Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-72/2024 17.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı Əbülfətlı̇ Zərı̇ fə Hüseyn qızı, İddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, Cavabdehlər İbrahı̇ mova Şəhla Rafı̇ q qızı, Lənkəran Rayon 1 saylı Dövlət Notarı̇ at Kontorunun nümayəndəsi X2 iştirakı ilə iddiaçı Əbülfətlı̇ Zərı̇ fə Hüseyn qızının cavabdehlər İbrahı̇ mova Şəhla Rafı̇ q qızı, Lənkəran Rayon 1 Sayli Dövlət Notarı̇ at Kontoru, "Daşinmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 10 Saylı Lənkəran Ərazi İdarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi̇ : İddiaçı Əbülfətlı̇ Zərı̇ fə Hüseyn qızının cavabdehlər İbrahı̇ mova Şəhla Rafı̇ q qızı, Lənkəran Rayon 1 Sayli Dövlət Notarı̇ at Kontoru, "Daşinmaz Əmlakin Dövlət Kadastri Və Reyestrı̇ "Publı̇ kHüquqı̇ Şəxsı̇ nı̇ n 10 Sayli Lənkəran Ərazi İdarəsinə qarşı miras payınən müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini öildirmiş və və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. MPM-nin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Kapital Bank ASC vasitəsi ilə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaç Əbülfətlı̇ Zərı̇ fə Hüseyn qızının cavabdehlər İbrahı̇ mova Şəhla Rafı̇ q qızı, Lənkəran Rayon 1 Sayli Dövlət Notarı̇ at Kontoru, "Daşinmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 10 Saylı Lənkəran Ərazi İdarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Kapital Bank ASC vasitəsi ilə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-72/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-72/2024
17.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver