Məhkəmə qərarları › İş №2(049)-78/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-78/2025

03.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-78/2025 03.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər X9, X6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «mirasqoyan tərəfindən sağlığında özünün mülkiyyətindən olmuş fərdi yaşayış evinin mənzil sahəsinin övladına (vərəsəsinə) vəsiyyət edilməsi faktını nəzərə alaraq, mirasqoyanın ölümündən sonra digər övladı tərəfindən qanunazidd şəkildə əldə edilmiş xx.xx.2022-ci il tarixli "X15 Hüququ haqqında Şəhadətnamə”nin, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış Akt Qeydinin və həmin akt qeydinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh X10, üçüncü şəxslər X9, X6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Mirasqoyan tərəfindən sağlığında özünün mülkiyyətindən olmuş fərdi yaşayış evinin mənzil sahəsinin övladına (vərəsəsinə) vəsiyyət edilməsi faktını nəzərə alaraq, mirasqoyanın ölümündən sonra digər övladı tərəfindən qanunazidd şəkildə əldə edilmiş xx.xx.2022-ci il tarixli "X15 Hüququ haqqında Şəhadətnamə”nin, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış Akt Qeydinin və həmin akt qeydinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reseyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasqoyan X3 31 oktyabr 2013-cü il tarixli (saat 15:40-da tərtib edilmiş) 2V-01 reyestr nömrəli Lənkəran rayon 1 saylı Notariat Kontorunun xüsusi X1 tərəfindən təsdiq edilmiş Vəsiyyətnaməsi ilə özünə sağlığında və ölümündən sonra mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evinin tikilialtı sahəsi 144.5 kv.m., ümumi sahəsi 102.7 kv.m olan üç otağından ibarət daşınmaz əmlakın ona vəsiyyət etməsi faktı nəzərə alınmaqla, həmin daşınmaz əmlakda qardaşları X7 və X8 1/5 payının müəyyən edilməsi haqqında verilmiş 06 aprel 2022-ci il tarixli “X15 hüququ haqqında Şəhadətnamə”nin etibarsız sayılması, həmin şəhadətnamə əsasında AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış Akt Qeydinin etibarsız hesab edilməsi və həmin akt qeydinə əsasən AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək, mərhum anası X2 miras qalmış ünvan 2 ünvanında 144.5 kvm torpaq sahəsində yerləşən, ümumi sahəsi 102.7 kvm olan 3 otaqlı miras evdə cavabdehlər X7 və X8 1/5 payının müəyyən edilməsi haqqında Lənkəran rayon 1 saylı Notariat Kontorunun xüsusi X1 tərəfindən verilmiş 06 aprel 2022-ei il tarixli “X15 hüququ haqqında Şəhadətnamə”nin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış Akt Qeydinin etibarsız hesab edilməsi, həmin akt qeydinə əsasən AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi və ünvan 2 ünvanında 144.5 kvm torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kvm olan 3 otaqlı evin 6/10 hissəsi üzərində onun miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmənin baxışı iclasları xx.xx.2025-ci il tarixə, saat 16:00-a və xx.xx.2025ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan ********** №-li ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və MPM-nin 114.1.5, 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər X14, X11, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «mirasqoyan tərəfindən sağlığında özünün mülkiyyətindən olmuş fərdi yaşayış evinin mənzil sahəsinin övladına (vərəsəsinə) vəsiyyət edilməsi faktını nəzərə alaraq, mirasqoyanın ölümündən sonra digər övladı tərəfindən qanunazidd şəkildə əldə edilmiş xx.xx.2022-ci il tarixli "X15 Hüququ haqqında Şəhadətnamə”nin, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış Akt Qeydinin və həmin akt qeydinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ********** №-li ödəniş qəbzi əsasında ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar