Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-787/2023 03.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı oğlunın iştirakı ilə, İddiaçı oğlunın cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036.80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, **********03160 saylı abonent kodu ilə “Azəriqaz” X1 X5 İdarəsində təbii qaz istehlakçısı kimi qeydiyyatdadır. İstehlak etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəyir. Demək olar ki, borcu yoxdur. Amma 2022-ci ilin dekabr ayının əvvəllərində kəndlərinin qaz nəzarəti çilingəri ona demişdir ki, ona 1036 manat 80 qəpik məbləğində cərimə yazılmışdır, həmin cəriməni ödəməlidir. Qaz sayğacına müdaxilə etmədiyindən və küçədə quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh olmadığından Lənkəran X5 İdarəsinə ərizə ilə müraciət etmiş və məhkəmədə istehlakçı hüquqlarını müdafiə etmək üçün cərimə sənədlərin təsdiq edilmiş surətlərini almışdır. Amma Lənkəran RQİİ-si qazın alqı-satqısı barədə müqavilənin surətini ona verməmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”kı xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan məlum olur ki, evinin qaz təchizatı xətti üzərindən “Elster” tipli, G-4 markalı, 10254864 nömrəli qaz sayğacı onun üzərində xüsusi dövlət plombunun olmaması səbəbindən çıxarılmış, yerinə “Zenner” tipli, G-4T markalı, **********200 nömrəli “Smartkart” qaz sayğacı quraşdırılmış və həmin sayğaca aid olan F.Q.T nömrəli kart abonentə təhvil verilmişdir. Dövlət laboratoriya aktının 3-cü sırasında evinin qaz təchizatı xətti üzərindən çıxarılmış 10254864 nömrəli qaz sayğacının plastmas qapağının üzərindəki zavod qurğuşun plombun aşkar edilməməsi, sayğacın hesablama mexanizminin qapağının alt hissəsinin deşici alətlə deşilməsi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-sızıq izlərinin olması, qaz sayğacının istismara yararsız olması, qaz itkisi, müdaxilə” rəyi yazılmışdır. Dövlət laboratoriya aktı əsasında “Azəriqaz” İB X7 İstismar İdarəsi xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli cərimə aktı tərtib edərək qaz itkisinin hesablanması göstərişini vermişdir. Həmin cərimə aktı əsasında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Tələbnamə” sənədi üzrə qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi göstərişi verilmişdir. Nəticədə ona 8640 m3 həcmində itirilimiş qaz və aidiyyəti üzrə 1036 manat 80 qəpik məbləğində cərimə hesablanmışdır. “Qaz Təchizatı haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 və 180 saylı Qərarlarına, istehlakçılarla bağlanılan qazın alqı-satqısı barədəki nümunəvi müqavilənin tələblərinə əsasən istehlakçı olaraq o, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh deyildir. Ona görə də ona tətbiq edilmiş xx.xx.2022-ci il tarixli, ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqıda”, ******* saylı cərimə aktı qanunsuz və əsassızdır. Ona görə də həmin akt ləğv edilməli, cərimə məbləği silinməlidir. Həmin aktla heç cür razılaşa bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsini xahiş etdi. Cavabdeh «X2» nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «X2» nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X2» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı oğlunun yaşadığı Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı, 10310088 nömrəli qaz sayğacı,”Zenner” tipli, G-4 markalı, **********200 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombu aşkar edilməmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmiş və hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilməsinə əsasən itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçı Ağalar Adıgözəlova 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı Ağalar Adıgözəlova 2022-ci ilin noyabr ayı üçün 1036.80 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş 30 noyabr 2022ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacının plastmas qapağının üzərində zavod qurğuşun plombu aşkar edilməmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmiş və hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında sübuta yetirildi ki, iddiaçının sayğacı onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində deyil, sayğacın hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri nəticəsində sayğac sərfiyatı qeydə almamışdır. Məhkəmə hesab edir ki, iddiaçı qaz sayğacının hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmasında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Belə ki, həmin sayğacın yararsız olma səbəbi sayğacda hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar edilməsi olmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt ləğv edilməli və əsassız hesablanmış 1036.80 manat cərimə məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun cavabdeh «X2»nə qarşı aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktı və həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğ ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(049)-787/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-787/2023
03.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver