin qətnaməsinə əsasən yenidən həmin vəzifələrdə işləməyə başlamışdır. Kollecin direktoru R.Həmidovun 10 iyun 2021-ci il tarixli 01/97 saylı əmri ilə mənimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən 14 iyun 2021-ci il tarixindən xitam verilmişdir. Səbəb kimi də qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə X2 X4 Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar- Texnoloji Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində "Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri” və "Fiziki tərbiyə rəhbəri" ştatları ixtisar edilərək "Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri" ştatı yaradılmışdır. Bu səbəbdən "Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" olan mən, yəni İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi məsələsi yaranmışdır. Bu zaman kollec rəhbərliyi tərəfindən guya məne, yəni İddiaçı qanunvericiliyə uyğun olaraq əmək haqqı azalmamaqla digər vəzifəyə keçmək təklif ediləsə də, o, etiraz etmişdir. Əslində belə bir təklif almamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkərlıq səviyyəsinin işəgötürən müəyyən edir. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı 10 mart 2021-ci il tarixli M-0321/83 saylı məktubla onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq X1 Komitəsinə bu məsələ ilə əlaqədar qərar bildirmək xahişi ilə 20 may 2021-ci il tarixli M-0521/149 saylı məktub göndərilmişdir. Kollec Həmkərlar ittifaqi Komitəsi Meclis heyət üzvlərinin 09 iyun 2021-ci il tarixli iclasının (protokol No 11) qərarı ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi qanuna uyğun hesab edilmişdir. Baxmayaraq ki, işlədiyim 14 ilə yaxın dövr ərzində mən həmişə işdə olmuşam və heç vaxt xəbərdarlıq belə almamışam. Tapşırılan işləri layiqincə və vicdanla yerinə yetirmişəm, işimdə heç vaxt heç bir qüsur olmamışdır. Ona görə də mən qeyd olunan iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş və Lənkəran rayon məhkəməsində işə baxılarkən məhkəmə mənə bildirdi ki, siz öncə ilkin mediasiya prossesini keçməlisiniz, ondan sonra ümumi qaydada məhkəmə müraciət edə bilərsiniz. Ona görə də mən ərizə verib, işə baxılmamış saxlamaq şərti ilə razılaşıb iddia ərizəmi geri götürdüm. Bundan sonra mən mediasiyaya müraciət etdim. Mediasiya prossesini keçəndən sonra hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. Mən işlədiyim dövrdə əsassız olaraq məndən hər ay 50 manat məbləğində pul tutulmaqla ümumilikdə 846 manat məbləğində pul tutulmuşdur. Bundan əlavə mənimlə qanunsuz əmək müqaviləsi bağlanmışdır, kadrlar şöbəsinin rəhbəri Ali təhsilli olmadığı üçün onların mənimlə bağladığı əmək müqaviləsini qanunsuz sayıram. Çünki, həmin əmək müqaviləsində mənim adımın qarşısında və mənim adımdan imza edilən imza mənə məxsus deyildir. Həmçinin cavabdehin qeyd olunan hərəkətləri məndə əsəb və stres yaratmış və mən xəstəlik tapmışam və buna görə də müalicə almışam. Bununla da cavabdeh öz hərəkətləri ilə mənə mənəvi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə X2 X5 Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevirmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində bir neçə ştat, o cümlədən "Gənclərin şağırışaqədər hazırlıq rəhbəri" ştatı ixtisar edilmişdir. Lakin qeyd olunan qərarla həmin ştat ixtisar edilməmişdir, bunu mənə Univerisetinin rəhbəri Rektor Natiq ibrahimov məni qəbul edərək görüş zamanı bildirmişdir. Ona görə də hesab edirəm ki, qeyd olunan əmr əsassızdır və ləğv edilməlidir. GÇH-nin rəhbəri vəzifəsi gizlədilmişdir. Necə ola bilər ki, hərbi dərslər keçirilir, hərbi rəhbərlik vəzifəsi isə yoxdur. Daha sonra İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsində yol verdiyi texniki qüsurun - 03 iyul 2003-cü il tarixli 01/158 №-li əmrin, 03 iyul 2023-cü il tarixli 01/158 №-li əmr kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının 03 iyul 2023-cü il tarixli 01/158 №-li əmri mübahisələndirildiyi halda, məhkəməyə müraciət etməmişdən əvvəl işə bərpa tələbi barədə xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyasında iştirak etməsi və iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak etməsini təsdiq edən sənəd qismində xx.xx.2023-cü il tarixli, MŞL-00051 nömrəli arayışı təqdim etməsi barədə yaranmış ziddiyyətlərlə bağlı verilmiş suallara cavab olaraq iddiaçı 03 iyul 2023-cü il tarixli 01/158 №-li əmrlə bağlı sonradan ilkin mediasiya sessiyasında iştirak etdiyini bildirsə də, ona məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq məhkəməyə müvafiq sənədi təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb, tərəfləri dinləyərək bu nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında olan Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar- Texnoloji Kolleci üzrə verilmiş 03 iyul 2023-cü il tarixli, 01/158 nömrəli əmrin surətindən görünür ki, kollecin 0.5 ştat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xx.xx.2023-cü il tarixdən olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Lənkəran 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞL-00051 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl işə bərpa tələbi barədə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Tərəflərə bildirişin göndərildiyi tarix arayışda xx.xx.2023-cü il qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 21.9-cu maddəsinə görə aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu hallarda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Məmmədov X3 Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleciüzrə onun barəsində qəbul edilmiş 03 iyul 2023-cü il tarixli 01/158 №-li əmri mübahisələndirildiyi halda, iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak etməsini təsdiq edən sənəd qismində xx.xx.2023-cü il tarixli, MŞL-00051 nömrəli arayışı təqdim etmişdir. Başqa sözlə, iddiaçı 03 iyul 2023-cü il tarixli 01/158 №-li əmr əsasında işdən azad edildiyi, hazırki tələbində həmin əmri mübahisələndirməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdən sonrakı müddətdə ilkin mediasiya sessiyasında iştirak etməmiş, bundan əvvəl iştirak etdiyi xx.xx.2023-cü il tarixli, MŞL-00051 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ı məhkəməyə təqdim etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə qarşı “xx.xx.2023-cü il tarixli 01/158 №-li əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1976/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1976/2025
26.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver