Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-686/2025 23.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçinın Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağladığı MŞL/MT014/2023/-02412 saylı barışıq sazişinin birinci hisəsinin, yəni birgə nikahdan anadan olmuş xx.xx.2016-ci il təvəllüdlü X1 ilə onun hər həftənin bazar günü saat 10:00dan saat 20:00-dək ünsiyyət hüququ verilməsi hissəsinin təsdiq edilməsi və dövlət rusumu üçün ödədiyi 100 manat pulun Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixdə qarşılıqlı razılığa gələrək MŞL/MT014/2023/-02412 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra birgə nikahlarından anadan olmuş xx.xx.2016-ci il təvəllüdlü X1 ilə atası yəni o, Ərizəçi hər həftənin bazar günü saat 10:00dan saat 20:00-dək ünsiyyət hüququ verməsini öhdəsinə öhdəlik götürdü. Lakin, barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəsinə götürdüyü öhdəliyi icra etmədi və hazırda da icra etməməkdə davam edir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə qarşılıqlı razılığa gələrək MŞL/MT014/2023/-02412 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizənin dəlillərini müdafiə edib, ərizəyə uyğun məzmunlu izahat verərək, maraqlı şəxsin barışıq sazişinə əməl etmədiyini bildirərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizə ilə bağlı qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02412 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X1 ilə atası Ərizəçi hər həftənin bazar günü saat 10:00-dan saat 20:00-dək ünsiyyət hüququ verilir. Birinci tərəf Ərizəçi bu sazişi imzladıqdan sonra xx.xx.2016-ci il təvəllüdlü X1 adlı uşağın müalicə edilməsinə köməklik edəcəyinə öhdəlik götürür. Məhkəmə tərəfləri dinləyib, işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişi mövcud olan şətlərə əsasən qismən təmin edilməlidir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Həmçinin qeyd etmək lazımdır ki, ərizəçi dövlət rüsumu ilə yanaşı mediasiya xərcinin də maraqlı şəxsdən tutulub ona verilməsini xahiş etmişdir. Ərizə bu hissədə qismən təmin olunmalı, ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanılmış MŞL/MT014/2023/-02412 saylı barışıq sazişinin birinci hissəsi, yəni tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-ci il təvəllüdlü X1 ilə Ərizəçi hər həftənin bazar günü saat 10:00-dan saat 20-00-dək ünsiyyət hüququ verilməsi hissəsi təsdiq edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği olan 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-686/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-686/2025
23.01.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver