Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-790/2023 17.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2020ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 216 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla, Rusiya Federasiyasında yaşayır. **********01620 saylı kodla “Azəriqaz” X1 X5 İdarəsində qaz istehlakçısı kimi qeydiyyatdadır və yaşadığı ev onun mülkiyyətindədir. Qaz sayğacı ilə istehlak etdiyi qazın pulunu mütəmadi olaraq ödəmişdir. Qaz sayğacı onların evinə çoxdan qoyulmuş və əvvəllər sayğacla bağlı heç bir problemi olmamışdır. 2020-ci ildə Azərbaycana qayıtdıqdan sonra, həmin ilin mart ayında səhər qaz sayğacının şüşəsinin sındırıldığını görmüş və dərhal Azəriqaz İB-yə zəng vuraraq bu barədə məlumat vermişdir. Lənkəran RQİİ-nin əməkdaşları sayğaca baxış keçirdikdən sonra ona bu barədə polisə müraciət etməyi tövsiyyə etmişlər. O, ərizə ilə Lənkəran ŞRPŞ-yə müraciət etmiş, sonuncuda cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra Lənkəran RQİİ-nin əməkdaşları onun Elestr tipli G-4 markalı ******* nömrəli qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmiş və bu baərəd yerindəcə xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Həmin aktı imzalamaq ona bildirilmədiyindən o aktı imzalamamış lakin aktda guya onun imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Əlavə olaraq bildirmişdir ki, sayğac dəyişdirilərkən üzərində plomb olmuş və bunu qaz idarəsinin əməkdaşları da görmüşdürlər. Bir müddət sonra qaz borcunu ödəyərkən məlum olmuşdur ki, onun Azəriqaz İB-yə 216 manat borcu vardır. Məsələ ilə bağlı Lənkəran RQİİ-dən ona köhnə sayğaca baxış keçirilərkən guya sayğacın hesablama mexanizmi zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmadığı qeyd edilmiş və bununla bağlı xx.xx.2020-ci il tarixli, ******* akt tərtib olunmuş, iddiaçının isə həmin aktı imza etməkdən imtina etdiyi bildirilmişdir. Halbuki o, həmin aktdan xəbəri olmadığını bildirmişdir. Bundan başqa həmin qaz sayğacı evdən kənarda yerləşir və o sayğaca cavabdeh olmadığını bildirmişdir. Hesab edir ki, Azəriqaz İB-nin Lənkəran RQİİ-nin 29 aprel 2020-ci il tarixli, "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı ******* saylı cərimə aktı qanunsuz və əsassızdır. Ona görə də həmin akt ləğv edilməli, cərimə məbləği silinməlidir. Həmin aktla heç cür razılaşa bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsini xahiş etdi. Cavabdeh «X2» nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «X2» nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X2» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı,”Zenner” tipli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 aprel 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş və hesablama mexanizminin zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır və buna əsasən itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçı İddiaçı 2160 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı Ağalar Adıgözəlova 2020-ci ilin aprel ayı üçün 216 manat cərimə hesablanmışdır. Cinayət işinin başlanmasını rədd edilməsi barədə qərardan görünür ki, iddiaçı ərizə ilə DİN-nin 102 xidmətinə zəng vuraraq ona məxsus qaz sayğacının sındırılmış vəziyyətdə aşkar etdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş 29 aprel 2020-ci il tarixli, 00244309 saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin zavod nömrəsi olan lövhəsi gövdənin üzərində aşkar olunmamışdır. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında sübuta yetirildi ki, iddiaçının sayğacı onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində deyil, sayğacın hesablama mexanizminin zavod nömrəsi olan lövhəsinin gövdənin üzərində aşkar olunmaması nəticəsində sayğacda qaz itkisi baş vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı qaz sayğacının hesablama mexanizminin zavod nömrəsi olan lövhəsinin gövdənin üzərində aşkar olunmamasında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Belə ki, həmin sayğacın yararsız olma səbəbi sayğacda hesablama mexanizminin zavod nömrəsi olan lövhəsinin gövdənin üzərində aşkar olunmaması olmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 216 manat cərimə məbləği ləğv edilməlidir. Aktın özünə gəldikdə isə, həmin aktın qanuniliyi şübhə doğurmur buna görə də həmin aktın ləğvi hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun cavabdeh «X2»nə qarşı aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin 29 aprel 2020-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 216 manat məbləğ ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(049)-790/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-790/2023
17.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver