Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-685/2024 16.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X34, iddiaçı: İddiaçı, iddiaçının vəkili: Bakı Şəhəri 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdehlər: Cavabdeh3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X29, Lənkəran Rayon 1 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı “qanuni üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına, alğı-satqı müqaviləsinin və bu əqdin əsasında əldə edilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı qızə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına, şəhadətnamə əsasında alınmış qeydiyyat vəsiqəsinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m. olan mənzilin Cavabdeh2 satılmasına dair (reyestr nömrəsi: 1672, qeydiyyat tarixi xx.xx.2023-cü il) müqavilənin ləğv edilməsinə, həmin əmlakdan yetkinlik yaşna çatmayan X35, X10 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m. ümumi sahəsi 32,4 kv.m.olan bir otaqlı mənzil X4 məxsus olmuş, ona bu barədə 1991-ci ilin oktyabr ayında 39/39 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X1 Vahab Mirzəli oğlu ilə qanuni nikahda olmuşdur. İddiaçı Valiyyənin 28.04. 1959-cu ildə anadan olmuş Rahim adlı oğlunun gəlinidir, belə ki X26 ilə qanuni nikaha daxil olub ailə qurmuşdur. Bu nikahdan iki övladı vardır: X35 və X19. xx.xx.1982-ci il təvəllüdlü əri X38 13 dekabr 1989-cu il tarixdə X9 tərəfindən övladlığa götürülmüşdür, bu barədə Lənkəran rayon qeydiyyat şöbəsində 1 №-li övladlığa götürmə haqqında akt qeydi tərtib edilmişdir. X11 20 sentyabr 2017-ci ildə vəfat etmiş və bu barədə 319 №-li akt qeydi tərtib edilmişdir. X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hələ sağ ikən 1994-cü il iyun ayında X8, Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili oğlu X31 vəsiyyət etmişdir. Sonuncu Lənkəran rayon notariat kontoruna xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək təkbaşına vərəsəlik şəhadətnaməsi almış, mübahisəli əmlak üzərində mülkiyyət hüququnu rəsmiləşdirmiş və onu iş üzrə 2-ci Cavabdeh2 faktiki 22.000 manata satmış, görünüş üçün müqavilə bağlayaraq əmlakın dəyərini 12.000 manat göstərmişlər. Cavabdeh3 DNK-na müraciət edərkən özünü yeganə vərəsə kimi göstərmişdir. İş üzrə birinci cavabdeh tərəfindən əldə edilən Lənkəran rayon 1 saylı DNO tərəfindən verilən vərəsəlik haqqında şəhadətnamə etibarsızdır, belə ki. həmin akt verilərkən vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. Əri Valiyyə tərəfindən övladlığa götürüldüyünə baxmayaraq vərəsələrin dairəsinə daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, X26 ilə qanuni nikaha daxil olub ailə qurmuşdur. Bu nikahdan iki övladı X35 və X19 vardır. xx.xx.1982-ci il təvəllüdlü əri X38 13 dekabr 1989-cu il tarixdə X8 tərəfindən övladlığa götürülmüşdür. O, X26 ilə ailə qurduqdan sonra ancaq Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalmışlar, yalnız yay aylarında qaynatasının evinə, yəni Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzilə gəlmişlər. X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Əri vəfat edəndən sonra eşitmişdir ki, qaynatası evi satmışdır. Hesab edir ki, onun övladlarının da həmin evə, yəni Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzildə haqqı var, ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərdi ki, iddiaçı onun gəlinidir. X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili anası 1994-cü il iyun ayında ona vəsiyyət etmişdir. Oğlu öldükdən sonra, 2023-cü ilin iyul ayında o, həmin mənzili Cavabdeh2 12.000 manata satmışdır. Həmin mənzil hazırda Cavabdeh2 mülkiyyətindədir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatınada göstərdi ki, o, özünə ev almaq istəmiş, qonşuluqda yaşayan Cavabdeh3 evini satdığını bildirmişdir. O, Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili 12.000 manata notariat qaydasında almışdır. Hazırda həmin ev onun mülkiyyətindədir. İddiaçını qonşusu Cavabdeh3 gəlini kimi tanımışdır. Cavabdeh3 anası Valiyyə Məmmədova olmuşdur. Valiyyə Məmmədovanın nəvəsini övladlığa götürməsini, ümumiyyətlə evin problemli olmasını bilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə, Lənkəran Rayon 1 saylı Notariat Ofisininə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə rəsmi məlumat verilməsiə baxmayaraq nümayəndələri gəlməmiş gəlməmələri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 277039 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ömərova Ceyhunə ilə X26 arasında nikah xx.xx.2006-cı il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 3116 sayla rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Məmmədzadə, arvada Məmmədzadə soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş AZ-İ 563822 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.1982-ci il tarixdə doğulmuşdur. X18, anası X7r. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X6 Valiyə Əbdülqasım qızı tərəfindən övladlığa götürülmüşdür. Bu barədə 13 dekabr 1989-cu il tarixdə 11 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Övladlığa götürüldükdən sonra vətəndaşa Məmmədov soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş AZ-İİ 420859 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə X35 doğulmuşdur. X14, anası İddiaçıdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş AZ-İ 932099 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə X20 doğulmuşdur. X14, anası İddiaçıdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-ll 310353 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12- 18/171 nömrəli arayışından görünür ki, X26 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ailə üzvləri İddiaçı, X35, X20 olmuşdur. Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminin çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən ümümi sahəsi 58 kv/m olan mənzil xx.xx.2023-cü il tarixdə satıcı Cavabdeh3 tərəfindən alıcı Cavabdeh2 qızına 12.000 manata satılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2018-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X11 vərəsəsi Cavabdeh3 Lənkəran şəhəri, Şirəli Axundov küçəsi ev 27 ünvanında yerləşən miras əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları, habelə cavabdehlərin izahatları dinləyib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə tətbiq edilməli hüquq norması hazırda qüvvədə olan və qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsində bundan (sonra MM) qeyd edilmiş vərəsəlik instituna aid normalar, habelə hazırda qüvvədə olan MM-nin vicdanlı alıcı institutuna aid normalar hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran şəhəri Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m. ümumi sahəsi 32,4 kv.m.olan bir otaqlı mənzil X4 məxsus olmuşdur. X3 yeganə oğlu xx.xx.1959-cu ildə anadan olmuş Cavabdeh3dur. Cavabdeh3 Rüfət və Lalə adlı iki övladı vardır. Hazırda iddiaçı qismində çıxış edən İddiaçı Cavabdeh3 övladı X26 ilə qanuni nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan iki övladı vardır: X35 və X19. X8 hələ sağ ikən Cavabdeh3 övladı X21, yəni öz nəvəsini 13 dekabr 1989-cu il tarixdə övladlığa götürmüşdür. Eyni zamanda X8 hələ sağ ikən, yəni 1994-cü il iyun ayında özünə məxsus Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili oğlu X31 vəsiyyət etmişdir. X11 20 sentyabr 2017-ci ildə vəfat etmiş, onun övladlığa götürdüyü nəvəsi X26 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda cavabdeh olan X39 mübahisəli əmlakı, yəni Lənkəran şəhəri Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m. ümumi sahəsi 32,4 kv.m.olan bir otaqlı mənzil üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. xx.xx.2023-cü il tarixdə isə həmin mənzil Cavabdeh3 tərəfindən Cavabdeh2 12.000 manata satılmışdır. Məhkəmə hesab edir ki, mərhum X17 mərhum X3 vərəsəsi olması məhkəmə iclasında öz təsdiqini tapmış və X17 vərəsə kimi miras qoyan X3 əmlakından (indiki halda Lənkəran şəhəri Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m. ümumi sahəsi 32,4 kv.m.olan bir otaqlı mənzil ) miras əldə etmək hüququ olmuş, lakin miras açılanadək X26 öldüyündən onun həmin hüququ vərəsələrinə, yəni indiki halda arvadı (İddiaçı) və övladalarına (X35 və X19) keçmişdir. Belə ki, MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). MM-nin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. MM-nin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin 1194-cü maddəsinə əsasən Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. MM-nin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Lakin bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda da şərh edildiyi kimi X8 hələ sağ ikən, yəni 1994-cü il iyun ayında özünə məxsus Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili oğlu X31 vəsiyyət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi 25 avqust 2000-ci tarixli fərmanla qüvvəyə minmişdir. Hazırkı işin hallarından isə görünür ki, vəsiyyətnamə hazırkı qanun qüvvəyə minənədək hazırlanmışdır. Buna görə də həmin vəsiyyətnamə Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları baxımından qiymətləndirilməlidir. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəslik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə keçə bilər. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən miras qoyanın həddi-bülüuğa çatmamış və əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər) habelə, əmək qabiliyyəti olmayan əri (arvadı), valideeynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə ikisi hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmedlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Məhz bu baxımdan da məhkəmə qeyd edir ki, mərhum X26 13 dekabr 1989-cu il tarixdə X8 tərəfindən övladlığa götürüldüyündən və bundan sonra 1994-cü il iyun ayında vəsiyyətnamə tərtib edildyindən, yəni övladlığa götürldükdən sonra vəsiyyətnamə verildiyindən və həmin vaxt övladlığa götürülən şəxs kimi miras qoyanın himayəsində olduğundan MM-nin 538-ci maddəsinə (köhnə redaksiyada) əsasən X17 da miras qoyulmuş əmlakdan məcburi pay hüququ yaranmışdır. Lakin bütün bunlarla yanaşı, məhkəmə xüsusilə qeyd edir ki, hazırki iş üzrə tətbiq edilməli olan mütləq hüquq normalarının başında mülkiyyətin müdafiəsi və vicdanlılıq prinsipi gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə hazırda mübahisə predmeeti olan Lənkəran şəhəri Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m. ümumi sahəsi 32,4 kv.m.olan bir otaqlı mənzil Cavabdeh3 tərəfindən Cavabdeh2 12.000 manata satılmışdır. Cavabdeh2 Cavabdeh3 qonşusu olmuş, habelə mərhum X5 tanımış, sonuncunun bir oğlu, yəni Cavabdeh3 olduğunu, habelə Cavabdeh3 da iki övladının olduğunu (Rüfət və Lalə) bilmişdir. X2 öz nəvəsi X21 övladlığa götürməsindən xəbəri olmamışdır. X26 daim Bakı şəhərində yaşamışdır, hazırda iddiaçı olan İddiaçı də o, X17 arvadı kimi tanımışdır ki, sonuncu da yay aylarında Lənkəran şəhərinə gəlmişdir. Lənkəran şəhəri Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m. ümumi sahəsi 32,4 kv.m.olan bir otaqlı mənzilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə Cavabdeh2 vicdanlı alıcıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. MM-nin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. MM-nin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə, şərh olunan qanunvericilik normalarına əsasən hesab edir ki, hazırda verilmiş iddianın təmin edilməsi mülkiyyətçi kimi, habelə vicdanlı əldə edən kimi Cavabdeh2 mütləq hüququ olan mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Məhkəmə, bu qənaətə gələrkən, xüsusilə eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmuşdur. Belə ki, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. “K.Qəribovanın şikayəti üzrə” 8 may 2008-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuşdur ki, MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) bu Məcəllənin 157.3-cü maddəsinin mənasına görə vicdanlı sahibə tətbiqi mümkün deyildir. Ona görə ki, restitusiya və vindikasiya qaydasında irəli sürülən tələb üzrə mülki dövriyyənin iştirakçılarının (subyektlərinin) dairəsi fəqlənir və bu hal vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Məhz göstərilənlər baxımından iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2, X27 qarşı “Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına, şəhadətnamə əsasında alınmış qeydiyyat vəsiqəsinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m. olan mənzilin Cavabdeh2 satılmasına dair (reyestr nömrəsi: 1672, qeydiyyat tarixi xx.xx.2023-cü il) müqavilənin ləğv edilməsinə, həmin əmlakdan yetkinlik yaşna çatmayan X35, X10 payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdeh2, X27 qarşı “Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına, şəhadətnamə əsasında alınmış qeydiyyat vəsiqəsinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m. olan mənzilin Cavabdeh2 satılmasına dair (reyestr nömrəsi: 1672, qeydiyyat tarixi xx.xx.2023-cü il) müqavilənin ləğv edilməsinə, həmin əmlakdan yetkinlik yaşna çatmayan X35, X10 payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-685/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-685/2024
16.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver