Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-848/2024 07.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, iddiaçı: İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3173 manat pulun və 53 manat dövlət rüsumunun cəmi 3226 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuşdur. Fərdi sahibakarlıqla məşğul olmaqla yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yolun kənarında yanacaq doldurma məntəqəsi vardır. Həmin yanacaq doldurma məntəqəsində yanacaq və sürtkü məhsullarının satışı ilə məşğul olur. Elə vaxtlar olur ki, tanıdığı və etibar etdiyi adamlar nağd pulları olmayanda gəlib yanacaq və sürtkü məhsullarını ondan nisyə də almışlar. X4 da həmin şəxslərdədir ki, ona məxsus yanacaqdoldurma məntəqəsindən qarşılıqlı razılıq əsasında 21 oktyabr 2013-cü il tarixindən 19 yanvar 2014-cü il tarixinədək olan müddət aralığında 3173 manat dəyərində olan yanacaq məhsullarını alaraq pulunu hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. X1 hazırda ondan nisyə götürdüyü məhsulların dəyəri olan 3170 manat pulu ona ödəməkdən imtina edir. Dəfələrlə cavabdehlə borcla bağlı danışıqlar aparmış, lakin o, hər dəfə bir bəhanə gətirərək borclu olduğu pulu ona ödəməkdən yayınır. Cavabdehin ona borclu olmağını cavabdeh X4 özü və onun maşınlarını idarə edən sürücülərin imzası olan vərəqlər təsdiq edir. O, dəfələrlə cavabdeh X3 borcla bağlı şifahi xəbərdarlıqlar etmiş və telefon vasitəsi ilə ona zənglər etmiş, lakin o, borclu olduğu 3173 manat pulu könüllü olaraq qaytarmaq istəmir. Həmçinin bununla bağlı onun ünvanına 07 yanvar 2024-cü il tarixdə rəsmi qaydada pretenziya göndərmişdir. Lakin bütün bunların heç bir nəticəsi olmadığı üçün o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməklə bağlı ərizə verərək bildirmişdir ki, iddia tələbində cavdehin adını texniki səhv olaraq X2 qeyd etmişdir, lakin cavabdehin adı iddia tələbində göstərdiyi kimi yox, Cavabdeh kimi tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh iddianı qəbul etdiyini və iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, 21 oktyabr 2013-cü il tarixindən 19 yanvar 2014-cü il tarixinədək olan müddət aralığında 3173 manat dəyərində olan yanacaq məhsulları Cavabdeh tərəfindən alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024cü il tarixli pretenziya məktubundan görünür ki, Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində qeydiyatda olan Cavabdeh öhdəliyi icra etməsi bildirilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 53 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, müəyyən olunur ki, cavabdeh iddiaçıdan 3173 manat pul dəyərində yanacaq almış, qeyd olunan məbləğdə yanacaq iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh həmin yanacağın pulunu ödəməkdən boyun qaçırmışdır. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3173 manat pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 53 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-848/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-848/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver