Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-847/2023 16.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 mart 2020ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 avqust 2022-ci il tarixə 856.88 manat gecikdirilmiş əsas, 292.59 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 407.25 manat dəbbə pulu, həmçinin liznq obyekti olan «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1150.50 manat, ümumilikdə 2707.22 manat borc və ödənilmiş 47.10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220442 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 24 may 2021-ci il tarixdə X1, X3 və İddiaçı MMC arasında MAS-2264 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 22 iyun 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2264 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 07 iyun 2022-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 avqust 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasına avtomobilə 1150.50 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 avqsut 2022-ci il tarixə ümumilikdə 1556.72 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərək mülki işə iştirakları olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsindən və 1 saylı əlavədən görünür ki, İddiaçı MMC (lizinq verən) 2020-ci il buraxılışlı, «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 (lizinq alan) oğlunun müvəqqəti sahiblik və istifadəsinə verilməyi, sonucu isə hər ay sabit olaraq 383.77 manat, ümumilikdə isə 18.421 manat məbləği 48 ay müddətinə illk 17 faiz həcmində mükafat məbləğ ilə ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz dəbbə pulu ödənilir və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 24 may 2021-ci il tarixdə X1, X3 və İddiaçı MMC arasında MAS-2264 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 22 iyun 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2264 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220442 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. 07 iyun 2022-ci il tarixdə Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 400 manat məbləğində olmuşdur. 4835 saylı, xx.xx.2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh 07 mart 2020-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək İddiaçı MMC-nə ödənilməmiş qalan 856.88 manat gecikdirilmiş əsas, 292.59 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 407.25 manat dəbbə pulu, cəmi 1556.72 manat borcu vardır. 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 3 saylı Əlavədən görünür ki, kredit alan X1 48 ay müddətində hər ay 383.77 son ayda 384.07 olmaqla xx.xx.2020-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borc İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Avtomobilin saxlanca qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısı və qanadında əzik olduğu, monitorun sınıq olduğu, arxa sol işın olmadığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qüsur Aktından görünür ki, «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə 1150 manat vəsait tələb olunur. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddianın verilməsinə görə 47.10 manat və 0,40 manat isə xdmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220442 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 24 may 2021-ci il tarixdə X1, X3 və İddiaçı MMC arasında MAS-2264 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 22 iyun 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2264 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və 07 mart 2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 07 iyun 2022-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 avqust 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasına avtomobilə 1150.50 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə iddianın 856.88 manat gecikdirilmiş əsas və 292.59 manat gecikdirilmiş mükafat hissəsində əsaslı hesab edir. Məhkəmə iddianın «gecikdirilmiş vaxt üçün hesablanmış 691,64 manat dəbbə pulu» hissəsini aşağıda qeyd olunanlara əsasən qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 691,64 manat dəbbə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 50 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Məhkəmə iddianın 1150.50 manat vurulmuş ziyanın ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Hazırki işin hallarından müəyyən olunur ki, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim edərkən aldığı vəziyyətdə təqdim etməmiş, lizinq verən olan iddiaçıya 1150 manat məbləğində ziyan vurmuşdur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqavilə üzrə 856.88 manat gecikdirilmiş əsas, 292.59 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, həmçinin «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 1150.50 manat borc olmaqla cəmi 2.349.97 manat gecikdirilmiş borc, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 47.10 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli MAS-2264 saylı «Daxili lizinq» müqavilə üzrə 856.88 manat gecikdirilmiş əsas, 292.59 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, həmçinin «Khazar SD» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 1150.50 manat borc olmaqla cəmi 2.349.97 manat gecikdirilmiş borc, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 47.10 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-847/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-847/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver