Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-776/2023 27.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin qəsəbədə yaşayır. Həyat yoldaşı X12 ilə xx.xx.1981-ci ildə ailə qurmuşlar. Uşaqları həddi buluğa çatmaqla hamısı ayrı yaşayırlar. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra onun adına olan əmlaka faktiki sahibliyi və vərəsəliyi qəbul etmişdir. Hazırda kommunal xidmətlərin də ödəniş hesabları onun adınadır və yaşadığı evdə bütün ödənişləri o edir. Hazırda **********05250 saylı kod üzrə qaz istehlakçısıdır. Yaşadığı ev mülkiyyət hüququ ilə ərinə məxsus olsa da qeyd etdiyi kimi əri öləndən sonra evə faktiki olaraq o sahiblik edir. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. O, həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı evlərinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. "Azəriqaz” X4 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. 06 iyun 2022-ci il tarixdə "Azəriqaz” X6 RQİİ-nin əməkdaşları yaşadığı ünvanda bir sıra evlərin, həmçinin onların da sayğacınıı dəyişdirmişlər. O, sayğacların nə üçün dəyişdirildiyini soruşduqda "Azəriqaz" X6 rayon idarəsinin əməkdaşları ona bildirmişlər ki, həmin sayğaclar köhnəlib və onların yenisi ilə əvəz edilməsi zərurəti yaranmışdır. O da buna etiraz etməmiş və həmin vaxt onun yanında "Azəriqaz" X4 RQİİnin əməkdaşları tərəfindən Elestr tipli G-4 markalı ******* nömrəli sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Köhnə sayğac dəyişdirilərkən sayğac tam işlək vəziyyətdə idi və üzərində heç bir əzik və ya müdaxilə olmamışdır. Bunu "Azəriqaz" X4 RQİİ-nin əməkdaşları da gördülər. Elestr tipli G-4 markalı ******* nömrəli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə "Azəriqaz" X6 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olundu və o da həmin akta imza etmişdir. Son bir ay ərzində qaz borcunu ödəyərkən məlum oldu ki, "Azəriqaz" İstehsalat Biriliyinə guya 1036 manat 80 qəpik məbləğində borcu vardır. Borcun nədən yarandığını öyrənmək üçün "Azəriqaz" X4 RQİİ-yə getmiş və orda bildirdilər ki, köhnə sayğaca baxış keçirilərkən guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfi əzilib və daxili qulaqcıqlarında əzikizləri var. Bununla bağlı xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, güya yoldaşı Nurəddin Miriyev həmin akta imza etməkdən imtina etmişdir. Halbuki, həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu da o deməkdir ki həmin akt tamamilə qanunsuz və etibarsızdır. Bundan başqa köhnə Elestr tipli G-4 markah ******* nömrəli sayğacı "Azəriqaz" X6 RQİİ-nin əməkdaşları tərəfindən plombu açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğacın hesablama mexanizminin qapağının yan tərəfində heç bir əzik və daxili qulaqcıqlarında əzik izləri olmamışdır. Əgər hansı bir problem olsaydı bu barədə xx.xx.2022-ci il tarixdə tərtib etdikləri ******* nömrəli aktın "sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs" qrafasında qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründüyü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı onların həyətindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011- ci il tarixli, 80 saylı qərarının "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə və qaz təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı "Azəriqaz" İstehsalat Birliyi daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq, Dövlət Laboratoriya rəyinə əsasən «Azəriqaz» X11 X17 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ona "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Əri xx.xx.2020-ci il tarixdə vəfat etdiyi halda həmin akta guya imza etməmişdir. Bundan başqa qaz sayğacının üzərində plomb ola-ola qaz sayğacına necə müdaxil edə bilər. Aydın məsələdir ki, bu mümkün deyil. Ona görə də hesab edir ki, Lənkəran X17 İdarəsinin əməkdaşları tərəfindən tərtib etdikləri xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməli, hesablanmış 1036 manat 80 qəpik məbləğində cərimə məbləği silinməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 22 dekabr 2012-ci il tarixli qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz paylayıcısı-X18 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, X12 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyib. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifələrindən biridir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. 06 iyun 2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, X7 yaşadığı Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G4T markalı, ******* nömrəli qaz sayğacı, Zenner tipli, G4T markalı, **********3 nömrəli qaz sayğacı ilə dəyişdirilmişdir. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2022-ci il tarixli, G4T markalı, ******* saylı aktdan görünür ki, sayğac istismara yararsızdır. Abonent saldosundan görünür ki, X10 2022-ci ilin iyun ayı üçün 1036.80 manat cərimə hesablanmışdır. AZ-İİ№127725 saylı 10 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 04 noyabr 2020-ci il tarixdə ölmüşdür. 12 fevral 1981-ci il tarixli nikah haqqında şəhadətnamənin təqdiq olunmuş surətindən görünür ki, X13 və X3 arasında 12 fevral 1981-ci il tarixdə nikah qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əbdülov, arvada Əbdülova soyadı verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 22 dekabr 2012-ci il tarixli qazın alqı-satqı müqaviləsinə əsasən qaz paylayıcısı-X22 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, X12 isə aldığı qazın dəyərini vəfat etdiyi günə kimi qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyib. X13 04 noyabr 2020-ci il tarixdə ölmüşdür. X13 və X3 arasında 12 fevral 1981-ci il tarixdə nikah qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əbdülov, arvada Əbdülova soyadı verilmişdir. X13 vəfat edəndən sonra onun arvadı X2 rayon İstisu qəsəbəsində yerləşən ərinə məxsus evdə yaşamış və onun vərəsəliyini faktiki olaraq qəbul edib sosial ödənişləri o, cümlədən qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyib. 06 iyun 2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, X7 yaşadığı Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G4T markalı, ******* nömrəli qaz sayğacı, Zenner tipli, G4T markalı, **********3 nömrəli qaz sayğacı ilə dəyişdirilmişdir. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2022-ci il tarixli, G4T markalı, ******* saylı aktdan görünür ki, sayğac istismara yararsızdır. X1 2022-ci ilin iyun ayı üçün 1036.80 manat cərimə hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cu bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, «Azəriqaz» İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydaların 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və «Azəriqaz» İB-nin nümayəndəsinə (müvafiq X20) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X6 regional Qaz İstismar İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğində cərimə silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X6 X17 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı aktı ləğv edilsin və həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğində cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-776/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-776/2023
27.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver