Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-823/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – İddiaçı Cavabdeh İB-nə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqından” akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqından” tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1080 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-ci maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələsini yoxlayan zaman müəyyən etdim ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla elektron portalda onun fəaliyyətinin əsas növü kimi “ Çayxanalar tərəfindən xidmətlərin göstərilməsi” qeyd edilmiş və o, ********** saylı VÖEN-ə əsasən Vergi orqanında qeydiyyatdadır. Bundan əlavə o, özü iddia ərizəsində qeyd etmişdir ki, məhz çayxanasında quraşdırılmış qaz sayğacına hesablanmış borcun silinməsini xahiş edir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 152.1.3-cü maddsəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, hazırki mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, onun Cavabdeh İB-nəa qarşı hazırki tələblə bağlı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 152, 263-264, 268- 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh İB-nə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqından” akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, onun Cavabdeh İB-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-823/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-823/2025
28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver