Məhkəmə qərarları › İş №2(049)-687/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-687/2024

22.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-687/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə 22 aprel 2024-cü il tarixdə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı miras əmlakın vərəsələr arasında bölünməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. xx.xx.2024-cü il tarixdə məhkəməyə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına tələbinə dair ərizəsi daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə 100 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının ərizəsi təmin olunsun. İddiaçı Cavabdeh qarşı miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də iddia ərizənin verilməsi üçün xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar