Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-783/2024 23.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı Muhammad oğlunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Muhammad oğlunun Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Muhammad oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52000 manat pul məbləği, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 250 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2015-ci ildən tanıyır. Belə ki, bir vaxtlar o özü süd işində işləmiş, X4 Zavoduna süd təmin edilməsi üçün Cavabdeh Lənkəran rayonu Şağlaser kəndində yerləşən süd məntəqəsindən süd almışdır. Təxminən bir neçə il Cavabdehlə birlikdə işlədikdən sonra fəaliyyətini dayandırmışdır. Cavabdeh 2020-ci ilin sentyabr ayında Bakı şəhərində işlədiyi iş yerinə gələrək onunla görüşmüşdür. Görüş zamanı Şahlardan nə səbəbə əvvəlki işi ilə məşğul olmadığını soruşduqda, o, pulunun olmadığını, ona pul verməyini, bu halda Lənkəran rayonu Şağlaser kəndində yerləşən süd məntəqəsini işlədə biləcəyini və oradan əldə etdiyi qazancı birlikdə böləcəklərini, həmçinin 6 ay ərzində qoyacaq olduğu pulu götürə biləcəyini bildirmişdir. Bundan sonra ofisdə Cavabdeh 14500 manat pul vermişdir. Şahlar hər ay təxminən 3000- 5000 manat məbləğində əldə etdiyi qazancın məbləğini kağıza yazaraq, şəklini ona “whatsapp”la göndərsə də, daha böyük sərmayə ilə biznesi bir az da böyütdüyünü və bununla da qazanclarının daha da artıq olacağını bildirərək, əldə olunan qazancı da yenidən işə qoyduğunu bildirərək, ona hər hansı bir ödəniş etməmişdir. 2021-ci ilin iyun ayından artıq Şahlara ona da pul göndərməsini təkid etmiş, lakin o, yenə də müxtəlif bəhanələrlə ona pul göndərməmişdir. Artıq aralarında narazılıqlar yaranmağa başlamış və o, 2022-ci ilin may ayında Lənkəran rayonu Şağlaser kəndinə gələrək, Cavabdeh, qardaşı Ağalar və atası Nümayəndələ görüşərək, aralarındakı yazışmalara əsasən Şahların ona 55000 manat borcunun olduğunu bildirmiş və pulu onlardan tələb etmişdir. Onlar da razılaşmış və ona hər ay 3000 manat pul göndərməklə, bütün borcu ödəyəcəklərini bildirmişlər. İlk ay sözlərini tutaraq, xx.xx.2022-ci il tarixdə ona 3000 manat pul göndərmişlər. Lakin, bundan sonra Şahlar yenə müxtəlif bəhanələrlə ona olan borcunu ödəməmişdir. O, neçə illik münasibətlərini nəzərə alaraq, cavabdehin sözlərinə inanaraq heç bir yerə bu barədə müraciət etməmişdir. Lakin, cavabdehin onu daim aldatdığını və pulunu qaytarmaq istəmədiyini görmüşdür. Ona görə də Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Fəhmin Nüsrətzadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04,09.2023cü il tarixli qərarı ilə ərizəsi əsasında aparılmış araşdırmalar nəticəsində işin cinayət xarakterli deyil, mülki xarakterli olması qərara alındığından, o da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bu halları aralarındakı yazışmalar və səs yazıları da təsdiq edir. Məhkəmə iclasında İddiaçı Muhammad oğlunun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, 2020-ci ilin sentyabr ayında iş üzrə İddiaçı 14500 manat məbləğində borc pul aldığını, iddiaçı ilə qazancın bölünməsi ilə bağlı aralarında hər hansı razılaşma olmadığını, iddiaçının təqdim etdiyi onların arasında olan yazışmalarda əks olunan qeydlərin onun tərəfindən yazıldığını və həmin qeydlərin əslində məlumat xarakterli olduğunu, aralarında qazancın bölünməsi ilə bağlı rəqəmləri əks etdirməyini, iddiaçıdan borc aldığı 14500 manat puldan 3000 manat hissəsinin iddiaçının təqdim etdiyi müvafiq hesaba köçürüldüyünü, borc aldığı puldan ödənilməmiş hissənin 11500 manat təşkil etdiyini bildirərək, iddia tələbinin qismən - 11500 manat məbləğində pulun ondan tutularaq iddiaçıya verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 iddia tələbinin qismən təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı Muhammad oğlu və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı Muhammad oğlunun müraciəti əsasında Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1-3242 nömrəli yoxlama materialı üzrə qəbul edilmiş 04 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh P.Hamiddən borc aldığı 14500 manat puldan 3000 manatı ona qaytardığını, P.Hamid də Cavabdeh verdiyi 14500 manatdan 3000 manatının qaytarıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, X1 adına olan “Leobank” bankına məxsus kart hesabına 3000 manat vəsait köçürülmüşdür. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş maddi daşıyıcıda (fleşkart) olan səs qeydlərindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Əliyev X2 Hamid Muhammad oğlunun ona verdiyi X1 adına olan “Leobank” bankına məxsus kart hesabına 3000 manat vəsait köçürmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 250 manat məbləğ dövlət rüsumu köçürmüşdür. MYİ seriyalı, ******* №-li Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş icazənin müddəti xx.xx.2025-ci ilədək etibarlıdır. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın tam şəkildə təmin edilməsinə kifayət etmir. Ona görə də məhkəmə iddia tələbini cavabdeh tərəfindən etiraf edilən hissədə - 11500 manat hissəsində təmin edilməsini qanunamüvafiq hesab edir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 11500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Muhammad oğluna ödənilməli, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 124.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumunun 125.5 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11500 manat məbləğində pul alınaraq İddiaçı Muhammad oğluna ödənilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 124.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilsin. Ödənilmiş dövlət rüsumunun 125.5 manat hissəsi isə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-783/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-783/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver